Güclü ordu quruculuğu müasir Azərbaycanı xarakterizə edən əsas amildir

09:11 / 14.07.2018

Bəşər tarixinə nəzər saldıqda, xalqların yaranması və müəyyən cəmiyyətə malik olması, əslində qanunauyğunluq tendensiyasıdır: qarşılıqlı təsir, əlaqələrin dərinləşdirilməsi, mədəniyyətlərinin formalaşması. İlk sivilizasiyaların meydana gəlməsi onlarda özünəməxsus adət-ənənələrin də yaranmasına səbəb oldu – inkişaf səviyyəsi yüksəldi, öz mülkiyyətləri, mədəni toplumları formalaşdı.

Dövlətin gücü xalqın birliyindədir-xalq bir olarsa, onun birliyindən qüdrətli dövlət yaranar. O dövlətin formalaşması, möhkəmlənməsi və qorunması üçün isə mütləq ordu lazımdır. Ordunu formalaşdıran amil isə yenə də xalqdır. Tarix boyu xalqın içindən çıxan igid oğul və qızlarımızın səyi ilə qurulan ordu  Azərbaycanın torpaqlarının müstəqilliyi uğrunda düşmənlərə qarşı mübarizə aparıb, öz döyüş bacarığı ilə tarixin səhifələrinə adlarını yazıblar. Tarix sübut edib ki, döyüş ruhu bu xalqın qanında həmişə olub və olacaqdır.

Sovetlər birliyinin dağılması ərəfəsində bir çox xalqlar öz müstəqilliklərinin və ərazi bütövlüklərinin bərpası üçün mübarizə aparırdılar. Keçmiş SSRİ-nin işğalçı hakimiyyəti bu mübarizədə Azərbaycanın müstəqillik əldə etməsi ilə barışmırdı. Bu məqamda Qafqazda köklü tarixləri olmayan, öz məqsədləri üçün daha güclü xalqların köləsi, qulu kimi xidmət etməyi “şərəf” bilən erməni terrorçuları silahlanaraq ölkəmizə qarşı məkrli işğalçılıq siyasəti yeritməyə başladılar.

1990-cı illərin əvvəlində hakimiyyətdə olan AXCP-Müsavat cütlüyü kreslo davası etdiyi bir zamanda Azərbaycan elan olunmamış bir müharibə ocağına çevrildi. Nəticədə torpaqlarımızın 20 faizi Ermənistan və havadarları  tərəfindən işğala məruz qaldı. Nəticədə  20 mindən çox oğul və qızımız şəhidlik zirvəsinə yüksəldi, bir milyondan çox həmyerlimiz isə öz torpaqlarından didərgin salındı.

Gərgin siyasi məqamda, xalqımızın ölüm-qalım dilemması ilə üz-üzə dayandığı vaxtda daha səriştəli və praqmatik bir liderə ehtiyac var idi. Bu səriştəli lider həm  işğala son qoymalı, həm də  xalqı, milləti öz arxası ilə aparmağı, milli ideologiyanı yaratmağı bacarmalı idi. Bu lider isə həmin vaxt  Naxçıvanda xalqı öz ətrafına toplayaraq dövlət səviyyəsində yaratdığı ordu ilə həm ermənilərin hücumlarının qarşısını alır, həm də blokadada olan muxtar respublikanı yaşadırdı. Bu lider  ulu öndər Heydər Əliyev idi.

Artıq Azərbaycan insanı AXCP-Müsavat cütlüyünün deyil, öz liderinin arxasınca getməyə qərar vermişdi. Ulu öndərimiz Heydər Əliyevin siyası hakimiyyətə ikinci dəfə qayıdışı nəticəsində ölkədə sistemli idarəetmə yaradıldı və vətəndaş qarşıdurmasına son qoyuldu. Silahlı birləşmələr ləğv edilərək vahid komandanlıq altında birləşən Silahlı Qüvvələr yaradıldı. Nəticədə cəbhənin müxtəlif istiqamətlərində ardıcıl uğurlu qələbələr qazanıldı. Nəhayət ki,  vahid milli ordumuz formalaşmağa başladı. Ordu quruculuğuna sağlam bir nəfəs gəldi, şəxsi heyətdə canlanma, həmçinin yeni-yeni hərbi hissələrin formalaşdırılması başladı. Artıq ölkədə yeni ideologiya – Heydər Əliyev ideologiyası yarandı. Bu, özünü ön cəbhədə də göstərdi. Bu ideologiya ətrafında sıx birləşən  əsgərlərimiz tankların üzərində “Heydər Əliyev uğrunda” yazılı bayraqlar asaraq düşmənə sarsıdıcı zərbələr vurdular. Azərbaycan ordusu erməni silahlı birləşmələrinin respublikanın içərilərinə doğru irəliləməsini dayandırdı, hətta əks-hücuma keçdi. 1994-cü il yanvarın 5-də aparılan uğurlu əməliyyatlar nəticəsində Füzuli rayonunda strateji əhəmiyyətli Horadiz qəsəbəsi, 22 kənd işğaldan azad edildi. Həmçinin düşmən ordumuzun Kəlbəcər-Ağdərə, Goranboy-Tərtər istiqamətlərində əks-hücumlarına tab gətirməyərək ağır itkilər verdi və geri çəkilməyə məcbur oldu. Horadiz əməliyyatı Azərbaycan ordusunun Heydər Əliyevin rəhbərliyi altında 1994-cü ildə keçirdiyi ən uğurlu əməliyyat kimi yaddaşlara həkk olundu və düşmən bu əməliyyatdan sonra atəşkəs imzalamaq məcburiyyətində qaldı. Qarabağ müharibəsi vaxtı cəbhə bölgəsində atəşkəsi nəzərdə tutan sənəd olan “Bişkek protokolu” indiyədək buna bənzər münaqişələr tarixində mövcud olan ən uzunmüddətli atəşkəs razılaşmasıdır.

Yeni müstəqillik əldə edən ölkəmizdə ulu öndərin apardığı islahatlar bütün sahələri əhatə edirdi. Ən əsası ölkənin müdafiə sektorunun inkişafı və gücləndirilməsi  məsələsi idi. Ulu öndər hər zaman əsgərlərlə görüşündə deyirdi: “Azərbaycanın hər bir vətəndaşı mənim üçün əzizdir, amma Azərbaycan əsgəri, zabiti mənə hər bir vətəndaşdan daha əzizdir, daha yaxındır”.

Bəli, bu gün ümummilli liderimizin bizə miras qoyduğu güclü ordumuz var və Azərbaycan xalqı bu əzəmətli orduya hər zaman inanıb, inanır və inanacaqdır. Ordumuz 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə düşmənə ağır zərbə endirərək Goranboy və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulanı düşmən tapdağından azad etdi. Aprel döyüşləri xalqla ordunun birliyini daha da möhkəmləndirdi, yeniyetmələrin, gənclərin vətənpərvərlik duyğularını kükrətdi, hər fərdi əsgərləşdirdi.  Bu zəfər müstəqil ordumuzun şanlı gücündən xəbər verirdi.

Bu gün Azərbaycanın ayrılmaz bir hissəsi olan muxtar respublikamızda aparılan ordu quruculuğu dövlət proqramının bir hissəsi kimi davam etdirildiyindən müasir tələblərə cavab verir, hərtərəfli qayğı və diqqətlə əhatə olunur. Ordunun dövlət müstəqilliyinin, ərazi bütövlüyünün, sülh və əmin-amanlığın əsas təminatçısı olduğunu vurğulayan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin dediyi kimi: “Ordunun qüdrəti və döyüş qabiliyyətinin yüksək olması yalnız güclü texniki təminatla ölçülmür. O ordu güclüdür ki, onun sıralarında vətənpərvər gənclər xidmət edir. Ümummilli liderimiz deyirdi ki, “Ordunun qüdrətini, onun döyüş qabiliyyətini, qələbə iradəsini təşkil edən döyüşçülərin vətənpərvərlik hissidir”. Bu gün Naxçıvan Muxtar Respublikasındakı hərbi hissələrdə olan birlik, vətənpərvərlik və yüksək döyüş əhvali-ruhiyyəsi torpaqlarımızın etibarlı müdafiəsinə və toxunulmazlığına tam təminat verir”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 18 dekabr tarixli Fərmanına əsasən, Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, Silahlı Qüvvələrin hissə və bölmələrinin döyüş qabiliyyətinin artırılması, bir mərkəzdən idarəetmənin təkmilləşdirilməsi məqsədilə 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordu yaradıldı. Yaradılan güclü, əzəmətli ordumuz bu ilin  may ayında Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyəti olan yüksəklikləri keçirdiyi əməliyyat nəticəsində öz nəzarətinə keçirdi. 1990-cı illərin əvvəllərində ermənilər tərəfindən zəbt edilmiş 11 min hektar torpağın azad edilməsi, həm də ordumuzun mövqelərini xeyli möhkəmləndirdi. Günnüt, Ağbulaq yaşayış məntəqələri ətrafındakı yüksəkliklər, “Qızılqaya” dağı  və “Qaraqaya” dağlarında yeni mövqelər ələ keçirildi, Dərələyəz mahalının Arpa kəndində və Mehridərə vadisində düşmənin fəaliyyəti nəzarət altına götürüldü.

Ordumuzun bu uğurunun əsası 2000-ci ilin əvvəllərində Naxçıvan Muxtar Respublikası Babək rayonunun  Buzqov kəndinin erməni daşnakları tərəfindən təhlükə yaradan yüksəkliklərinin  ordumuzun şücaəti nəticəsində düşmən nəzarətindən geri alınması ilə qoyulmuşdu.  Bu uğurlu əməliyyatın davamı kimi Günnüt əməliyyatı düşməni Naxçıvana iddiaları ilə  bağlı bir daha düşündürməyə vadar etdi.

Bu gün ölkənin bütün regionlarında olduğu kimi Naxçıvan Muxtar Respublikasında da ordu quruculuğu ən yüksək standartlara uyğun aparılır. Müdafiə qabiliyyəti güclü bir ordu kimi düşmənin kabusuna çevrilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Günnüt kəndindəki hərbi hissədə əsgər və zabitlərlə görüşündə ordumuzun  döyüş hazırlığına yüksək qiymət verərək demişdir: Azərbaycan ordusunun uzun illərdən sonra tarixi torpaqlarımıza nəzarət etməsi mühüm nailiyyətdir. Bu, həm torpaqlarımızın işğaldan azad olunması, həm də kənd təsərrüfatı üçün yararlı torpaqlardan istifadə etməyə imkan yaranması deməkdir. Ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar, ordu quruculuğu sahəsində görülən işlər torpaqlarımızın işğaldan azad olunmasına yönəldilmişdir. Azərbaycan dövləti torpaqlarımızın sülh yolu ilə azad olunmasının tərəfdarıdır. Lakin aprel döyüşləri bir daha təsdiq etdi ki, Azərbaycan həm sülh, həm də müharibə yolu ilə torpaqlarını azad etməyə qadirdir. Aprel döyüşləri Azərbaycan ordusunun hərbi qüdrətini göstərdisə, Naxçıvan əməliyyatı Azərbaycan ordusunun nə qədər böyük manevr qabiliyyətinə malik olduğunu təsdiq etdi.

Bəli, 100 illik tarixə malik olan Azərbaycan ordusunun Günnüt əməliyyatı Qarabağ zəfərinin xəbərçisidir. Güclü ordu quruculuğu, milli ordumuzun möhkəmlənməsi müasir Azərbaycanı xarakterizə edən əsas amildir.

Azərbaycan əsgərinin dediyi kimi:

Qanım üç rəngli bayraqda var olsun,

Vətənim Azərbaycan Sağ olsun!

Azad CABBAROV

Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin sədri


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM