Necə edək ki, sərinləyək, amma xəstələnməyək?

16:30 / 02.07.2018

Həkimlər deyir ki, kondisioner işləyən otaqda uzun müddət qalmaq orqanizmdə fəsadlara yol açır 

Strategiya.az kaspi.az-a istinadən yazını təqdim edir.

Bir çoxları yayın qızmar günlərində dənizə üz tutur, yaxud bölgələrdə istirahət edir. Əlacı olmayanlar isə təsəllini kondisionerin verdiyi soyuq havada tapır. İlk dəfə 1902-ci ildə  ABŞ-da Uillis Kerrier tərəfindən ixtira edilən kondisionerlərdən  əvvəlcə istehsalat yerlərində istifadə edilirdi. Getdikcə kifayət qədər geniş tətbiq olunan cihaz, artıq 1950-ci ildən etibarən məişətdə də yer almağa başlayır. Günümüzdə artıq demək olar ki, heç biri evi, ofisi, ticarət mərkəzini kondisionersiz təsəvvür edə bilmərik. Amma bir çox hallarda evlərdə, ofislərdə otağın temperaturu həddən artıq soyudulur. Görəsən, bu, nə dərəcədə düzgündür? Ümumiyyətlə, kondisionerin yaratdığı soyuq hava orqanizmə necə təsir edir?

 

Tibb üzrə ekspert, professor Adil Qeybulla deyir ki, kondisionerdən istifadə edərkən diqqətli olmaq lazımdır: "Çalışmaq lazımdır ki, otaqdakı hava ilə çöldəki hava arasında çox böyük fərq olmasın. Bəzən hətta kondisioneri 16-18 dərəcədə işlədirlər. Otaq şəraitində bu temperaturu əldə etmək çətin olur. Digər tərəfdən, uzun müddət həddən artıq soyuq hava altında dayanmaq orqanizmdə müxtəlif xəstəliklərə səbəb olur. Çünki bu zaman orqanizmdə termo-requlyasiya prosesi pozulur və nəticədə soyuqdəymə baş verir. Kondisionerlər işləyən otaqda uzun müddət oturmaq və yatmaq olmaz. Həmçinin bu zaman soyuq maye və qidalar qəbul etmək düzgün deyil. Yay vaxtı yaranan soyuqdəymənin əsasında bu faktorlar dayanır. Belə məsələlərə diqqət etmək lazımdır. Bundan başqa, kondisioner ildə bir dəfə təmizlənməlidir. Çünki orada çoxlu mikroblar olur. Hər dəfə kondisioner işlədikcə, bu mikroblar havaya buraxılır və insan orqanizminin nəfəs yollarına düşür. Bu isə pnevmaniya xəstəliyinə səbəb olur. Təəssüflər olsun ki, bir çox insan buna riayət etmir. Ümumiyyətlə, kondisionerin işlədiyi otağın havası tez-tez dəyişdirilməlidir. Bütün bunlar kondisionerin təlimatında da var. Çünki kondisionerin, havanı soyutmaqla yanaşı, nəmləndirici təsiri də var. Havada olan su damcıları nəm şəkildə yenidən havaya buraxılır. Yeri gəlmişkən, kondisioneri elə quraşdırmaq lazımdır ki, soyuq hava kütləsi birbaşa insanlara təmas etməsin. Neytral bir zona daha məqsədəuyğundur. Bu kimi məsələlərə başdansovdu yanaşmaq olmaz. Xüsusilə uşaqların olduğu evlərdə otağın havası  nəzarətdə saxlanılmalıdır. Uşaq olan otaqda fasiləsiz kondisioner istifadə etmək olmaz. Otağın temperaturu sərinlədikdən sonra kondisioneri söndürmək lazımdır. Kondisionerin uzun müddət işləməsi uşaqların yuxarı tənəffüs yollarında virus və infeksiyaların fəallaşmasına səbəb ola bilir". 

Həkim-terapevt Məlahət Abbasova bildirdi ki, temperatur fərqi mütləq balanslaşdırılmalıdır. Əks halda orqanizm kəskin temperatur fərqinə mənfi reaksiya verə bilər: "İsti yay günlərində kondisionerdən istifadə edənlərin sayı  təbii olaraq artır. Amma əgər evdə uşaq varsa, valideynlər diqqətli davranmalıdırlar. Xüsusilə uşağın hansısa bir xəstəliyi varsa, bu zaman məsələyə daha həssas yanaşılmalıdır. Kondisionerdən elə istifadə etmək lazımdır ki, normal otaq temperaturu olsun. Otağı həddən artıq soyutmaq lazım deyil. Temperatur balansı pozulduqda, uşağın orqanizminin buna dözmək qabiliyyəti aşağı düşür və onlar tez-tez xəstələnirlər. Həddən artıq soyuq hava təkcə uşaqların deyil, böyüklərin də orqanizminə mənfi təsir edir. Temperaturu elə nizamlamaq lazımdır ki, orqanizm buna adaptasiya ola bilsin. Xroniki xəstəliklərdən əziyyət çəkənlər xüsusi diqqətli olmalıdır. Çünki soyuq havada onların xəstəliyi daha da kəskinləşir. Amma bu o demək deyil ki, kondisionerdən ümumiyyətlə, istifadə etmək olmaz. Çünki son günlərdə anomal istilər müşahidə olunur. Uşaqların orqanizminin istiyə dözümü yoxdur. Belə havalarda uşaqları gün altına çıxarmaq olmaz. Onlar otaq temperaturunda saxlanılmalıdırlar".


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM