Dövlət Gömrük Komitəsi (DGK) gömrük ərazisinə daxil olan yük nəqliyyat vasitələrindən park üçün odəniş tələb olunması ilə bağlı iddialara münasibət bildirib.
Komitədən verilən məlumata görə, bu gün gömrük-sərhəd keçid məntəqələrindən birində ölkənin gömrük ərazisinə daxil olan yük nəqliyyat vasitələrindən park üçün odəniş adı altında qeyri-qanuni vəsait tələb olunması barədə əsassız məlumatlar və təxribat xarakterli video çəkiliş yayılıb.
DGK bildirir ki, gömrük-keçid məntəqəsində qeyri-qanuni ödənişlərin tələb olunması ilə bağlı həmin video çəkilişdə irəli sürülən iddialar tam əsassızdır. Belə ki, mövcud gömrük qanunvericiliyinə əsasən idxal-ixrac əməliyyatları zamanı yük daşıyan avtonəqliyyat vasitələri gömrük rəsmiləşdirilməsi başa çatana qədər gömrük nəzarəti altında yerləşən xüsusi ayrılmış dayanacaqdan istifadə etdikləri üçün ƏDV ilə birlikdə 20 AZN ödəməlidir.
Bundan başqa videonu qeydə alan dartıcısının dövlət nömrə nişanı 90 ZE 278, qoşqusunun nömrəsi 99 ZB 978 olan yük nəqliyyat vasitəsinin sürücüsü Ağayev Yaşar Nizami oğlunun avtomobillərin gömrük-sərhəd keçid məntəqəsində uzun müddət, hətta 24 saatdan artıq yubadılması ilə bağlı irəli sürdüyü iddialar tamamilə əsassızdır. Belə ki, Komitənin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi vasitəsilə aparılan araşdırma zamanı videotəsvirlərdə dövlət nömrə nişanı aydın görünən dartıcısının nömrəsi 53 BB 344, qoşqusunun nömrəsi 53 BB 281 olan nəqliyyat vasitəsi 26 iyun tarixdə, saat 09:29:33-də gömrük postunun ərazisinə daxil olaraq 10:41:13-də, dartıcısının nömrəsi 34 SU 0178, qoşqusunun nömrəsi 34 KL 3454 olan nəqliyyat vasitəsi saat 09:14:52-də gömrük postunun ərazisinə daxil olaraq 11:08:53-də, dartıcısının nömrəsi 53 AB 027, qoşqusunun nömrəsi 53 AB 028 olan nəqliyyat vasitəsi saat 09:24:53-də gömrük postunun ərazisinə daxil olaraq 10:35:33-də, dartıcısının nömrəsi 34 JC 8846, qoşqusunun nömrəsi 34 KL 3452 olan nəqliyyat vasitəsi saat 09:20:52-də gömrük postunun ərazisinə daxil olaraq 10:53:46-da gömrük postunu tərk edib. Araşdırmanın nəticəsi göstərir ki, həmin avtonəqliyyat vasitəsinin sərhədkeçmə prosesinə sərf olunan vaxt müasir qanunvericiliyə və beynəlxalq təcrübədə tətbiq edilən qaydalara tam uyğundur.
Videonu qeydə alan şəxs isə həmin gün saat 03:04:00-da gömrük postunun ərazisinə daxil olaraq 09:31:12-də ərazini tərk edib. Onun digər nəqliyyat vasitələri ilə müqayisədə gömrük postunun ərazisində daha çox qalmasının səbəbi isə idxal- ixrac əməliyyatları zamanı yük daşıyan avtonəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi başa çatana qədər gömrük nəzarəti altında yerləşən xüsusi ayrılmış dayanacaqdan istifadəyə görə tələb olunan vəsaiti ödəməkdən imtina etməsi, gömrükçülərin haqlı tələblərinə tabe olmamasıdır.
Üstəlik həmin şəxs qanunvericiliyin tələblərini pozaraq postun ərazisində videoçəkiliş aparır, öz hərəkətləri, sözlü ifadələri ilə digər şəxsləri də qanundankənar əməllərə sövq edir, ölkənin iqtisadi təhlükəsizliyinin keşiyində duran strateji qurumlarından birinin işguzar imicinə xələl gətirməyə çalışır.
DGK bir daha hər kəsi, komitənin və onun əməkdaşlarının fəaliyyəti ilə bağlı məlumatlar yayarkən diqqətli olmağa, qanunvericiliyin tələblərinə əməl etməyə çağırır.
Strategiya.az
KOBİA və Qlobal Sahibkarlar Şəbəkəsi arasında əməkdaşlıq genişlənir
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM