“Xalq artistləri var ki, siqaret damağından düşmür”

09:28 / 21.07.2014

"ADAM VAR Kİ,GECƏ GEDİB EVİNƏ ÖLDÜRMƏK İSTƏMİŞƏM"

Strategiya.az müğənni Rəqsanənin publika.az saytına verdiyi müsahibəsini sizə təqdim edir.

 “Boşqabda borş deyil ki, yeyəsən qurtara”


- Səmimiyyətinin başına bəla olduğu vaxtlar olur. Daha doğrusu, sui-istifadə edirlər səmimiyyətindən?

- Mənə neyləyirlər, nə edirlər, özlərinə edirlər. İnsan doğulandan necədirsə, axıracan da elə olmalıdır. Bu, boşqabda borş deyil ki, yeyəsən qurtara, mən bu xarakterdə doğulmuşam. Axıracan da belə gedəcəm, heç kim gözləməsin ki, Rəqsanə dəyişəcək, başqalaşacaq.


- Heç nədənsə bezib, qəzəblənib, içində üsyan etdiyin vaxtlar olur?

- Çox olur. Nə gizlədim, həyatımda elə zamanlar var idi ki, üsyanlar edirdim içimdə, amma indi yox.


- Bəs içindəki mənfi enerjini necə dəf edirsən?

- Qızım Yağmurun bir təbəssümü bəs edir buna. Hər dəfə qəzəblənəndə, kimsə məni son həddə çatdıranda qızımın üzünə baxıram.


“Bütün nəslim-köküm mənim üstümdədir”


- Özünü güclü qadın sayırsan?

- Həddən artıq güclü qadınam. Yüz faiz əminliklə deyirəm ki, mənim yaşadıqlarımı, mənim çəkdiyim əziyyətləri heç kim çəkə bilməz. Hətta kişilər də belə. Mən ailədə seçilmiş insanam, bütün nəslim-köküm mənim üstümdədir. Bir nəfərə yox, azı 30-40 nəfərə baxıram.


- Bezmirsən bundan?

- Yox, onların ruzisini də Allah mənə verib. Heç vaxt da sadəliyimdən çıxmaram. Həmişə Rəqsanə olaraq qalıram.


- Axırıncı dəfə nə vaxt hönkürüb ağlamısan?

- Anam bu yaxınlarda bərk ağrıdı, çox qorxdum buna görə, ağladım. Anama çox bağlıyam. Onu da deyim ki, yaman çox ağlayıram mən. Ağlağanam.


“Kişilərin qarşısında ağlamağı xoşlamıram”


- Deyirlər, ağlamaq gözəl şeydir, amma göz yaşını silən olsa...

- Mən kişilərin qarşısında ağlamağı xoşlamıram ki, gəlib gözümün də yaşını silsinlər. Özümü sındırmağı xoşlamıram. Amma ən çox övladlarımın yanında ağlayıram. Özümə qısılıb ağlayanda bir də görürsən Yağmur gəlib deyir ki, Rəqsanə xala, ağlama da noolar. O, mənə şirin-şirin “Rəqsanə xala” deyir.


- Həyatında nə çatmır?

- Çatmayan şeylər var həyatımda, amma bu barədə danışmaq istəmirəm. Bəzən deyirəm ki, kaş sənətdə olmayaydım, tanınmayaydım. Çünki tanınmış insanın həyatı çox çətindir. Haqqımda bir də görürsən, nalayiq sözlər yazırlar. Kimsə yeni sayt açır və onu populyar etmək üçün nəsə yazır və şəxsiyyətimə toxunur.


“Xalq artistləri var ki, siqaret damağından düşmür”


- Siqaret çəkirsən?


- Heç vaxt, nə içki, nə də siqaret dilimə dəyib. Siqaret çəkən xanımlardan da uzaq qaçıram. Heç kimdən də qorxmuram, çəksəm deyərəm ki, çəkirəm, burda nə var ki... Amma özlərini xanım adlandıran elə xalq artistləri var ki, siqaret damağından düşmür. Hələ içki də içirlər, ağızlarına gələn söyüşü də söyürlər. Biabırçılıqdır. Gedib onların həyatını araşdırıb yazsınlar, yoxsa nə düşüblər üstümə. Arada qəlyan çəkirdim, həkimlər bunu qadağan etdilər. Dedilər ki, qəlyan səsində xırıltı əmələ gətirir.


- Ən zəif cəhətin nədir?

- Tez qızışıb özümdən çıxıram.


“Adam var ki, gecə gedib evində öldürmək istəmişəm”

- Bəs ən zəif yerin?

- Uşaqlarım. Qızlarıma toxunan insanı öldürə bilərəm. Hətta buna görə türməyə də düşərəm, fərq qoymaram ki, mən Rəqsanəyəm, ya başqa qadın. Adam var ki, gecə gedib evində öldürmək istəmişəm. Hətta bunu planlaşdırmışdım da. Çünki bezmişdim. Nə qədər yalan olardı, axır ki, boğaza yığıldım. Dedim ki, ya o insanı öldürməliyəm, ya da özümü. Amma qızlarım, anam durdu gözümün qabağında.


- Özünü heç qınayırsan nəyəsə görə?

- Özümü qınayıram ki, niyə axı insanları tanıya bilmirəm. Çünki hamıya dost, bacı, qardaş deyirəm.


- Kinlisən?

- Yox, tez bağışlayıram insanları.


- Çoxmu aldadıblar səni?

- O qədər…


- Bax düşünmürsən ki, birdən hazırda bərabər olduğun həyat yoldaşın da səni aldadar?

- Yox, aldatmaz, o, başqa bir dünyanın adamıdır.


“Kişiyə qarşı soyuğam”

- Qısqancsan?

- Kişiyə qarşı soyuğam, ay özümü öldürüm, qısqanım, məndə belə xüsusiyyətlər yoxdur. Ay telefonuna baxım, mesajlar oxuyum - məndə belə şeylər yoxdur. Özüm də xoşlamıram mənə qarşı belə davransın. Həm də ortada etibar var. Uzun müddət bir-birimizi tanımışıq.


- Hansı xüsusiyyətinə görə, həyat yoldaşın səni seçib?

- Dəcəlliyim, şıltaqlığım onun xoşuna gəlir. Mən əlimi yerə vurub deyirəm ki, bax bunu edəcəyəm. O, mənim bu cür iddialı olmağımı çox xoşlayır.


- Hərdən deyirmi ki, Rəqsanə, bunu düz eləmədin, bu, səhvdir?

- Yox, amma mən ona iradlarımı deyirəm. Deyirəm ki, bəzi hərəkətlərin var ki, xoşuma gəlmir, sənə yaraşdırmıram. Amma o, məni həmişə yüksək qiymətləndirir, deyir ki, Rəqsanə, sən fərqli qadınsan.


“Ola bilər, mən ona yalanı bağışlayım, amma...”


- Ona nəyi bağışlamazsan?


- Yalanı. Bunu o özü də bilir. Mən dürüstlüyü sevirəm. Ola bilər e, ona yalanı bağışlayım. Amma sonradan mən ondan aralanıb yalnız dost kimi qalaram. Mənim anlamımda kişinin gedib hansısa bir qadınla yatması xəyanət deyil. Bu elə-belə şeydir. Kişidir də. On nəfər kişi dostu yığışıb gediblər harasa, beş nəfər də qız var, neyləməlidirlər ki? Harasa getsə, qayıdıb evinə qayıdacaq. Mənim üçün xəyanət odur ki, oturub bir yerdə çörək yeyirsən, sonra onun ayağının altını qazıyırsan.


- Maraqlıdır, Rəqsanənin sirri varmı?  

- Həyatda heç vaxt sirrim olmayıb. Mən kişi kimi bir qadınam e. Anam həmişə deyir ki, gərək sən kişi doğulaydın. Mənim bütün hərəkətlərim kişiyanadır. Kişilər kimi dəlisov insanam. Nə istəyirəmsə, nəiyn bahasına olursa olsun, onu əldə edirəm.


“Həyat yoldaşım özü pulu masanın üstünə qoyur”

- Bəs sirr saxlayansan?

- Yanımda o qədər sirrlərini danışıblar ki. Elə dostlarım olub ki, arvadlarına demədikləri sirri mənə deyiblər. Gecə saat dörddə mənə zəng edib sirrini danışan dostlarım olub. Hansı ki, onu həmin vaxt ailəsinə də deyə bilərdi. Mən yaxşı dostam. Mən heç vaxt dostlarımla münasibətdə pul güdməmişəm. Özü də mən hər kəsə dost da demirəm. Dostum gecə saat 4-də zəng edib mənə deyə bilər ki, Rəqsanə, filan məclisdə olarsan. Getmişəm, inan ki, arada pul-maddiyyat söhbəti olmayıb. Heç vaxt da dostlarımdan istifadə etməmişəm.


- Həyat yoldaşından xərcləmək üçün pul istəyirsən?

- Heç vaxt. Mən özümü sındırmaram. Həyat yoldaşım elə bir insandır ki, pulu özü masanın üstünə qoyur. O biraz rustəbiətli insandır, məndən fərqlidir.


“Ölürəm bişirib-düşürməkdən, ev işləri görməkdən ötrü”


- Mətbəxdə sonuncu dəfə nə vaxt yemək bişirmisən?

- Ölürəm bişirib-düşürməkdən, ev işləri görməkdən ötrü. Yuyum, yığışdırım – çox sevirəm evdə işləməyi. Axırıncı dəfə may ayında toyuq bozartması bişirmişəm. Özü də Türkiyədə. Elə xəngəl bişirirəm ki, barmaqlarının beşini də yalayarsan. Düzdür burda da, Moskvada da evdə çalışanım var, amma mən onlara çox şeyi başa salıram.


“İçimdəki qaranı boğa bilmirəm”


- Həyatını rənglərə bölsək, hansı rənglər üstünlük təşkil edib?

- Qara.


- İçindəki qaranı heç əlvan geyimlərlə ört-basdır edirsən?

- Nə qədər etsəm də, yenə də içimdəki qaranı boğa bilmirəm. 


- Bəs için hansı rəngdədir?

- Yavaş-yavaş əlvan rənglər görünür orda. Ömür çox qısadır e, amma təəssüf ki, bunu çoxu görmür. Hamı elə bilir ki, dünyanı tutub gedəcəklər. Buna görə də qırğın, qalmaqallar hər yeri başına götürüb. Amma dünya malı elə bu dünyada qalır, yaxışılıq eləmək lazımdır. 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM