XİN sözçüsü Azərbaycan əleyhinə məqaləyə cavab verdi

09:08 / 26.06.2018

 

Nyu-Yorkda yerləşən “Eurasianet.org” portalında 22 iyun tarixində dərc olunan “”Müharibənin kölgəsində: Ermənistanın müdafiə dəhlizində həyat” adlı məqalədə Zəngəzur regionunun tarixi, ermənilər tərəfindən həmin ərazidə törədilən qırğınlar, Njde Qarageninin əməlləri və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin əsl səbəbləri təhrif olunmuş formada təqdim olunub.

Bununla əlaqədar XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev sözügedən portalda cavab məqaləsi ilə çıxıb edib.

Məqalədə Hikmət Hacıyev bildirib:

“Sizin yazı Ermənistan və Azərbaycan arasında münaqişədə yalnız bir tərəfin mövqeyini əks etdirir və Zəngəzur regionu ilə əlaqədar obyektiv tarixi məlumatı təmin etmir. Təəssüflə qeyd etməliyəm ki, müəlliflər Zəngəzurda köklü Azərbaycan-müsəlman əhaliyə qarşı törədilmiş qırğınların üzərindən sükutla keçirlər. Mən müəlliflərin Njde Qareginin şəxsiyyəti ilə bağlı təsvirləri ilə tamamilə narazıyam”.

XİN rəsmisi Azərbaycanın Dövlət Arxivində Azərbaycan Xalq Cümhuriyyətinin təsis etdiyi Fövqəladə İstintaq Komissiyasının 1918-1920-ci illərdə Njde Qaregin və digərlərinin rəhbərliyi altında erməni hərbi birləşmələrinin Zəngəzurda törətdikləri qırğınlar barədə çoxsaylı sənədlərinin olduğunu yazıb.

O, Azərbaycan Xalq Cümhuriyyətinin mülki azərbaycanlılara qarşı törədilən bu kütləvi qırğınların dayandırılması üçün Qafqazdakı Britaniya hərbi qüvvələrinin rəhbərliyinə demarş göndərdiyini də qeyd edib.

Hikmət Hacıyev AXC Fövqəladə İstintaq Komissiyasının sənədlərinə görə Njde Qareginin əməlləri nəticəsində Zəngəzur regionunda 10.000 nəfərdən artıq mülki azərbaycanlının öldürüldüyünü, 115 Azərbaycan kəndinin isə yerlə-yeksan edildiyini, Zəngəzurla bərabər Göyçə və İrəvan regionlarının Azərbaycan əhalisinin də eyni faciəvi haldan əziyyət çəkdiyini diqqətə çatdırıb. 

Kütləvi qırğınlar və etnik təmizləmədən sonra demoqrafik tərkibi kəskin dəyişən Zəngəzurun Qafqazın işğal edilməsi ilə bolşeviklər tərəfindən Ermənistana verildiyini yazan Hikmət Hacıyev bunun nəticəsində süni yolla Naxçıvanın coğrafi baxımdan Azərbaycanın əsas hissəsindən ayrılmasının aydın sezildiyini qeyd edib.

O, İkinci Dünya Müharibəsində Njde Qareginin faşist Almaniyasına qoşularaq Hitlerin generalı kimi yəhudilər, ruslar, ukraynalılar və digərlərinin kütləvi qətlini təşkil etdiyi barədə məlumat verərək Njdenin irqçi və ultra-şovinist təliminin Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın Respublika Partiyasının ideoloji əsasını təşkil etdiyini bildirib.

80-ci illərin sonunda SSRİ-nin dağılması ərəfəsində azərbaycanlıların Zəngəzur və Göyçə mahalı daxil olmaqla Ermənistandan qovulmasının yeni dalğasının başladığını deyən Hikmət Hacıyev nəticədə Ermənistanda mono-etnik dövlətin yaradıldığını, amma faciənin hələ bununla bitmədiyini nəzərə çatdırıb.

O əlavə edib ki, 1991-ci ildən etibarən “Böyük Ermənistan” xülyası ilə Ermənistan Azərbayacan qarşı müharibəyə başlayıb, gücdən istifadə edərək Azərbaycanın Dağlıq Qarabağ və digər ətraf rayonlarını işğal edib və işğal olunmuş ərazilərdə 700.000 nəfərdən artıq azərbaycanlını etnik təmizləməyə məruz qoyub.

Ermənistanın Syunik adlandırdığı Zəngəzur regionunda bu gün mövcud olan işsizlik və yoxsulluğun səbəbinin Ermənistanın mifik “Böyük Ermənistan” xülyası və qeyri-real ərazi ekspansiya ambisiyası olduğunu yazan XİN rəsmisi aparılan propaqanda nəticəsində Ermənistanda və erməni diasporasında bir çoxlarının hələ keçmişin əsiri olduğunu və buna inandığını bildirib.

Vaxtilə hərəkətin yüksək olduğu və Mehridən keçərək Azərbaycan/Naxçıvan, Ermənistan və İranı birləşdirən dəmir yol xəttinin nəyə görə qapalı olması barədə sualla çıxış edən Hikmət Hacıyev bunun səbəbinin Ermənistanın ərazi ekspansiya siyasəti olduğunu yazıb.

Məqalədə Hikmət Hacıyev Ermənistanın düçar olduğu özünü təcrid vəziyyətindən çıxışın qonşulara qarşı ərazi iddialarına son qoymaq, BMT TŞ-nın qətnamələrində tələb olunduğu kimi Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmaq və qonşularla sivil münasibətlər qurmaq olduğunu vurğulayıb. O yazıb:

“Nə qədər tez Ermənistan bu reallığı dərk edərsə, bir qədər də tez Ermənistan əhalisi üçün yaxşı olar və onlar da regional əməkdaşlıq imkanlarından faydalana bilərlər”.

Məqalənin tam mətni ilə aşağıdakı keçiddən tanış olmaq mümkündür: https://eurasianet.org/s/letter-to-the-editor-muslims-suffered-in-zangazur-too


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM