Azərbaycanda heyvanlar arasında vərəm xəstəliyinə yoluxma aşkar edilməyib

21:58 / 13.07.2018

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiqlənən epizootik tədbirlər planına uyğun olaraq, ilin əvvəlindən ölkə ərazisində iribuynuzlu heyvanlar vərəm xəstəliyinə görə diaqnostik müayinəyə cəlb edilib. Bu ilin 6 ayı ərzində 185 min 7 baş iribuynuzlu heyvanda vərəm xəstəliyinə görə tuperkulinizasiya müayinəsi aparılıb. Aparılan müayinələrin nəticəsinə əsasən heyvanlar arasında vərəm xəstəliyinə görə yoluxma aşkar edilməyib.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, vərəm xroniki gedişli yoluxucu xəstəlik olub, müxtəlif orqanlarda, daha çox ağciyərlərdə, bağırsaqlarda, limfa düyünlərində və spesifik düyünlərin-tuberkulaların (şorvari maddə) əmələ gəlməsi ilə səciyyələnən xəstəlikdir. Ev heyvanları, vəhşi heyvanlar və quşların bir çox növləri, habelə insanlar bu xəstəliyə yoluxurlar.

Vərəm xəstəliyi xroniki və ya latent gedişli olduğuna görə onun kliniki nişanələri bir neçə ay görünməyə bilər. Kliniki nişanələr iltihabi və patoloji prosesin yerinə görə fərqlənə, ağciyər və bağırsaqda xəstəlik ocaqları yarana bilər. Daha çox xarakterik olan əlamət arıqlama və tənəffüs orqanlarının pozğunluqlarıdır. Yelinin və limfa düyünlərinin tipik pozğunluqları da müşahidə edilə bilər.

İribuynuzlu heyvanlarda əksər hallarda vərəmin ağciyər forması baş verir və xroniki formada davam edir, cavan heyvanlarda xəstəlik iti və yarımiti gedişli olur. Bu halda heyvanda quru öskürək xarakterik olur. Hərarət 39,5-40 dərəcəyədək yüksələ bilər. Xəstəliyin ilkin etaplarında iştaha və məhsuldarlıq azalmır, xəstəlik şiddətlənən zaman ağciyərlərin və plevranın iltihablaşması nişanələri büruzə verir. Döş qəfəsində xırıltılar eşidilir, tənəffüs çətinləşir və ağrılı öskürəklə davam edir. Süd vəzilərinin patoloji prosesə tutulması yelinüstü limfa vəzilərin böyüməsi və bərkiməsi ilə səciyyələnir.

Qoyunlarda keçilərə nisbətən vərəmə az təsadüf edilir. Hər iki növ heyvanda asimptomatik keçən xəstəlik ağırlaşan zaman keçilərdə kliniki nişanələr qaramalın əlamətlərinə bənzəyir.

Quşlarda vərəm aydın olmayan kliniki nişanələrlə xroniki gedişli olur. Xəstə toyuqlar az hərəkətli olmaqla yanaşı, tez arıqlayırlar. Pipikləri və sırğaları solğunlaşır və döş əzələsinin atrofiyasına gətirib çıxarır.

Tuberkulin sınağının nəticələrinə bir sıra amillər təsir göstərir: heyvanın yaşı (cavanlarda reaksiya zəif olur), köklülük, rəng (açıq rənglərdə güclü), tuberkulyoz prosesinin lokalizasiyası və onun vəziyyəti, digər infeksiyaların mövcudluğu, avitaminoz, natamam yemlənmə, xüsusən də zülal aclığı, boğazlılıq və s.

Tuberkulin sınağı ilə bütün yoluxmuş heyvanları müəyyən etmək olmaz (hətta, dərisi və göziçi üsullarının hər ikisindən istifadə edilsə də).

Vərəm təyin edildikdə fermaya karantin tətbiq edilir. Qeyri-sağlam naxırın hamısı ləğv edilir. Yekun dezinfeksiyadan sonra karantin götürülür və yeni heyvanların gətirilməsinə icazə verilir.

Vərəmin profilaktikası və ləğv olunmasında həlledici əhəmiyyət təsərrüfat tədbirlərinə verilir: tam dəyərli, balanslaşdırılmış yemləmə, məcburi fəal gəzinti, normal istismar və yaxşı mikroiqlim və s.

Vərəmlə xəstə heyvanları müalicə etmək məqsədəuyğun sayılmır.

Vərəm xəstəliyi insanlar üçün də təhlükəlidir. İnsanlar vərəmə yoluxmuş heyvanlarla təmasdan, xəstə heyvanlardan alınmış məhsulların istifadəsindən yoluxa bilərlər. İnsanlarda vərəmin klinikası onun formasından asılı olaraq müxtəlif ola bilər. Ağciyərlərin vərəmi uzunmüddətli öskürək, subfebril hərarət, bəlğəm, döş qəfəsində ağrı və s. əlamətlərlə gedir. Bundan başqa əsəbilik, gecə tərləmələri, arıqlama, arterial təzyiqin enməsi, böyrəküstü vəzlərin fəaliyyətinin zəifləməsi kimi ümumi simptomlar xəstəni narahat edir.

Hazırda respublikada heyvanlar arasında vərəm xəstəliyinə görə epizootik durum sabitdir.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM