İlkin variantda cəmiyyətə 69 maddə ilə təqdim edilən Azərbaycan dilinin yeni orfoqrafiya qaydaları layihəsində yalnız 10 maddəyə dəyişikliyin edilməsi məsələsi müzakirə ediləcək, layihədə qalan 59 maddəyə isə heç bir dəyişiklik edilməyəcək və onlar hazırda olduğu kimi saxlanılacaq.
Strategiya.az bildirir ki, bunu özəl olaraq Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, AMEA Orfoqrafiya Komissiyasının sədr müavini, akademik İsa Həbibbəyli deyib.
Onun sözlərinə görə, Nazirlər Kabinetinə cəmi 10 maddəyə dəyişikliyin edilməsi ilə bağlı layihə təqdim ediləcək:
“Yeni təklif olunan orfoqrafiya qaydaları layihəsindəki 69 maddənin 59-u ilə bağlı cəmiyyətdə aparılan müzakirələr nəticəsində qərar qəbul edildi. Onların bundan sonra əlavə müzakirə edilməsinə ehtiyac görmürük. "İsgəndər", "əsgər", "alqı-satqı" kimi sözlərin yazılış qaydası ilə bağlı məsələni də ictimai rəy özü həll etdi. Buna görə də bu məsələyə yenidən baxılmayacaq”.
İ.Həbibbəyli deyib ki, layihədə qalan 10 maddə daha dərin müzakirələrin aparılmasını tələb edir: “Əslində, onlar barədə də razılaşma var. Amma yenə də elmi müzakirələr aparılaraq qərar qəbul edilməlidir. Düşünürəm ki, sentyabrın əvvəlində Orfoqrafiya Komissiyasının üzvləri məzuniyyətdən qayıdan kimi komissiya qayda layihəsini son dəfə müzakirə edərək Nazirlər Kabinetinə təqdim edəcək”.
İ.Həbibbəyli qeyd edib ki, layihədə saxlanılan və baxılacaq məsələlərdən biri qoşa “y” samiti ilə yazılan sözlərdə bir “y” samitinin ixtisar edilməsidir:
“İndiyə qədər qoşa “y” samiti ilə yazılan sözlərdə “y”lərdən birinin ixtisar edilməsi ilə bağlı təklifə mətbuatda etiraz edən olmayıb. Sadəcə olaraq, deyilirdi ki, bu, qəbul edilərsə, çoxlu sənədlər dəyişəcək və buna da çoxlu maliyyə vəsaiti tələb olunacaq. Ancaq mən adında iki “y” samiti olan nazirliklərə rəsmi olaraq, müraciət etmişəm. Məlum olub ki, bunun üçün çox cüzi maliyyə vəsaiti lazımdır. Çünki bu günə qədər olan sənədlərin heç biri, eyni zamanda bu günə qədər olan ədəbiyyat da dəyişməyəcək. Bu dəyişikliklər yalnız bundan sonra yaranacaq ədəbiyyata, sənədlərə aiddir. Bu dəyişikliklər üçün cüzi maliyyə vəsaitinin tələb edilməsi barədə rəsmi arayış da almışam. “İki “y” samitindən birinin ixtisarı ilə əlaqədar çoxlu maliyyə vəsati lazımdır” arqumenti artıq ortadan qalxıb”.
İ.Həbibbəyli əlavə edib ki, layihədə saxlanılan və baxılacaq digər məsələ tərkibində qoşa “s” samiti olan sözlərin yazılışı ilə bağlıdır. Sözün əvvəlində, ortasında və sonunda iki “s” olan belə belə sözlərlə bağlı komissiya tərəfindən qərar veriləcək:
“Komissiya baxacaq ki, dissertasiya, ssenari, ekspress kimi sözlərdə iki “s” qalsın, ya qalmasın. Sözün ortasında iki eyni samit olub, sonu “a” ilə bitən sözlərdəki həmin samitlərdən birinin yazılıb-yazılmaması ilə bağlı da mübahisəli fikirlər var. Bu da hələ müzakirə ediləcək ki, iki samit qalsın, ya qalmasın. Çünki bəzi sözlərdə, məsələn, qrammatika sözünü bir “m” ilə tələffüz edirik. Amma "simmetriya" sözünü "simetriya" deyə bilmirik. Ona görə də bu məsələ mübahisəlidir. Bu tipli sözlərə yenidən baxılacaq”.
İ.Həbibbəyli deyib edib ki, "Rəbb" və "Tanrı" sözlərinin böyük hərflə yazılması yeni orfoqrafiya qaydaları layihəsində öz əksini tapsa da, bu məsələ də müzakirədən çıxarılıb:
”Orfoqrafiya Komissiyası ümumiyyətlə bu tipli məsələlərin müzakirəyə çıxarılmasını məqsədəuyğun saymır. Ona görə biz də o məsələni müzakirədən çıxarmışıq. Dünyada vahid qayda var, bu sözlər də o qayda ilə yazılmalıdır. Başqa ölkələrdə də bu cür müqəddəs anlayışlar geniş müzakirə edilmir”.
İ.Həbibbəyli qeyd edib ki, layihədə qalan məsələlər eksperiment deyil, islahat xarakterlidir:
“Bu dəyişikliklər artıq dilin özünün yaşadığı, gəlib çatdığı nöqtədir. Orfoqrafiya Komissiyası da obyektiv olacaq və ortaq məxrəcə gələcək. Azərbaycanın elmi tarixində hələ indiyədək orfoqrafiya qaydalarının indiki müzakirəsinə bərabər olan, uzun sürən, belə mübahisəyə səbəb olan müzakirə aparılmayıb. Bu müzakirə cəmiyyətin bütün təbəqələrini əhatə etdi. Onların bir çoxuna işçi qrupda baxıldı və rəylərin statistikası çıxarıldı. Məsələn, hər hansı məsələyə dair 200 adamın 190-ı eyni fikrdə oldusa, onu müzakirəyə çıxarmağa dəyməz”.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM