“Media forum” xəbər verir ki, 232 deputatın təsdiqlədiyi fərman bütün Ukrayna üzrə ehtiyat qüvvələrin 45 gün ərzində orduya çağırılmasını nəzərdə tutur. Orduya 45 yaşınadək zabit və serjantlar, 40 yaşınadək sıravilər və 60 yaşınadək ali zabitlər çağırılır.
Bu ilin fevral-mart aylarında Rusiya Ukraynanın Krım yarımadasını hərbi qüvvə ilə işğal edərək özünə birləşdirib. Daha sonra cənub-şərq vilayətlərində Rusiyanın dəstəklədiyi separatçı hərbi-siyasi qüvvələr baş qaldırıb, Donetsk və Luqansk vilayətlərini müstəqil respublikalar elan edib.
İyunun 20-də Ukrayna prezidenti Pyotr Poroşenko Silahlı Qüvvələrə ölkənin ərazi bütövlüyünün müdafiəsi üçün qəti hücum əmri verib.