AŞPA-nın Prosedur Qaydaları, Toxunulmazlıqlar və İnstitusional Məsələlər Komitəsi 14 nəfər deputatın Avropa Şurası və Parlament Assambleyasının binalarına daxil olmaq hüququndan ömürlük məhrum edilməsi barədə qərar qəbul etmişdir. Açığı Komitənin bu qərarı məni xeyli təəccübləndirdi. Qəbul edilmiş qərarın incəliklərinə və ya başqa sözlə detallarına varsanız, siz də xeyli təəccüblənəcəksiniz.
Beləliklə,
Birinci detal: Prosedur Qaydaları Komitəsinin “Avropa Şurası və Parlament Assambleyasının binalarına daxil olmaq hüququndan ömürlük məhrum edilməsi” formasında “cəzalandırdığı” 14 nəfərdən heç biri AŞPA üzvü deyil, 11 nəfəri isə hazırda ümumiyyətlə heç bir siyasi fəaliyətə malik deyillər.
İkinci detal: “Cəzalandırılan” şəxslərin əksəriyyəti keçmiş deputatlardır, artıq öz ölkələrində parlament üzvləri deyillər və aktiv siyasi-ictimai fəaliyyətlə məşğul olmurlar.
Təəccüblüdür, deyilmi? Əgər, hansısa təşkilatın üzvü olmayan şəxsə həmin təşkilatın binasına daxil olmaq qadağan edilirsə, bu "qadağa"nı necə şərh etmək olar? Əgər həmin şəxs üstəlik təşkilata üzvlük statusu əldə etmək üçün heç bir şansı olmayan biridirsə, yəni öz ölkəsinin parlament üzvü deyilsə, onda necə? Bu, zənnimcə, vegetarianlar üçün ət yeməyə tətbiq edilən qadağanı xatırladır.
Üçüncü detal: Qərarda hər bir “cəzalandırılanla” bağlı “ömürlük məhrum edilməsi” ifadəsinə rast gəlinir.
Maraqlıdır, deyilmi? Məlumdur ki, hər hansı deputat AŞPA-nın sessiya və komitə iclaslarında iştirak etmək məqsədi ilə Strasburqa səfər edirlər və bu səfər həmin deputatların milli parlamentləri tərəfindən maliyyələşdiririlir.
Görəsən, artıq AŞPA üzvü və öz ölkələrində milli parlamentlərin üzvü olmayan, aktiv fəaliyyətlə məşğul olmayan hansı insan öz təqaüdü hesabına Avropa Şurasına getmək istər? Belə ki, yuxarıda qeyd etdiyimiz kimi, “cəzalandırılımış” şəxslərdən bəziləri artıq 10 ildən artıqdır ki, deputat deyillər və siyasi fəaliyyətlərini dayandırmışlar. Sual edilir: əgər onlar hər hansı AŞPA üzvü ilə görüşmək istəsələr, həmin üzvün öz şəhərinə, ya fərqli bir Avropa paytaxtında, yaxud da elə Ştrasburqda bir kafedə görüşə bilməzlərmi? Bununla belə, ömürünün böyük hissəsini ictimai-siyasi fəaliyyətə həsr etmiş, artıq təqaüddə olan və həyatının ahıl dövrünü yaşayan insanların “ömürlük” “cəzalandırılması” nə dərəcədə Avropanın tez-tez səsləndirdiyi humanizm prinsipi ilə uzlaşır? Belə bir qərarın verilməsi daha çox sərsəm və tragikomik xarakter daşımırmı?
Dördüncü detal: Komitə tərəfindən “cəzalandırılan” şəxslərin siyahısına nəzər saldıqda, görünür ki, bu şəxslərin çoxu Azərbaycanın haqq səsini müdafiə edən, zaman-zaman Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı obyektiv fikirlər səsləndirən siyasətçilərdir. Zənnimcə, qərar verənlərin iç üzünü açmaq üçün daha bir detala diqqət yetirməliyik. Düşünürəm ki, bu məqam Avropa institutunun obyektivliyini birdəfəlik şübhə altına ala biləcək qədər ciddidir və qərar verənlərin iç üzünü açmış olur.
Nəhayət, sual edilir: AŞPA öz üzvü olmayan, əsasən təqaüddə olan və şüurlu həyatının əsas hissəsini ictimai-siyasi fəaliyyətlə məşğul olmuş insanların “Avropa Şurası və Parlament Assambleyasının binalarına daxil olmaq hüququndan ömürlük məhrum edilməsi” barədə qərarı ilə nə demək istəyir? Bu o demək deyilmi ki, AŞPA-da artıq real işlərlə deyil, imitasiya xarakterli fəaliyyətlə məşğul olurlar.
Sonda Prosedur Qaydaları Komitəsinin qəbul etdiyi qərarın haradan qaynaqlanması ilə tanış olmaq üçün sizi 12 iyun tarixli "AŞPA Azərbaycanı yenidən siyasi poliqona çevirmək istəyir" və 19 iyun tarixli "Nə üçün Müstəqil Kənar İstintaq Orqanı ilə əməkdaşlıqdan imtina etmişdim?" adlı məqalələrimi oxumağa dəvət edirəm.
Elxan Süleymanov
Millət Vəkili
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM