Nazirimizin xaricdə məqaləsi dərc edildi

11:57 / 10.01.2014

Xarici İşlər Nazirliyindən Strategiya.az-a verilən məlumata görə, Elmar Məmmədyarovun “EU Reporter” qəzetinin 9 yanvar tarixli sayında “Azərbaycan BMT Təhlükəsizlik Şurasında 2012-2013: qazanılmış təcrübələr” adlı məqaləsi dərc edilib

BMT TŞ-yə seçildikdən sonra Prezident İlham Əliyevin ədalət və beynəlxalq hüququn aliliyinin qorunmasının Azərbaycanın bu qurumda prioritet məqsədləri olacağını bəyan etdiyini yazan müəllif, bu strateji baxış əsasında ölkəmizin BMT TŞ-də öz fəaliyyətini həyata keçirdiyini, təcrübəsini bölüşdüyünü və beynəlxalq sülh və təhlükəsizliyə töhfə verdiyini diqqətə çatdırıb.

Azərbaycanın məhz xoşməramlı diplomatiya əsasında BMT TŞ-də konstruktiv dialoq qurduğunu qeyd edən nazir Elmar Məmmədyarov, Suriya böhranı ilə əlaqədar olan müzakirələrə toxunaraq, Azərbaycanın BMT TŞ-də sədrliyi müddətində bu münaqişənin humanitar fəsadlarının aradan qaldırılmasına əsas yaradan vacib sənədlərin qəbul olunduğunu xatırladıb.

Nazir Elmar Məmmədyarov Suriya ilə bərabər Mali, Konqo Demokratik Respublikası və Sudan Respublikası-Cənubi Sudan əlaqələri kimi çətin məsələlərə münasibətdə də nailiyyətlərin əldə olunduğunu bildirib.

BMT TŞ-nin qeyri-daimi üzvlərinin beynəlxalq sülh və təhlükəsizliyin qorunması naminə daşıdıqları kollektiv məsuliyyətdən yazan müəllif əlavə etmişdir ki, qeyri-daimi üzvlər malik olduqları fərqli və özünəməxsus baxışları, təcrübə və regional bilgiləri əsasında BMT TŞ-də müzakirələrin gedişinə, konsensus quruculuğu prosesinə və qəbul edilmiş nəticələrə təsir etmək iqtidarındadırlar.

Bu xüsusda, müəllif tərəfindən 2012-ci ilin may ayında Azərbaycanın BMT TŞ-də birinci sədrliyi dövründə Prezident İlham Əliyevin sədrliyi ilə terrorizmə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi mövzusunda keçirilmiş yüksək-səviyyəli iclas diqqətə çatdırılmışdır. Azərbaycanın 2013-cü ilin oktyabr ayına təsadüf edən ikinci sədrlik dövründə isə ölkəmizin təşəbbüsü ilə BMT TŞ-nin tarixində ilk dəfə BMT TŞ və İslam Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığa dair xüsusi iclasın keçirildiyi qeyd edilib.

Nazir Elmar Məmmədyarov Azərbaycanın BMT TŞ-də sədrliyinin Afrika məsələləri üzrə intensiv müzakirələr, Afrika İttifaqı ilə məsləhətləşmələr və BMT TŞ-nin Afrikaya səfəri və qitə ilə əlaqədar qəbul edilmiş bir sıra vacib qətnamə və bəyanatlarla da yadda qaldığını bildirib.

Müəllif Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı və bir milyondan artıq azərbaycanlının öz torpaqlarından qovulması faktına diqqəti çəkərək, BMT TŞ-nin effektivliyinin ilk növbədə üzv dövlətlərin BMT nizamnaməsi əsasında üzərilərinə düşən öhdəliklərə riayət etməsindən asılı olduğunun Azərbaycan tərəfindən davamlı şəkildə BMT TŞ-də səsləndirildiyini vurğulayıb.

Eyni zamanda məqalədə qeyd edilmişdir ki, 1993-cü ildə BMT TŞ-nin Ermənistan silahlı qüvvələrinin dərhal, qeyd-şərtsiz və tam şəkildə işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasına dair dörd qətnamə qəbul etməsinə baxmayaraq, Ermənistan bu qətnamələri hələ də icra etməyib.

Nazir Elmar Məmmədyarov BMT TŞ-nin beynəlxalq səhnədə gələcək roluna toxunaraq əlavə edib ki, ikinci dünya müharibəsindən və xüsusilə, XX əsrin 90-cı illərində baş vermiş tektonik və geosiyasi dəyişikliklərdən sonra tərkib, coğrafi təmsilçilik, fəaliyyət metodu və mandatı baxımdan BMT TŞ islah olunmalı və müasir geosiyasi reallığı özündə əks etdirməlidir.

 

BMT TŞ-də üzvlüyün Azərbaycan xarici siyasətində yeni səhifə açdığını yazan müəllif, bu təcrübənin ölkəmizin beynəlxalq sülh və təhlükəsizlik, mədəniyyətlərarası dialoq və humanitar yardımlara töhfə vermək kimi tükənməz əzmini daha da gücləndirdiyini diqqətə çatdırmışdır.

 

Məqalənin tam mətni bu ünvandan əldə edilə bilər: http://www.eureporter.co/world/2014/01/09/azerbaijan-at-the-united-nations-security-council-2012-2013-experience-earned/


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM