İstanbul, Ankara, İzmir və Kayseridə Qarabağ həqiqətləri təbliğ olundu

10:44 / 23.07.2014

Strategiya.az-a verilən məlumata görə, Türkiyə şəhərlərində Qarabağ həqiqətlərini əks etdirən konfrans və sərgilər keçirildi.

      Azərbaycan Respublikası Prezidenti yanında QHT- lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Müharibə Veteranı Qadınlarına Sosial Yardım" İctimai Birliyinin "İsveçin Stokholm və TürkiyəninAnkara, şəhərlərindəki universitetlərdə Qarabağ informasiya guşəsinin yaradılması"adlı layiuğurla başa çatıb. Bu barədə Birliyin sədri Radə Abbasın verdiyi məlumata görə, layihənin əsas məqsədi  xarici ölkələrin gəncləri ilə canlı təmas quraraq Azərbaycan və Türk dünyasının uzun illərdir başına gətirilən müsibətlərin onlara çatdırılması və hər bir ölkədə Qarabağın azadlığı üçün sadə vətəndaşlardan ibarət dayaq nöqtəsi yaratmaq olub:

 "Nəzərdə tutduğumuz şəhərlərdən başqa Türkiyənin bir neçə şəhərinə toplantılar üçün dəvətimiz olsada Kayseri şəhərini seçdik. Azərbaycan həqiqətləri və Qarabağın tarixi ilə əlaqəli konfrans və sərgi keçirildi. Kayseri şəhərinə aparılmış təbliğat materialları Erciyes unversitetinə hədiyyə olundu. Uşaq bayramında iştirak edərək Azərbaycandakı qaçqın və məcburi köçkün uşaqlarının  öz doğma evlərində bayram keçirmək haqqını erməni və rus birləşmələri əllərindən aldıqlarını diqqətə çatdırdıq. Açıq havada keçirilən bu toplantı çox möhtəşəm idi. Kayseri şəhər "KAY TV" və "Kampus" televiziyalarında canlı yayımda verlişlərin birinin qonağı olduq. Həmin gün jurnalist gənclərin bir qrupu ilə görüşdük və Türk dünyasının yaxınlaşması, bir-birimizi tanımaq üçün gələcəkdə görüləcək işlər müzakirə edildi. Jurnalist gənclər Xocalıda qətlə yetirilmiş uşaqlar haqqında bir kitab hazırlanmasını təklif etdilər və həmin kitabın ingilis dilinə və Anadolu türkcəsinə tərcümə edib, yaymaq istədiklərini bildirdilər. Məndə belə bir kitabın artıq çoxdan yazıldığını bildirdim və Səriyyə Cəfərovanın “Onlar heç vaxt böyüməyəcəklər” kitabının tərcümə edilərək yayılmasını xahiş etdim. "Türk Dünyası Qadınlarının Dostluq və Dayanışma Dərnəyi"ndəki görüşdə başqan Aysel Özkan Azərbaycanı çox sevindiyini, gələcəkdə Azərbaycan həqiqətlərinin dünyaya yayılmasına dəstək verəcəyini bildirdi.

 Həmçinin İstanbuldakı Azərbaycan Mədəniyyət Evində dərnək rəhbəri Hikmər Elpinin rəhbərliyi və təşkilatçılığı ilə layihəmizin daha bir toplantısı keçirildi. Həmin gün İstanbulda "CEM TV"- də canlı yayımda “Savaş və qadın” adlı proqramda iştirak edərək yenədə Azərbaycan- Qarabağ mövzusunda danışdıq.

 Daha sonra 5 orta məktəbin şagirdləri arasında “Mən Azərbaycanı tanıyıram” adlı yazı müsabiqəsi keçildi. Layihə çərçivəsində çap edilmiş kitablar,  müxtəlif təbliğat materialları və dövlət bayrağımız ilə birgə tədbirə layihəmiz adından onlara hədiyyə olundu.

 Millət vəkilləri Koray Aydın, Sinan Oğan, Ruhsar Dəmirəl və Yusuf Halacoğlu ilə görüşümüz oldu. Onlarla Azərbaycan və Qarabağ həqiqətləri ilə bağlı beynəlxalq konfrasın, tarixi sərgilərin Avropa şəhərlərində keçirilməsi və digər layihələrin həyata keçirilməsi haqda danışdıq.

 Ankarada  Türkiyə Orta Şərq İdarəçilik İnstitutunda “Azərbaycanın işğal altında saxlanılan torpaqları” adlı elmi konfrans və tarixi materiallardan ibarət sərgi təşkil edildi. İzmirdə isə Qazəmir bələdiyyə başqanı Halil İbrahim Şenolla görüşərək dekabrda qaçqın və köçkünlər günü münasibəti ilə "Qarabağ və soyqırım həqiqətləri" adlı beynəlxalq konfransın keçirilməsi üçün razılaşma əldə etdik".  

 Xatırladaq ki, layihənin mahiyyətinin ictimayiyyətə çatdırılması məqsədi ilə sonuncu toplantı Bakı şəhərində BMM- də keçirilib.

 

 

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM