Xarici İşlər Nazirliyi bəyanat verdi

14:50 / 23.07.2018

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev Ağdam rayonunun işğalının 25-ci ildönümü ilə əlaqədar bəyanatla çıxış edib.
 
 
Bəyanatda deyilir ki, Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı hərbi təcavüzü zamanı 23 iyul 1993-cü il tarixində keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olmayan Ağdam rayonunun inzibati mərkəzi, Aşağı Qarabağın ən böyük şəhərlərindən biri Ağdam işğal olunub:
 
"Təcavüz səbəbindən ümumi ərazisi 1154 kv. km olan 138 yaşayış məntəqəsindən ibarət Ağdam rayonunun əksər hissəsi zəbt edilib və oranın əhalisi etnik təmizləməyə məruz qalıb. Ermənistan tərəfindən rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər yetirilib. İşğal nəticəsində 122 yaşayış məntəqəsi, 24 min 446 yayayış binası, 48 sənaye və tikinti müəssisəsi, 160 məktəb binası, 65 səhiyyə mərkəzi, 373 mədəniyyət ocağı, 1 teatr və s. talan və məhv edilib. Ağdamın müdafiəsi zamanı döyüşlərdə 6 minə yaxın rayon sakini şəhid olub. Ağdamın futbol klubu olan "Qarabağ” isə dünya miqyasında didərgin düşmüş komandaların olduqca nadir misallardan birinə çevrilib. Hal-hazırda 200 min nəfər rayon sakinindən 153 min nəfərdən artıq şəxs Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün qismində yaşayır. İşğal edilmiş ərazilərdəki çoxsaylı tarixi abidələrin xeyli hissəsi məhv olmağa, zahiri görkəminin süni dəyişdirilməsinə və qanunsuz arxeoloji qazıntılara məruz qalıb. Onların arasında Ağdam şəhərinin yaxınlığında e.ə. II minilliyə aid Üzərliktəpə abidəsi, Kəngərli kəndindəki VI əsrə aid məbəd və XIV əsrə aid türbə ilə daş abidələri, Xaçındərbənd kəndindəki 1314-cü ilə aid Qutlu Sarı Musaoğlu türbəsi, XVIII-XIX əsrlərdəki Qarabağ xanlığının mirası Şahbulaq qalası, xan sülaləsinin imarəti və məqbərələri və s. qeyd oluna bilər. Ağdamda məşhur Çörək Muzeyi darmadağın edilib, Cümə məscidi tövləyə çevrilib. Bu torpaqların əzəli Azərbaycan əhalisi barədə izlərin silinməsi məqsədilə, işğalçılar tərəfindən Ağdam şəhəri adının da belə dəyişdirilməsi Ermənistanın güddüyü məqsədlərini açıq-aşkar nümayiş etdirir. 1993-cü ilin aprelində Kəlbəcərin işğalı ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822 saylı qətnamədə işğalçı qüvvələrin zəbt olunmuş ərazilərdən çıxarılması üzrə təxirəsalınmaz tədbirlər barədə cədvəlin hazırlanması tapşırılıb. Lakin ATƏM-in (hazırda ATƏT) Minsk Konfransının sədri Mario Raffaellinin 27 iyul 1993-cü il tarixli hesabatında qeyd olunduğu kimi, 22-23 iyul 1993-cü il tarixlərində ATƏM-in Minsk Konfransı 9 iştirakçı ölkəsinin bu məqsədlə Romada keçirdiyi iclas zamanı ermənilər, əvvəlcədən Ağdamı işğal etmək niyyətində olmadıqlarını vəd etsələr də, bu addımı atdılar”.
 
Bəyanatda qeyd olunur ki, Ağdamın işğalı ilə bağlı dünya ictimaiyyəti yekdil mövqe ifadə etdi:
 
"ATƏM-in Minsk qrupunun 9 ölkəsi adından bu hücum qətiyyətlə pislənib, işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasına çağırış edilib. 29 iyul 1993-cü il tarixində BMT-nin Təhlükəsizlik Şurası 853 saylı qətnamə qəbul edib. Orada da işğalçı qüvvələrin Ağdam rayonu və digər yenicə işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olundu. Lakin Ermənistan tərəfi buna da tabe olmaqdan yayındı. Beləliklə, Ermənistan-Azərbaycan münaqişəsinin hələ o mərhələdə nizama salınmasına dair siyasi fürsətlərdən istifadə etməyə, buna dair yekdilliklə qəbul edilmiş BMT qərarlarının yerinə yetirilməsinə imkan verilməyib və yeni-yeni Azərbaycan ərazilərinin işğalı nəticəsində hazırkı ağır vəziyyət yaradılıb. M. Raffaellinin hesabatında bildirildiyi kimi, "güc yolu ilə işğal olunmuş ərazilərdən qoşunların dərhal çıxarılması sülh danışıqlarının irəli aparılması üçün ən mühüm amildir”. Ermənistan tərəfinin tutduğu qeyri-konstruktiv mövqe sayəsində həmin başlıca şərtə əməl olunmaması münaqişənin bu günədək nizama salınmamış qalmasının əsas səbəbi olaraq qalır”.
 
H. Hacıyev qeyd edib ki, işğalçı Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllərini davam etdirir: "Ümumiyyətlə, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf rayonların Ermənistan silahlı qüvvələri tərəfindən işğalı, işğal olunmuş rayonların azərbaycanlı sakinlərinə qarşı etnik təmizləmənin törədilməsi Ermənistanın əsl niyyətinin hərbi təcavüz və işğal yolu ərazi əldə edilməsi olduğunu qabarıq şəkildə nümayiş etdirir. Ermənistan nəhayət, başa düşməlidir ki, Azərbaycan ərazilərinin işğal altında saxlanması heç zaman Ermənistanın güddüyü siyasi nəticələri verə bilməz və işğala əsaslanan status-kvo Ermənistanın özünü təcridinin və bugünkü sistematik sosial-iqtisadi və demoqrafik böhranının əsas səbəblərindəndir. Azərbaycan ərazilərinin işğalına son qoyulması və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması hərtərəfli regional əməkdaşlıq üçün imkanlar aça və davamlı sülhün təmin olunmasına töhfə verə bilər. Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsi, Ağdam, habelə ölkənin digər işğal olunmuş rayonlarından olan məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaq kimi hüquqlarının təmin edilməsi və ümumilikdə münaqişənin ağır fəsadlarının aradan qaldırılması beynəlxalq ictimaiyyətinin öhdəliyi olmaqla yanaşı, BMT Nizamnaməsində təsbit edildiyi kimi Azərbaycan dövlətinin şəksiz ayrılmaz hüququdur. Azərbaycan tərəfi münaqişənin tezliklə həlli istiqamətində beynəlxalq səylərinin artırılmasını dəstəkləyərək beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini və vətəndaşlarının pozulmuş hüquqlarını bərpa etmək hüququnu özündə saxlayır”.

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM