Azərbaycanda addımbaşı plastik qab, stəkan, polietilen torbalardan istifadə halları artdığından dünyada bu gün qloballaşan plastik və polietilenin ekologiya və insan sağlamlığına ziyanı ölkəmizdə də aktuallaşır.
Az qala bütün kafelərdə çay, su, qəhvə, yemək insanlara plastik stəkan və qablarda verilir.
İstifadə olunan bu məhsullar sonradan zibillə ətraf mühitə atılır. Zibilliklərdən toplanması çətin olan polietilen torbalar 100 illərlə xarab olmadığından torpağın keyfiyyətini pozur.
Əsasən yay fəslində zəhərlənmə hallarının səbəbi kimi elə plastik qablar göstərilir.
Mütəxəssislər zəhərlənmə səbəbi kimi bu növ qabların tərkibində bisfenol adlı toksiki maddə və ağır metalların olmasını göstərirlər.
Milli.Az medicina.az-a istinadən bildirir ki, pediatr Vaqif Qarayevin sözlərinə görə, plastik qablar qızdırıldıqda və isti günəş altında qaldıqda həmin toksiki maddələr insan orqanizminə daxil olur:
"Nəticələr isə ürəkaçan olmur. Bu, hiperaktivlikdən onkoloji problemlərə qədər bir çox fəsadlara yol açır".
Mütəxəssis bir çox ölkələrdə belə qablardan imtina edildiyini, buna baxmayaraq Azərbaycanda hələ də istifadə edildiyini qeyd edərək, xüsusilə uşaqlar üçün böyük təhlükə olduğunu vurğulayıb:
"Hər bir qabın üzərində, içərisində rəqəmlər olan üçbucaq şəkilli işarələr var. PET və PETE(1) ağır metallarla daha zəngindir... HDP və ya HDPE( 2) ziyansız hesab olunur. Bu qablarda yemək qızdırmaq olmaz. İsti günəş altında olan qablardan qətiyyən istifadə etmək olmaz".
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev isə nazirliyin bu məsələ ilə bağlı daha aktiv fəaliyyətə keçdiyini bildirib:
"İaşə obyektlərində müştərilərə içki, qida təklif olunan plastik qabların tərkibi çox zərərlidir. Orda olan kimyəvi qatqılar istinin təsirindən aktivləşir, xüsusən uşaq orqanizminə düşərək, çox ciddi fəsadlar verir. Uşaq immuniteti hələ zəif olduğundan zəhərli, kimyəvi, yad maddəyə müqavimət göstərə bilmir".
Nazirlik rəsmisi qeyd edib ki, marketlərdə ərzaq məhsulları yığılan birdəfəlik torbalar da çox ziyandır: "O torbaların yumşaq olması üçün xüsusi kimyəvi qatqılar vurulur.
Buna görə, polietilen torbalarda istifadə etdiyimiz meyvə-tərəvəzin açıq halda daşınması yolverilməzdir. Çünki torbadakı maddələr müəyyən reaksiyaya girərək ərzaq məhsuluna keçir. Sonra o ərzaqları yeyirik. Bu, bütün ailəyə ziyandır".
O, alternativ variatlar da təklif edib: "Keçmişdə dədə-babalarımız zənbildən istifadə edirdi. Ən təbii, zərərsiz vasitə odur. İnkişaf etmiş ölkələrdə kağız torbalar var. Bu da insanların seçiminə qalır. Evdən bazar, market zənbili götürmək, daha sağlam, zərərsiz bir torba, çanta seçmək çətin deyil ki..."
Sektor müdiri yaxın gələcəkdə bu problemin qanunvericiliklə və məcburi qadağalarla həll oluna biləcəyi ehtimallarından da danışıb:
"Hələ ki, kütləvi informasiya vasitələrində maariflənmə ilə insanlardan təpki, təşəbbüs gözləyirik. İnsanlar özləri bunlardan imtina edib, daha az zərərsiz, sağlam vasitələrə keçsə, yeri gələndə sahibkarlardan tələb etsə, istehsalçı da tələbatın azaldığını görüb geri çəkilər. Ola bilər, sahibkarların işi ilə bağlı qanunvericilikdə gələcəkdə bəzi müddəalar əlavə olunsun. Marketlərdə kağız və digər torbaların olmasına nail olaq, sonra digər kəskin tədbirlərə keçilər. İaşə obyektlərində, marketlədə kağız və zərərsiz qablar, torbaların istehsalı, ölkəyə idxalı ilə məşğul olan sahibkarlara güzəştlər etmək olar. Bəlkə insanlar özləri öz sağlamlıqları naminə belə torbalardan getdikcə imtina etdikcə problem çözüləcək".
Mövzu ilə bağlı Aygün Musayeva da məsələ ilə bağlı mövqeyini bildirib. O, plasmas qablarda bakteriya, göbələk və kifin asanlıqla yarandığını və yayıldığını deyib:
"Ərzaqlar polietilen torbada daha tez xarab olur. Əgər polietilen ərzağı korlayırsa, düşdüyü torbağı məhv edirsə, görün insan orqanizmini necə zəhərləyir. Temperatur dəyişdikcə bu qablardan zəhərli toksinlər çıxır. Bu maddələrdən biri formaldegid kanserogen maddədir və onkoloji xəstəliklər yaradır.
Plastika və polietilenin insanda yarada biləcəyi fəsadlar:
-Bakteriya və göbələklər
-Dəri problemləri, allergiya
-Bronxit
-Qanın toksiki maddələrlə zəhərlənməsi
-Qaraciyərin zəhərlənməsi
-Göz xəstəlikləri
-Sinir, əsəb pozuntuları
-Uşaqlarda allergiya, boğulma, sinir zədələnməsi, qaşınma.
-İllərlə və daha çox istifadə etdikdə isə onkoloji xəstəliklərin başlanğıcını qoya bilər.
Ümumiyyətlə, sivil ölkələrdəki kimi ərzaqların təmas etdiyi qabların nədən hazırlandığına önəm verməli, birdəfəlik qablardan imtina etməliyik. Bazar-market üçünsə hər ailənin zənbili və təbii materialdan torbaları olmalıdır".
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM