Təhsil Nazirliyindən daha bir yenilik

15:10 / 19.07.2014

Maqsud Nəcəfov: “Müəllimlik ixtisasına qəbul olunmuş tələbələr üçün xüsusi stimullaşdırma proqramlarının tətbiqi gələcəkdə müsbət nəticələr verəcək”
Təhsilin inkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq, peşəkar bilik və kompetensiyalara malik müəllim və təhsil menecerlərinin hazırlanmasına, eləcə də müəllim peşəsinin nüfuzunun artırılmasına xidmət edən islahatyönümlü tədbirlərin davamı kimi, 2014-2015-ci tədris ili üzrə pedaqoji ixtisaslar üzrə tələbə qəbulu planında bir sıra mühüm yeniliklər tətbiq edilib. Belə yeniliklərdən biri də müəllimlik ixtisasına qəbul olunmuş tələbələr üçün xüsusi stimullaşdırma proqramlarının həyata keçirilməsidir. Təhsil Nazirliyinin qərarı ilə bu ixtisasları öz arzusu ilə seçən və yüksək balla qəbul olunan gənclərə xüsusi imtiyazlar tətbiq ediləcək. Yəni, ali təhsil müəssisələrinə qəbulda 500 və daha yüksək bal toplayan, ixtisas seçimində birinci müəllimlik ixtisasını qeyd edən ilk 300 tələbəyə 100 manat məbləğində əlavə təqaüd veriləcək. Əgər bu cür tələbələrin sayı 300 nəfərdən az olarsa, o halda ixtisas seçimində müəllimlik ixtisasını ikinci yerdə qeyd edən tələbələrin arasında seçim ediləcək.

Təhsil Nazirliyinin bu qərarı ilə bağlı fikirlərini “Kaspi”yə bölüşən Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Riyaziyyat və informatika” fakültəsinin dekanı, riyaziyyat üzrə elmləri doktoru Maqsud Nəcəfov nazirlik tərəfindən əvvəllər də bir sıra islahatlar həyata keçirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, islahatların birinci mərhələsində bir sıra ali təhsil müəssisəsi və ali məktəb filiallarına pedaqoji ixtisaslar üzrə, kolleclərə “ibtidai sinif müəllimliyi” və “informatika müəllimliyi” ixtisaslarına qəbul dayandırılıb, kolleclərdə “məktəbəqədər təlim və tərbiyə” ixtisası üzrə qəbul yerləri əvvəlki tədris ilinə nisbətən 38 faiz az planlaşdırılıb. Onun sözlərinə görə, ilk dəfə olaraq Bakı şəhərindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi keçirilib, pedaqoji kadr hazırlayan ali təhsil müəssisələrində tədris proqramlarının məzmununa yenidən baxılması nəzərdə tutulub: “Bununla yanaşı, müəllimlərin yerdəyişməsi və mərkəzləşdirilmiş qaydada işə qəbulunun elektron mexanizmlər əsasında müsabiqə yolu ilə həyata keçirilməsinə başlanılıb. Ucqar yaşayış məntəqələrində çalışan gənc müəllimlərin əməyinin stimullaşdırılması üçün də əlavə tədbirlər planı hazırlanmaqdadır. Növbəti tədris ilindən isə müəllimlərin praktik təcrübəsi ilə bağlı da yenilik tətbiq olunacaqdır. Belə ki, müəllim hazırlığı prosesində təcrübə müddətinin uzadılması nəzərdə tutulur. Bu məqsədlə məktəblərdə gələcək müəllimlər üçün təcrübə saatları artırılacaqdır. Bu ildən etibarən isə ali təhsil müəssisələrinə qəbulda 500 və daha yüksək bal toplayan, ixtisas seçimində birinci müəllimlik ixtisasını qeyd edən ilk 300 tələbəyə 100 manat məbləğində əlavə təqaüd veriləcəkdir. Əgər bu cür tələbələrin sayı 300 nəfərdən az olarsa, o halda ixtisas seçimində müəllimlik ixtisasını ikinci yerdə qeyd edən tələbələrin arasında seçim ediləcək. Bu addım müəllimlik peşəsini stimullaşdıracaq, müəllim peşəsinə həvəsi daha da artıracaqdır. Onu da nəzərə almaq lazımdır ki, 500-dən artıq bal toplayan abituriyentlərin dövlət ali təhsil müəssisələrinin pulsuz ixtisaslarında oxumaq şansları çoxdur və bu zaman onlara aylıq təqaüd verilir. Bununla yanaşı, həmin tələbələrə hər ay əlavə 100 manat təqaüdün də verilməsi, ali təhsil alan gəncin hər ay təxminən 200 dollardan çox gəlir əldə etməsi, sosial şəraitini yaxşılaşdırması deməkdir. Eyni zamanda bu addım yüksək potensialı olan abituriyentləri müəllim ixtisasına cəlb edəcək ki, bunun da xeyrini gələcəkdə şagirdlər, bütövlükdə cəmiyyətimiz görəcəkdir”.

Təhsil eksperti, əməkdar müəllim Almaz Həsrət də cəmiyyətimizdə müəllim nüfuzunun artırılmasına böyük ehtiyac duyulduğunu bildirib. Bu səbəbdən o, müəllimliyin müqəddəs bir peşə, ad olduğunu qoruyub saxlamaqdan ötrü Təhsil Nazirliyi tərəfindən belə bir qərar qəbul edilməsini müsbət qiymətləndirib. Deyib ki, cari ildən ali təhsil müəssisələrinə qəbulda 500 və daha yüksək bal toplayan, ixtisas seçimində birinci müəllimlik ixtisasını qeyd edən ilk 300 tələbəyə 100 manat məbləğində əlavə təqaüd verilməsi də məhz müəllim nüfuzunun artırılmasına xidmət edən amildir: “Bu amil hər bir abituriyentin qarşısında həm həvəs yaradacaq, həm də məsuliyyət. Təbii ki, hər bir şagird öz bilik-bacarıq və potensialına uyğun nəyi isə əldə etməyə can atır. Xüsusi stimullaşdırma proqramlarının tətbiqi yüksək potensialı olan, TQDK-nın qəbul imtahanlarında yüksək bal toplayan bilikli abituriyentləri müəllim ixtisaslarına yönəldəcək. Bu isə gələcəkdə orta təhsil müəssisələrində dərs deyəcək daha intellektual, daha bilikli müəllim kadrların yetişməsinə səbəb olacaq. Bu prosesin davamlı xarakter alması tədricən orta təhsil müəssisələrində təhsilin səviyyəsini daha da artıracaq. Nəticədə övladlarımız, şagirdlərimiz ibtidaidən başlamış, yuxarı siniflərə kimi yüksək səviyyəli təhsil alacaqlar. Fikrimcə, bu, çoxdan həyata keçirilməli idi”.

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM