Bu fikri Daxili Qoşunların Komandanı gənc əsgərlərlə görüşü zamanı səsləndirmişdir.
Strategiya.az-a verilən xəbərə görə, iyul ayının 19-da Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-mayor Şahin Məmmədov "N" saylı hərbi hissədə xidmətə yeni qəbul olunan gənc əsgərlərlə görüşmüşdür. Cənab komandan Daxili Qoşunların qarşısında duran vəzifələr haqda geniş məlumat vermiş, xidmətə məsuliyyətlə yanaşmağı tövsiyə etmiş, onların məişət şəraiti, sağlamlığı, qidalanmanın keyfiyyəti ilə maraqlanmışdır.
Respublikamızda həyata keçirilən sosial-iqtisadi inkişafdan danışan general-mayor Ş.Məmmədov DİN-in Daxili Qoşunlarının formalaşmasında, yüksək döyüş hazırlığına gətirilməsində Ümummilli Lider Heydər Əliyevin çox böyük əməyinin olduğunu vurğulamışdır. Qeyd etmişdir ki, qarşıya çıxan qəfləti tapşırıqları böyük peşəkarlıqla yerinə yetirən Daxili Qoşunlar hər zaman Ulu Öndərin xüsusi diqqət və qayğısını hiss etmişdir: “ Ümummilli Liderimiz Heydər Əliyev çıxışlarında Daxili Qoşunlar haqqında müsbət fikirlər söyləmişdir. Qoşunlara göstərilən ali diqqət və qayğı bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən davam etdirilməkdədir. Ölkə Prezidenti hər dəfə Daxili Qoşunların hərbi hissələrində olarkən əsgərlər üçün yaradılmış hərtərəfli şəraitdən məmnun olduğunu bildirmiş və hərbi qulluqçularımızın döyüş hazırlığını, xidməti-döyüş fəaliyyətini yüksək qiymətləndirmişdir".
Qoşunların qarşısında duran vəzifələr barədə əsgərləri məlumatlandıran general-mayor Ş.Məmmədov bildirmişdir ki, Daxili Qoşun¬ların vəzifələri 8 fevral 1994-cü il tarixli "Daxili Qoşunların statusu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmişdir: "Bu qanuna uyğun olaraq, Daxili Qoşunlar ona həvalə olunmuş vəzifələri yerinə yetirməklə şəxsiyyətin, cəmiyyətin və dövlətin mənafeyini, vətəndaşların Konstitusiya hüquqlarını və azadlıqlarını cinayətkar və digər hüquqa zidd qəsdlərdən qoruyur.
Cənab Komandan Daxili Qoşunlarda xidmətin yüksək səviyyədə qurulmasından, ölkədə bərqərar olan əminamanlıqdan və sabitlikdən də danışmışdır: “Ölkəmizdə insanların normal yaşaması üçün hər cür şərait yaradılıb. Sabitlik hökm sürür. Azərbaycan iqtisadi inkişaf tempinə görə qabaqcıl ölkələrin sırasında dayanır. Ona görə də ölkəmizin hər qarış torpağının qədrini bilməli, onun müdafiəsi naminə canımızdan belə keçməyə hazır olmalıyıq".
Sonra general-mayor Ş.Məmmədov qoşunlarda xidmət edən hərbi qulluqçuların yüksək peşə hazırlığına malik olmasının vacibliyini gənc əsgərlərin diqqətinə çatdırmışdır: "Daxili Qoşunlarda xidmət edən hər bir əsgər yüksək peşə hazırlığına malik olmalı, Vətənə, dövlətə sadiqlik nümayiş etdirməlidir. Bunun üçün nə lazımdır? Hərb sənətinin incəliklərini öyrənməli, təhkim olunmuş silahın taktiki-texniki xüsusiyyətlərini mükəmməl bilməli, ondan istifadə qaydalarını bacarmaq lazımdır. Bununla yanaşı, əsgər birinci növbədə özünə qəti şəkildə inanmalı, yüksək intizama və döyüş ruhuna malik olmalıdır".
Xidmətin ilk günlərindən hərbi nizamnamələrdə əks olunan qaydalara ciddi riayət etməyin vacibliyini vurğulayan Daxili Qoşunların Komandanı nəzərə çatdırdı: “Bizim əsgərlər ən intizamlı, nümunəvi əsgərlərdir. Çalışın sizlər də bu nizam-intizamı qoruyub saxlayasınız. Komandirlərin bütün əmr və göstərişlərinə əməl edin. Unutmayın ki, xidmətdə hər şey nizamnamələrin tələbləri səviyyəsində icra olunur. Nizamnamədən kənar hərəkətlər yolverilməzdir".
Daxili Qoşunların Komandanı silah-sursatlarla son dərəcə ehtiyatla davranmağı əsgərlər qarşısında tələb kimi qoyaraq təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tapşırmışdır: "Bir qayda olaraq, təhlükəsizlik qaydalarına ciddi əməl etməlisiniz. Təlimlərdə, məşğələlərdə fəal olmağa çalışın. Fiziki hazırlığınıza xüsusilə fikir verin".
O, hərbi qulluqçular arasındakı qarşılıqlı münasibətlərə də toxunaraq əsl dostluğun məhz xidmət dövründə yarandığını bildirmişdir: "Daxili Qoşunlarda xidmət eyni zamanda möhkəm kollektivçilik, mehribançılıq əsasında təşkil olunub. Daxili Qoşunlar bir ailədir, hər bir əsgər bu ailənin üzvüdür. Əsgər yoldaşlarınızı ziyanlı vərdişlərdən çəkindirməyə çalışın. Yoldaşınızın səhvini dostcasına düzəltmək lazımdır. Hər hansı probleminiz olarsa, manqa komandirlərinə dərhal məlumat verin. Bir-birinizi başa düşməyə çalışın, yaddan çıxarmayın ki, bir Vətənin övladlarısınız. Biz bu gün öz doğma Vətənimizi qoruyuruq. Vətəni qorumqdan şərəfli heç nə ola bilməz!".
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM