Bolqarıstan KİV-ləri Dilqəm Əsgərov və Şahbaz Quliyev haqqında yazır

13:38 / 26.07.2018

Bolqarıstanın nüfuzlu KİV-ləri 2014-cü ildə yaxınlarının məzarlarını ziyarət edərkən ermənilər tərəfindən qanunsuz həbs olunmuş azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqlarından yazır.

Ölkənin aparıcı “Standart” qəzetində “Dağlıq Qarabağda həbs olunmuş azərbaycanlılar üçün azadlıq tələb olunur’’ sərlövhəli xəbər dərc edilib. Xəbərdə 1993-cü ildə doğma torpaqlarının Ermənistan tərəfindən işğalı nəticəsində məcburi köçkünə çevrilmiş D.Əsgərov və Ş.Quliyevin 2014-cü ildə öz ata-baba yurdlarını ziyarət edərkən Ermənistan əsgərləri tərəfindən əsir götürüldükləri, digər Azərbaycan vətəndaşı Həsən Həsənovun isə öldürüldüyü qeyd olunur. 2016-cı ildə D.Əsgərov və Ş.Quliyevin hüquqlarını müdafiə komitəsinin yaradıldığı bildirilərək məsələ ilə bağlı BMT-nin insan hüquqları üzrə ali komissarına, Rusiya Prezidentinə və Rusiyanın Azərbaycandakı səfirinə müraciətlərin edildiyi vurğulanır. 2017-ci ildə Ukraynanın Milli Qəhrəmanı və deputat Nadejda Savçenkonun D.Əsgərov və Ş.Quliyevə dəstək bəyanatı yayması və beynəlxalq səviyyədə müdafiəsinə qoşulacağını bildirməsi barədə məlumat verilərək D.Əsgərovun oğlu Kürdoğlu Əsgərovun 2017-ci il sentyabrın 11-12-də Varşavada ATƏT-in insan haqları ilə bağlı sammitində iştirakına diqqət cəlb edilir. Yazıda girovların azad olunması istiqamətində Azərbaycan Xarici İşlər Nazirliyinin səylərinə də toxunulur, “Facebook” və “Twitter” sosial şəbəkələrində #freedilgam və #freeshahbaz həştəqlərindən istifadə olunmaqla D.Əsgərov və Ş.Quliyevə yardım göstərilə bilinəcəyi qeyd edilir. Sözügedən xəbər, həmçinin “Standart” qəzetinin rəsmi internet səhifəsində da yerləşdirilib.

Bolqarıstanın nüfuzlu “Focus” xəbər agentliyinin internet səhifəsində “Azərbaycan səfirliyi: Azərbaycan tərəfi beynəlxalq ictimaiyyətin D.Əsgərov və Ş.Quliyevin taleyinə biganə qalmayacağına ümid edir” adlı xəbər yerləşdirilib. Xəbərdə Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda öz doğma torpaqlarını və valideynlərinin məzarlarını ziyarət edən azərbaycanlı mülki şəxslər D.Əsgərov və Ş.Quliyevin girov götürülməsinin, H.Həsənovun isə qətlə yetirilməsinin iyulun 11-də 4 ilinin tamam olduğu bildirilir. Azərbaycanın Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qanunsuz separatçı qurum tərəfindən uydurulmuş cinayət işi əsasında D.Əsgərovun “ömürlük”, Ş.Quliyev isə “22 illik azadlıqdan məhrum edildiyi” diqqətə çatdırılan xəbərdə D.Əsgərov və Ş.Quliyevin qanunsuz həbsdən əvvəlki və sonrakı görüntülərinin onların erməni girovluğunda qeyri-insani rəftara məruz qalmalarını sübuta yetirdiyi bildirilir. Girov götürülməni qadağan edən və hərbi münaqişələr zamanı mülki şəxslərə humanist davranış tələb edən 1949-cu il Cenevrə Konvensiyalarının müddəalarına zidd olaraq, Ermənistan tərəfinin beynəlxalq səviyyədə götürdüyü öhdəlikləri kobud şəkildə pozmaqda davam etdiyi vurğulanan xəbərdə humanitar hüquq normalarına əməl olunmasına və mülki şəxslərin azad edilməsinə dair Azərbaycan tərəfinin çağırışlarına məhəl qoyulmadığı bildirilir.

Xəbərdə D.Əsgərov və Ş.Quliyevin 1993-cü ildən bəri öz doğma torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi nəticəsində məcburi köçkün həyatı yaşadığı, 20 ildən çox davam edən vətən həsrətinin onları işğal edilmiş torpaqlarını ziyarətə sövq etdiyi və onların öz doğma evlərini və valideynlərinin qəbrini görmək istəkləri oxucuların diqqətinə çatdırılır. Daha sonra D.Əsgərov və Ş.Quliyevin qanunsuz həbsi və Ermənistanın onları azad etməkdən imtina etməsinin girovların yaxınlarının böyük üzüntüsünə, Azərbaycan ictimaiyyətinin isə haqlı narazılığına səbəb olduğu vurğulanır.

Azərbaycan tərəfinin mövqeyi olaraq Ermənistanın bu qeyri-humanist və qeyri-konstruktiv mövqeyinin münaqişənin sülh yolu ilə həllini daha da çətinləşdirdiyi qeyd olunur. D.Əsgərov və Ş.Quliyevin girovluqda saxlanılmasının təcavüzün və işğalın nəticələrini möhkəmləndirməyə hədəflənmiş məqsədyönlü və etnik təmizləmə, eyni zamanda, yüz minlərlə azərbaycanlının qovulduğu evlərinə qayıtmaq, onların yaşamaq, azadlıq və təhlükəsizlik hüququnun qarşısının alınması siyasətinin açıq nümayişi olduğu qeyd edilir.

Sonda Azərbaycan tərəfinin beynəlxalq ictimaiyyətin girovluqda müxtəlif xəstəliklərə düçar olmuş D.Əsgərov və Ş.Quliyevin taleyinə biganə qalmayacağına və bu günahsız insanların dərhal azad edilməsi və öz ailələrinə qovuşması üçün Ermənistana təsir göstərəcəyinə ümid etdiyi vurğulanır.

 

İqbal Hacıyev


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM