Vikipediyada AXC ilə bağlı nə baş verir?-VİDEO

20:34 / 21.06.2018

 

MEK Vikipediyada “Azərbaycan Xalq Cümhuriyyəti ayı”nın nəticələrinə həsr olunmuş tədbir keçirib

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) Vikipediyada mövzulu ay layihəsi çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Azərbaycan Xalq Cümhuriyyəti ayı”nın nəticələrini əks etdirən tədbir keçirib. Tədbirdə Mərkəzi Elmi Kitabxananın ölkəmizin informasiya təhlükəsizliyinə və Azərbaycan həqiqətlərinin təbliğinə töhfəsi olaraq MEK Sərbəst elektron resurslar şöbəsinin nəzdində yaradılmış Vikipediya Metodik Mərkəzinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı Vikipediyada gördüyü işlərin yekun nəticəsi təqdim olunub.

Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə AXC qurucularının xatirəsi sayğı duruşu ilə yad edilib. Tədbiri açan AMEA vitse-prezidenti, millət vəkili akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxananın Vikipediya istiqamətində metodik mərkəz rolundan, onun AMEA institutlarını, digər elm müəssisələrini, ayrı-ayrı könüllüləri koordinasiya edən sistemli fəaliyyətindən danışıb. “Cümhuriyyət reallıqlarının öyrənilməsi, təbliğ edilməsi dövlətçiliyimizin qədrinin bilinməsidir ki, onun da mərkəzindən Azərbaycançılıq, millilik, vətənpərvərlik keçir” - deyən akademik MEK Vikipediya Metodik Mərkəzinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı gördüyü işləri yüksək qiymətləndirib. İ.Həbibbəyli Azərbaycanı istəməyən qüvvələrin və informasiya müharibəsinin mövcud olduğu indiki zamanda “elektron kitabxana” adlandırdığı Vikipediyanın bir güc mərkəzi kimi formalaşdırılmasının vacibliyini vurğulayıb. “Vikipediyanın könüllüləri bütün Azərbaycan xalqıdır, lakin gənclərimizin üzərinə daha böyük yük düşür” - deyə bildirən akademik Vikipediyadakı irəliləyişləri, MEK-in bu sahəyə təəssübkeş,  maarifçi, peşəkar mövqeyini xüsusi qeyd edib, əldə edilən nəticəyə görə MEK əməkdaşlarına və digər könüllülərə təşəkkürünü bildirərək, müsabiqə təşkilatçılarını və iştirakçıları təbrik edib.

MEK direktoru  Leyla İmanova  MEK-in ölkəmizin informasiya təhlükəsizliyi və Azərbaycan həqiqətlərinin təbliği istiqamətində ardıcıl fəaliyyətindən, MEK Sərbəst elektron resurslar şöbəsinin nəzdində yaradılmış Vikipediya Metodik Mərkəzinin “AXC-100” mövzusuna verdiyi töhfədən, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş digər işlərdən danışıb. “Azərbaycan Xalq Cümhuriyyəti ayı”nın nəticələri ilə bağlı bütün Viki icmanı, müsabiqə qaliblərini təbrik edən L.İmanova MEK-in bu fəaliyyəti peşəkarlıqla koordinasiya etdiyini bildirib və “Şəms” Tərcümə Xidmətləri Mərkəzinə könüllü xidmətə, səmərəli əməkdaşlığa görə təşəkkürlərini bildirib. Vikipediyada əks olunmuş ölkə əhəmiyyətli informasiyaların, eləcə də AXC irsinə aid MEK fondlarındakı zəruri sənədlərin rəqəmsallaşdırılaraq elektron kataloqda qeyd olunmasını və Milli Rəqəmsal Yaddaş bazasında yerləşdirilməsini bildirən L.İmanova bununla bağlı ADA Universiteti, Naxçıvanda Hüseyn Cavid muzeyi, İstanbulda Kazım Qarabəkir Paşanın ev muzeyi ilə birgə görülən işləri, o cümlədən yaxın günlərdə soydaşımız tərəfindən MEK-ə təqdim edilmiş “AXC-Mühacir sənədlər” blokunu qeyd edib. Daha bir yenilik olaraq L.İmanova Mərkəzi Elmi Kitabxananın Azərbaycan milli irsinin öyrənilməsinə dair UNESCO işçi qrupuna üzv qəbul edilməsini, həmçinin kitabxananın elektron kataloqunun formatı və quruluşunun UNESCO işçi qrupunun ilkin reyestrləri üçün əsas kimi qəbul edilməsini diqqətə çatdırıb.

Sonra AXC-nin  banilərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin Cümhuriyyət və istiqlalımız haqqında fikirlərini öz nitqində təqdim edən video-çarx göstərilib. MEK-in Sərbəst elektron resurslarla iş şöbəsinin müdiri Elnur Eltürk qeyd edib ki, mövzu ilə bağlı MEK Vikipediya Metodik Mərkəzinin könüllüləri tərəfindən 500-dən çox məqalə yaradılıb və əsaslı redaktə olunub. MEK Təlimlər bölməsinin rəhbəri Günay Məmmədova “2018-ci il Cümhuriyyət ili” çərçivəsində MEK Sərbəst elektron resuslarla iş şöbəsinin fəaliyyətini təqdim edib. G.Məmmədova bildirib ki, mövzu çərçivəsində ümumi 546 məqalə yaradılıb, onun 457-si Azərbaycanca Vikipediyada, 89-u isə Xaricidilli Vikipediyada işlənilib. Azərbaycan Xalq Cümhuriyyəti ordusuna, generallarına, nazirlərinə, təşkilatlarına və digər sahələrə həsr olunan bu məqalələr “Şəms” Tərcümə Xidmətləri Mərkəzi ilə əməkdaşlıq çərçivəsində xarici dillərə tərcümə olunaraq Xaricidilli Vikipediyada da yerləşdirilib.

Təqdimatın ardından Vikipediyada “Azərbaycan Xalq Cümhuriyyəti ayı”nın nəticələri ilə bağlı müsabiqənin qalibləri elan olunub. I, II, III yerlərə müvafiq olaraq MEK Sərbəst elektron resurslar şöbəsinin əməkdaşları Qulamhüseyn Məmmədov, Rəcəb Həsənbəyov və AMEA Coğrafiya İnstitutunun əməkdaşı Həlimə Əhmədzadə layiq görülüblər. Qaliblərə MEK tərəfindən fərqlənmə diplomu və Azərbaycan tarixinə, mədəniyyətinə aid qiymətli kitablar təqdim edilib. Vikipediya sahəsində göstərdikləri səmərəli fəaliyyətə görə MEK Sərbəst elektron  resurslar şöbəsinin müdiri Elnur Eltürk, Təlimlər bölməsinin rəhbəri Günay Məmmədova, şöbənin digər əməkdaşları Gülarə Səbzəliyeva, Suğra Məmmədova, Jalə Babazadə, Nuray Tanrıverdiyeva, Səbinə Abizadə, MEK Milli Rəqəmsal Yaddaş şöbəsinin müdiri Renat Cəfərov, Azərbaycanca Vikipediyanın idarəçisi Tərxan Paşazadə, AMEA Coğrafiya İnstitutunun əməkdaşı Aida Aslanova, digər Vikipediya könüllüləri jurnalist Rey Kərimoğlu, Səfa Mövsümov, Ayxan  Zayedzadeh, Ələddin Məlikov, Məhəmməd Məlikov, səmərəli əməkdaşlığa görə “Şəms” Tərcümə Xidmətləri Mərkəzinin direktoru Nəsimi Həsənov, mərkəzin əməkdaşları Şərqiyyə İbrahimova, Zəfər Abdullayev, Anar Kərimov və Kaspi Təhsil Mərkəzindən Tural Abbasquliyev MEK tərəfindən xüsusi təşəkkürnamə ilə təltif ediliblər. Bütün mükafatçılaraMEK Mübadilə fondundan dəyərli kitablar hədiyyə olunub.

“Şəms” Tərcümə Xidmətləri Mərkəzinin direktoru Nəsimi Həsənov, Azərbaycanca Vikipediyanın idarəçisi Tərxan Paşazadə, Vikipediyada qrup rəhbəri,AMEA Coğrafiya İnstitutunun əməkdaşı Aida Aslanova, AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dosent Faiq Ələkbərov, Qarabağ qazisi və əlili, Prezident təqaüdçüsü jurnalist Rey Kərimoğlu çıxış edərək informasiya müharibəsinin aktual olduğu indiki dönəmdə bu işlərin ərsəyə gəlməsini yüksək qiymətləndirib, əlaqəli fəaliyyətin daha peşəkar və səmərəli şəkildə davamı üçün bundan sonra da səylərin birləşdirilməsinin vacibliyini vurğulayıblar. Tədbirin sonunda geniş müzakirə aparılıb, ümumi rəyə əsasən Vikipediyada yaradılan məqalələrdə Azərbaycanın milli maraqlarının qorunması, tarixi həqiqətlərinin düzgün, obyektiv çatdırılması üçün “Azərbaycançılıq”a söykənən vahid konsepsiyadan çıxış edilməsi dövrün zəruri tələbi kimi qəbul edilib.

Məlumat üçün bildirək ki, AXC irsinə aid olan bütün sənədlər MEK-in elektron kataloqunda qeyd olunaraq və rəqəmsallaşdırılaraq 2017-ci ilin dekabr ayından MEK-in keçirdiyi, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən dəstəklənən “Milli Rəqəmsal Yaddaş üçün ümummilli əhəmiyyət kəsb edən məlumatların toplanması, ekspertizası və etibarlı saxlanılması” layihəsi çərçivəsində formalaşdırdığı MRY bazasında yerləşdirilib. Layihənin məqsədi Azərbaycanın mədəni-tarixi irsinə aid olan sənədlərin (kitablar, jurnallar, qəzetlər, markalar, audio-videoyazılar) toplanılması, sistemləşdirilməsi, arxivləşdirilməsi, məlumat bazasına yerləşdirilməsi, müasir internet və digər elektron xidmətləri istifadəçilərinə təqdim edilməsidir.

 

https://www.youtube.com/watch?v=8khw2ltrbsI


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM