ANS PRESS-in məlumatına görə, müraciətdə öncə Assambleyanın Bakıda keçirilmiş 23-cü illik sessiyasının uğurlu nəticələrindən, xüsusilə sənədlərdə Helsinki yekun aktının 10 prinsipinin pozulmasına qarşı yönəlmiş əlavə müddəanın da yer aldığından məmnunluq ifadə olunur. Lakin, eyni zamanda bu prinsiplərin yerinə yetirilməsində problemlərin mövcud olduluğuna diqqət yönəldilir.
Məktub belədir:
“Sizin də çox fəal şəkildə qatıldığınız bu müzakirələr bir daha sübut etdi ki, assambleyamız lazım gəldiyi anda hamımız üçün vacib olan məsələlər ətrafında çox prinsipial qərarlar qəbul edə bilir. Amma təəssüf ki, onların yerinə yetirilməsinə gəldikdə yenə də acizlik nümayiş etdiririk. Ukraynadakı son faciəli hadisələr bunu bir daha sübut edir. Axıdılan qardaş qanı təkcə üz-üzə duran tərəflərin deyil, eləcə də onları qızışdıran dairələrin, o cümlədən bu hadisələrə laqeyd qalan beynəlxalq qurumların da vicdanını sınağa çəkir. Ermənistan Respublikasının təcavüzkar siyasəti nəticəsində zorən cəlb olunduğumuz Dağlıq Qarabağ münaqişəsinin 22 illik tarixindəki acı təcrübəmiz mənə bunu söyləməyə əsas verir”.
B. Muradova məktubda Kəlbəcər rayonu ərazisində ermənilər tərəfindən girov götürülmüş azərbaycanlıların taleyi ilə bağlı dərin narahatlığını ifadə edib: “Heç bir halda düşünmək istəməzdim ki, Bakı deklarasiyası da əhəmiyyətsiz fikirlər yığnağına çevriləcək. Faktlar isə düşüncələrimin doğruluğunu bir daha isbat edir. Sessiyadan sayılı günlər keçməsinə baxmayaraq Ermənistan tərəfi yenə də bu prinsipləri kobud şəkildə pozaraq cari il iyunun 10-da ata-baba yurdu Kəlbəcəri görmək və əzizlərinin qəbirlərini ziyarət etmək üçün doğma kəndinə getmiş 3 azərbaycanlını girov götürmüş, erməni mətbuatında deyildiyi kimi, dəhşətli işgəncələrə məruz qoyub. Ermənistan Müdafiə Nazirliyi öz saytında yerləşdirdiyi bəyanatında isə qeyd edir ki, azərbaycanlı girovlara qarşı “sərhədi qanunsuz keçmək, qətl törətməyə cəhd və s. maddələr üzrə cinayət işi qaldırılacaq”, çünki bu 3 nəfər azərbaycanlı “beynəlxalq hüquqda təsbit edilmiş qanunları və müharibə ənənəsini kobud şəkildə pozmuşdur”. Sual olunur: beynəlxalq hüququ və Helsinki yekun aktının prinsiplərini Kəlbəcər rayonu da daxil olmaqla, Azərbaycana qarşı Ermənistanmı pozub, yoxsa öz doğulduğu kəndi ziyarət edən Azərbaycan vətəndaşımı? Erməni hərbiçisinin Kəlbəcərdə və digər 6 rayonda nə işi var? Kəlbəcərlə Azərbaycanın digər regionları arasında sərhədi kim çəkib? Və bu “sərhədin pozulması” barədə niyə Ermənistanın müdafiə naziri məhz Ermənistan prezidenti Sarkisyana hesabat verir? Bu, özü-özlüyündə “Dağlıq Qarabağ Respublikası” deyilən oyuncaq qurumun müstəqil fəaliyyət göstərdiyi və 20 % Azərbaycan ərazisinin işğalı ilə Ermənistanın heç bir əlaqəsinin olmadığı haqda deyilənlərin bir mif olduğunu sübut etmirmi? Və ərazidə baş verən bütün qeyri-qanuni hərəkətlərə görə məhz Ermənistanın məsuliyyət daşıdığını aşkar şəkildə göstərmirmi?”.
Bahar Muradova ATƏT PA prezidentinin bu müraciətə biganə qalmayacağına inamını ifadə edib və bütün imkanlardan istifadə edərək girovluqda olan azərbaycanlıların azad olunmasına çalışmasını və Cənubi Qafqaz üzrə xüsusi nümayəndənin baş vermiş bu hadisəyə münasibət bildirməyi təmin etməsini xahiş edib.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM