Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurası Asiya və Sakit okean regionun inkişaf edən ehtiyaclarına təşkilatın geniş perspektivini və strateji reaksiyasını əks etdirən uzunmüddətli - 2030-cu ilədək srategiyasını təsdiqləyib.
AİB-dən bildiriblər ki, bank regionun ən yoxsul və ən həssas ölkələrinə dəstək verməyə davam edəcək. Kövrək və münaqişələrdən təsirlənən yerlər, kiçik inkişaf etməkdə olan ada ölkələr, aşağı gəlirli, aşağı ortagəlirli və yuxarı ortagəlirli ölkələr kimi müxtəlif ölkələr qruplarının müxtəlif ehtiyaclarını ödəmək üçün fərqli yanaşmalar tətbiq edəcək. AİB bu ölkələrdə inkişafdan geri qalmış sahələr, yoxsul rayonlar və dayanıqlı olmayan sahələrə dəstəyin göstərilməsi işini əsas prioritet kimi götürəcək.
Eyni zamanda, AİB təhsil, səhiyyə və sosial müdafiə kimi sosial sahələrdə əməliyyatları genişləndirəcək.
AİB-in dəstəyi yeddi əməliyyat prioritetinə yönəldiləcək: qalan yoxsulluğun aradan qaldırılması və bərabərsizliyin azaldılması; gender bərabərliyində irəliləyişlərin sürətləndirilməsi; iqlim dəyişikliyinə qarşı mübarizə, iqlim və fəlakətə qarşı davamlılıq yaratmaq və ekoloji davamlılığı artırmaq; şəhərləri daha dinamik hala gətirmək; kənd təsərrüfatının inkişafı və ərzaq təhlükəsizliyinin təmin edilməsi; idarəetmə və institusional bacarıqların gücləndirilməsi və regional əməkdaşlıq və inteqrasiyanın təşviqi.
AİB-in həyata keçirdiyi əməliyyatların ən azı 75 faizi (dövlət zəmanəti olan və olmayan əməliyyatlar da daxil olmaqla 3 il müddətinə) 2030-cu ilədək gender bərabərliyini təşviq edəcək. 2030-cu ilə kimi AİB həyata keçirilən əməliyyatların 75 faizini (dövlət zəmanəti olan və olmayan əməliyyatlar da daxil olmaqla 3 il müddətinə) iqlim dəyişikliyinin təsirinin azaldılmasına və adaptasiyasına istiqamətləndirəcək. 2019-cu ildən 2030-cu ilə kimi olan dövrdə AİB-in öz resurslarından iqlim maliyyələşməsi 80 milyard dollara çatacaq. 2019-cu ilin ortalarında hazırlanacaq yeni bir korporativ nəticələr bazası AİB-in digər əməliyyat prioritetləri üçün daha çox hədəflərdən ibarət olacaq.
2030-cu ilədək strategiya çərçivəsində yeddi əməliyyat prioritetini dəstəkləmək üçün AİB 2024-cü ilədək əməliyyatların üçdə birinə çatmaq üçün özəl sektor əməliyyatlarını genişləndirəcək və şaxələndirəcək.
AİB-in özəl sektor əməliyyatları ekoloji, sosial və idarəetmə standartlarını yaxşılaşdırmağa yardım edəcək; bazarda mövcud olmayan maliyyələşdirməni məqbul şərtlərlə təmin edəcək; layihənin dizaynı və inkişafı nəticələrini yaxşılaşdıracaq. Yenilikçi infrastruktura əlavə olaraq, onlar aqrobiznesə dəstək artırır və özəl müəssisələr vasitəsilə sağlamlıq və təhsil kimi sosial sektorlara dəstək verəcək. AİB etibarlı maliyyəçi və maliyyə katalizatoru olmağa davam edəcək.
Təşkilat inkişaf etməkdə olan üzv ölkələri ilə ən müvafiq məlumat məhsulları və xidmətləri istehsal etmək üçün yaxından əməkdaşlıq edəcək. Proaktiv araşdırma aparacaq, yüksək keyfiyyətli siyasətlə bağlı məsləhətlər verəcək, ölkələrin institusional potensialını gücləndirəcək və bilik sahəsində əməkdaşlığı genişləndirəcək.
Strategiyanı hazırlayarkən hökumətlər, AİB rəhbərləri, aparıcı inkişaf mütəxəssisləri və qeyri-hökumət təşkilatları da daxil olmaqla, AİB-in üzvlüyündə geniş və təmsil olunan maraqlı tərəflər qrupu ilə geniş məsləhətləşmələr aparılıb.
Qeyd edək ki, 1966-cı ildə yaradılmış bu təşkilatın 67 üzvü var və onların 48-i regionda yerləşir. 2017-ci ildə AİB-in əməliyyatları 32,2 milyard dollar, o cümlədən birgə maliyyələşmə üzrə 11.9 milyard dollar təşkil edib.
Strategiya.az
KOBİA və Qlobal Sahibkarlar Şəbəkəsi arasında əməkdaşlıq genişlənir
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM