Yola salınan teatr mövsümü Akademik Milli Dram Teatrının yaradıcı həyatı üçün əlamətdar hadisələrlə yadda qalıb. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, kollektiv mövsümü iyulun 14-də “Qarabağnamə” tamaşası ilə yekunlaşdıracaq:
“Son dövrlərdə teatrda yüksək yaradıcı atmosfer mövcuddur. Hazırlanan tamaşalarda gənc və orta nəsil aktyorları ilə yanaşı, yaşlı aktyorlar da iştirak etməyə can atır. Bunu bir növ nəsillər arasında sağlam yaradıcı rəqabət hesab etmək olar. Teatrın repertuarında dünya və Azərbaycan klassikasından, o cümlədən müasir dramaturgiyadan nümunələr yer alıb. Buna misal kimi C.Məmmədquluzadənin “Ölülər”, C.Cabbarlının “Almaz”, İ. Əfəndiyevin “Boy çiçəyi”, M. S. Ordubadinin “Qətibə İnanc”, E.Əfəndiyevin “Cəhənnəm sakinləri”, Y.Polyakovun “Sinif yoldaşları”, Əli Əmirlinin “Ah, bu uzun sevda yolu” və “Şah Qacar”, Kamal Abdullanın “Bir, iki – bizimki”, “Çingiz Aytmatovun “Manqurt”, Miro Qavranın “Qəribə, çox qəribə əhvalat” və digər əsərləri misal göstərilə bilər.
Son dövrlərdə Akademik Milli Dram Teatrında dörd yeni səhnə hazırlanaraq həm yaradıcı heyətin, həm də tamaşaçıların ixtiyarına verilib. Bunlar A.M.Şərifzadə, T. Kazımov, M.Məmmədov və A.İsgəndərov səhnələridir. M.Məmmədov, T. Kazımov və A.İsgəndərov səhnələri daha çox məşqlər üçün yaradılsa da, A.M.Şərifzadə adına kiçik səhnə tamaşalar üçün nəzərdə tutulub. Dəfələrlə bu səhnə öz tamaşaçılarını qəbul edib. Gəncrejissorlar Anar Babalı və Əlif Cahangirlinin quruluş verdiyi səhnə əsərləri tamaşaçılar və peşəkar teatr xadimləri tərəfindən uğurlu yaradıcılıq işi kimi dəyərləndirilib”.
Mətbuat xidmətindən əlavə olunub ki, ötən mövsümdə Akademik Milli Dram Teatrı Konya şəhərində keçirilən “Min nəfəs, bir səs” Türkdilli Ölkələrin Beynəlxalq Teatr Festivalında Azərbaycanı uğurla təmsil edib. Sayca 11-ci olan nüfuzlu beynəlxalq festivalda mədəniyyət ocağının kollektivi “Cəhənnəm sakinləri” tamaşasını oynayıb:
“Təqdim olunan səhnə əsəri tamaşaçılar və müxtəlif ölkələrdən gələn teatr xadimləri, o cümlədən festivalın təşkilatçıları tərəfindən yüksək səviyyədə qarşılanıb.Bundan başqa Akademik Milli Dram Teatrının rəhbərliyinin və truppa üzvlərinin iştirakı ilə müxtəlif işgüzar görüşlər keçirilib, qarşılıqlı teatr mübadiləsi üçün müzakirələr aparılıb. Qeyd etməliyəm ki, mövsüm ərzində Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov Bolqarıstana səfər edib. Ölkəmizin teatr həyatı üçün səmərəli danışıqlarla yadda qalan bu görüşlərdə gələcək əməkdaşlığın perspektivləri haqqında müzakirələr aparılıb. Bildiyimiz kimi “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının icrasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyi, Şəki şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatı dəstəyi ilə “Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalı keçirilib. Akademik Milli Dram Teatrının kollektivi festival çərçivəsində Sumqayıt Dövlət Dram Teatrında “Cəhənnəm sakinləri” tamaşası ilə uğurlu çıxış edib. Pirallahı tamaşaçıları qarşısında “Vəsiyyət” tamaşasını oynayan kollektivin növbəti səfəri Xaçmaza nəzərdə tutulub.
Teatrımızın kollektivi hər zaman ölkə başçımızın, mədəniyyət nazirliyinin və Azərbaycan Teatr Xadimləri İttifaqının diqqət mərkəzində olub. Belə ki, mövsüm ərzində teatrın truppasından xalq artisti Ramiz Novruz Prezidentin fərdi təqaüdünə, xalq artisti Rafiq Əzimov “Şöhrət” ordeninə, Sabir Məmmədov və Əjdər Həmidov xalq artisti, Rövşən Kərimduxt əməkdar artist fəxri adına layiq görülüblər. O cümlədən Teatr Xadimləri İttifaqının “Sənətkar” ordeni Azərbaycan teatrının inkişafında xidmətləri olan görkəmli sənətkarlarımız Nazim Bəykişiyev, Kazım Abdullayev və Hicran Nəsirovaya təqdim olunub. Akademik Milli Dram Teatrının gənc rejissoru Əlif Cahangirli isə Gənclər və İdman Nazirliyinin “İlin ən yaxşı gənc rejissoru” mükafatını qazanıb.
Yola saldığımız mövsümdə teatrımızda yeni - “İuda”, “Cəhənnəm sakinləri”, “Qətibə İnanc”, “Rəqs edə pinqivinlər”, “Şah Qacar”, “Gəl baharım, gəl yazım”, “Bir iki, bizimki”, “Qəribə, çox qəribə, əhvalat”, “Sinif yoldaşları”, “Manqurt”, “Ah, bu uzun sevda yolu” tamaşaları təhvil verilib.
Akademik Milli Dram Teatrının Mədəniyyət və İncəsənət Universiteti ilə yaradıcı əlaqələri də yüksək səviyyədədir. Belə ki, universitetdə rejissorluq təhsili alan diplomantlar teatrımızın Abbas Mirzə Şərifzadə səhnəsində tamaşalar hazırlayıb, tələbə aktyorlar bir neçə tamaşada böyük sənətkarlarımızla birgə səhnəyə çıxıb, teatrşünaslıq ixtisasında təhsil alanlarla isə peşəkar yaradıcılıq işi aparılıb.
Son olaraq bildirmək istərdik ki, yeni mövsümdə bir sıra yeni premyeralarla teatrsevərlərin görüşünə gələcək, onlara müasir və klassik dramaturgiya nümunələri əsasında hazırlanan yeni və maraqlı səhnə əsərləri ilə sevindirəcəyik”.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM