"Türkiyə parlament idarəetməsindən birbaşa prezident idarəetməsinə keçməlidir".
"Trend"-in məlumatına görə, bu barədə ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğan Türkiyənin ATV telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, birbaşa prezident idarəetməsi Türkiyənin gələcək inkişafının xeyrinə ola bilər.
Baş nazir bildirib: "İlk fürsət düşən kimi Türkiyə parlament idarəetməsindən birbaşa prezident idarəetməsinə keçəcək".
Ərdoğan qeyd edib ki, birbaşa prezident idarəetməsinin tətbiqi haqqında məsələ prezident seçkilərinin keçirilməsindən dərhal sonra qaldırılacaq.
Xatırladaq ki, Türkiyədə prezident seçkiləri 2014-cü il avqustun 10-da keçiriləcək. İlk mərhələdə hər hansı namizəd səslərin 51 faizini toplamasa, avqustun 24-də ikinci mərhələ olacaq.
2007-ci ildə keçirilmiş referendumun yekunlarına görə, 2014-cü ildən etibarən prezidenti 7 deyil, 5 illiyinə parlament yox, xalq seçəcək