Facebook asililiğindan əziyyət ÇƏKƏNLƏRİN NƏZƏRİNƏ

17:06 / 09.07.2018

"Facebook"dan asılılıq artıq uzun müddətdir ki, dünyada əsas mövzulardan biridir. Hər gün milyonlarla insan bu sosial şəbəkədə saatlarla vaxt keçirir. Azərbaycanda da oxşar vəziyyətdir, minlərlə insan öz real həyatını unudaraq, ömrünü "Facebook"da keçirir. Əksəriyyət sosial şəbəkədə xərclədiyi vaxta heyfislənsə də, bundan qurtula bilmir. Bəziləri isə "Facebook"dan asılı olub-olmadıqlarını belə müəyyənləşdirə bilmirlər. ANN.Az portalı oxucularına "Facebook asılılığı" mövzusunda aparılan iki mühüm araşdırmanı təqdim edir. Bu araşdırmaların köməyi ilə siz "Facebook"dan asılı olub-olmadığınızı öyrənə və bu sosial şəbəkədən daha məqsədəuyğun şəkildə necə istifadə edəcəyinizi öyrənə bilərsiniz.

Sosial şəbəkələrlə bağlı aparılan yeni tədqiqatın nəticələrinə əsasən, "Facebook" kimi şəbəkələrdən istifadə edən hər üç istifadəçidən birində paxıllıq, həsəd kimi hisslər baş qaldırır.

Sosial şəbəkələr gün keçdikcə bizim ünsiyyətimizin bir parçası kimi genişlənməkdə davam edir. Artıq sübuta yetirilib ki, bu saytlardan nə qədər tez-tez istifadə etməyimizlə psixoloji sağlamlıq problemlərimiz arasında bağlılıqlar mövcuddur. Bircə onu demək kifayətdir ki, insanların əhəmiyyətli bir hissəsi səhər çarpayıdan qalxmazdan əvvəl "Facebook" hesablarını yoxlayır. Bu, sosial şəbəkənin yaratdığı sosial həyəcanın və basqının göstəricisi sayıla bilər.

Araşdırma zamanı məlum olub ki, "Facebook"dakı dostlarının pozitiv statuslarını oxuyan və onların gülümsəyən, xoşbəxt fotolarının görən istifadəçilər daha çox duyğusal incikliyə məruz qalırlar. Bir çox hallarda "Facebook" bəzi insanlar üçün uğurlarını nümayiş etdirmək üçün ideal məkandır. Sonuncu dəfə siz nə vaxt kiminsə başına gələn pis, utancverici bir şeyi paylaşdığının şahidi olmusuz?

Faktiki olaraq, araşdırmaçıların gəldiyi qənaət bundan ibarətdir ki, kef-əyləncə fotoları "FB" istifadəçiləri arasında daha çox incikliyə səbəb olur, onlar bu zaman daha çox həsəd hissindən əziyyət çəkirlər. İctimai basqıdan əziyyət çəkən yeniyetmələr və gənclər mühakimələrə məruz qalmadan özlərinin həqiqi kimliklərini tapmağa çalışırlar, "Facebook" ictimaiyyət tərəfindən qəbul olunmağın yeni standartını yaradıb. Qarşılıqlı təsir, istifadəçilər arasında  ikinci ən çox yayılan paxıllıq hissidir, xüsusilə onlar özlərinin şəkil və statuslarını gələn "like" və "şərh"lərin sayını müqayisə edəndə, bu daha çox nəzərə çarpır.

30-40 yaşlarındakı yetkin insanlar arasında "facebook paxıllığı" daha çox qadınlar arasında yayılıb. Ailə xoşbəxtliyi və xarici cazibədarlığı əks etdirən postlara və şəkillərə baxan qadınlar həsəd hissindən əziyyət çəkirlər. "Sosial şəbəkə" filminə baxanlar üçün "Facebook"un yaradılmasının arxasında nəyin dayandığını başa düşmək elə də çətin deyil (Harvard universitetinin qızlarının reytinqini müəyyənləşdirmək üçün yaradılmışdı). Biz bir anlıq geriyə qayıda və özümüzə sual verə bilərik ki, ictimaiyyətin bizi qəbul etməsi üçün kəmiyyət önəmlidir, yoxsa keyfiyyət?

Sosial şəbəkələrin ictimai təsiri mövzusunda Almaniyada aparılan bu tədqiqat ilk belə tədqiqat deyil. 2012-ci ilin dekabrında nəşr edilən başqa bir araşdırmanın nəticələrinə əsasən, kollec tələbələri nə qədər çox "FB"dən istifadə etsələr, bir o qədər çox özlərini pis hiss edirlər. Bəziləri mübahisə edə bilər ki, "Facebook" vitual empati üçün effektivdir, məsələn, kimsə doğum günündə çoxsaylı dostlarının onu təbrik etdiyini görəndə sevinir. Reallıq isə bundan ibarətdir ki, "like"ların sayı gərginlik və aludəçilik yaradır.

İstifadəçi "Facebook"dan istifadədən daimi həzz alırsa, bu artıq vərdişdir. Əgər kiminsə onlayn olmadığını görəndə, bu, narahatlıq yaradırsa "Facebook" artıq gərginliyə səbəb olur.

 

Fakt budur ki, "Facebook" hələ uzun müddət dəbdə olacaq. Biz insan irqi olaraq, bir çox şeylərdən, o cümlədən sosial şəbəkələri istifadə etməkdən həzz alırıq. Təkcə Amerikan cəmiyyətində deyil, bütün dünyada da narahatlıq və psixoloji sağlamlıq problemlərinin təsiri artmaqdadır, biz sosial medianın səbəb olduğu narahatlıq və depressiyanı da unutmamalıyıq.

İstifadəçilərin sosial şəbəkələrə vərdiş edib-etmədiklərini öyrənmək üçün burda bir çox vacib suallar var. Bu sualların köməyi ilə bunu müəyyənləşdirmək olar:

1. "Facebook" hesabını bağlamağa çalışıb, dərhal da ora geri qayıtmısanmı?

2. İşində və yaxud dərslərində daha az məhsuldar olduğunu hiss edirsənmi?

3. "Facebook"dan problemlərdən qaçıb istirahət və zövq üçün istifadə edirsən?

4. İnsanların sənin postlarını "like" edib-etmədiklərini öyrənmək üçün "facebook" hesabını daim yoxlayırsanmı?

Əgər bu suallardan birinin cavabı "bəli"dirsə... deməli siz "Facebook" aludəçisiniz./milli.az/


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM