Miqrasiya qanunvericiliyinə dəyişikliklər qüvvəyə minib

10:09 / 14.07.2018

Azərbaycan prezidenti İlham Əliyev tərəfindən Miqrasiya Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının qanunları imzalanıb və ölkədə miqrasiya proseslərinin müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi məqsədilə qanunvericiliyə edilmiş dəyişikliklər artıq qüvvəyə minib.

 

Dövlət Miqrasiya Xidmətindən  verilən məlumata görə, qanunvericiliyə edilmiş dəyişikliyə uyğun olaraq bundan sonra Miqrasiya Məcəlləsinin 21-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində 10 gündən yox, 15 gündən artıq müvəqqəti olmaq istəyən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər ölkədə olduqları yer üzrə qeydiyyata alınacaqlar.

 

Əvvəlki qanunvericiliyə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə olma və ya yaşama, həmçinin iş icazələri qanunvericilikdə nəzərdə tutulan müvafiq əsaslara görə ləğv edilirsə, hər bir halda həmin şəxslər ölkədən çıxarılır və ölkəyə girişlərinə məhdudiyyət qoyulurdu. Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkəyə gəlişinin müəyyən müddətə məhdudlaşdırılması bir çox hallarda biznes sektorunun, sahibkarların işinə müəyyən çətinliklər yaradırdı. Qanuna müvafiq dəyişikliklərə əsasən əcnəbinin və vətəndaşlığı olmayan şəxsin ölkədə olma, yaşama və ya iş icazəsinin ləğv edilməsinə səbəb olmuş əsaslar aradan qalxdıqda, onların ölkəyə gəlməsinə qoyulmuş məhdudiyyət götürüləcək.

 

 

Miqrasiya Məcəlləsinin əvvəlki redaksiyasına əsasən əcnəbi və ya vətəndaşlığı olmayan şəxs miqrasiya qanunvericiliyini pozduğuna görə son üç il ərzində iki dəfə və ya daha çox inzibati məsuliyyətə cəlb olunduqda, onun ölkə ərazisinə gəlməsi 5 il müddətinə qadağan edilirdi. Dəyişikliyə əsasən Miqrasiya Məcəlləsinin müvafiq əsasa görə əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkə ərazisinə girişinə 5 il müddətinə qadağa qoyulmasını nəzərdə tutan müddəası ləğv edilib.

 

Digər məsələ miqrasiya qanunvericiliyini pozduğuna görə barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisini tərk etməsi və yenidən ölkəyə gəlməsi ilə bağlıdır. Bundan sonra miqrasiya qanunvericiliyini pozduğuna görə barəsində inzibati qaydada çıxarılmamaqla, inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş əcnəbi və ya vətəndaşlığı olmayan şəxs cəriməni ödəmədiyi təqdirdə, ölkəyə təkrar girişinə hər hansı məhdudiyyət tətbiq edilmədən ölkə ərazisini tərk edə biləcək. Bu halda onların ölkəyə girişi cəriməni ödəyənədək məhdudlaşdırılır və cəriməni ödədikdən sonra ölkəyə girişinə qoyulmuş məhdudiyyət dərhal götürülür. Belə ki, məhdudiyyətin götürülməsi üçün şəxsin əlavə müraciət etməsinə ehtiyac qalmayacaq. Bu yanaşma miqrasiya proseslərinin tənzimlənməsi sahəsində məmnunluğun artmasına öz müsbət təsirini göstərəcək. 

 

Dəyişikliklərə əsasən daimi yaşama icazəsi almaq üçün müraciət edən şəxsin müraciətinə imtina verildikdə, həmin şəxsin təqdim etdiyi sənədlər əsasında müvəqqəti yaşamaq icazəsi almasını tənzimləyən mexanizm yaradılıb. Belə ki, daimi yaşama icazəsinin alınmasına imtina verilmiş əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər müvəqqəti yaşamaq icazəsi almaq üçün əlavə sənədlər təqdim etmədən sadəcə ərizə-anket ilə Dövlət Miqrasiya Xidmətinə müraciət edə biləcəklər.

 

Yeniliklərdən biri də miqrasiya qanunvericiliyini pozduğuna görə barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə inzibati tənbehə səbəb olan halın aradan qaldırılması üçün İnzibati Xətalar Məcəlləsində dəqiq müəyyən olunan vaxtın verilməsidir. Ölkədə olma, yaşama, yaxud ölkə ərazisindən tranzitlə keçməsi qaydalarının pozulmasına görə inzibati məsuliyyətə cəlb olunmuş əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə inzibati məsuliyyətə səbəb olmuş halın aradan qaldırılması üçün 10 gün vaxt veriləcək.

 

O ki, qaldı İnzibati Xətalar Məcəlləsinə yeni 150.15-ci və 150.16-cı maddələrin əlavə edilməsinə, yəni inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən bir ay müddətində cəriməni ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün lakin 2 aydan çox olmamaqla cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanacaq. Təcrübədə müşahidə edilirdi ki, inzibati məsuliyyətə cəlb edilən əcnəbi və ya vətəndaşlığı olmayan şəxs bir çox hallarda ona tətbiq edilmiş inzibati cərimənin məbləğinin, müddətindən asılı olmayaraq dəyişməməsi səbəbindən  ödəməyə maraq göstərmir. Edilən dəyişiklik  əcnəbiləri inzibati cəriməni ödəməyə həvəsləndirməyə və müəyyən mənada məsuliyyət hissini artırmağa xidmət edir.

 

Ümumiyyətlə miqrasiya ilə bağlı qanunvericiliyə edilmiş dəyişikliklərin məqsədi vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, əməkçi miqrantların vəziyyətinin yaxşılaşdırılmasına, məmnunluqlarının artırılmasına, rahatlıqlarının təmin edilməsinə,  şəffaflığa, ölkə ərazisində ailə bağlılığı və işgüzar əlaqələri olan əcnəbilərin öz hüquqlarından sərbəst istifadəsinə xidmət edir.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM