“Qarabağ”ın oyunu haqda – mütəxəssislərin rəyi

15:31 / 26.07.2018

"Qarabağ" Çempionlar Liqasının ikinci təsnifat mərhələsində ilk oyununu dünən keçirdi. Albaniyada "Kukesi"nin qonağı olan Ağdam klubu 0:0 hesablı heç-heçəyə razılaşdı. İkili oyunlarda  rəqib meydanında qolsuz bərabərliyi sərfəli nəticə saymaq olar. Ancaq bu, hələ son deyil və qarşıda cavab matçı var.

Bəs görəsən, Qurban Qurbanovun komandası ilk görüşdə necə təsir bağışladı və avqustun 1-də Bakıda keçiriləcək ikinci oyun öncəsi şansları necə qiymətləndirilir?

Ölkənin əməkdar məşqçisi Ağasəlim Mircavadov dünənki qarşılaşmada "Qarabağ"ın oyununda lazımı sürətin olmadığını bildirdi: 

"Qarabağ"ın özünəməxsus oyun üslubu var. Topu özlərində çox saxlayıb, rəqibi yorurlar. Ancaq müasir futbolda sürət də vacib amildir, çox şeyi həll edir. Bunun üç forması var: komandanın topsuz, topla sürəti və futbolçuların fərdi sürəti. Bunlar olduqca önəmli şeylərdir. Dünya çempionatında çıxış edən bəzi ölkələr də sübut etdilər ki, topla yaxşı işləməklə yanaşı, sürət də lazımdır. Dünən "Qarabağ"ın oyununda da məhz bu amil çatışmadı. Düzdür, komanda təkqapı oynadı. Ancaq buna aldanmaq olmaz. Çünki qapıya zərbə yox idi. "Qarabağ"ın yaxşı vaxtlarında sürətli oyunlarını çox görmüşük. Məncə, hazırda çatışmayan başlıca məqam budur".

Birinci mərhələdə olduğu kimi, bu dəfə də hücum xəttində Mahir Mədətovun ümidinə qalan "Qarabağ"ın ən yaralı yeri məhz ön xəttdir. Elə A.Mircavadov da bu cür düşünür: "Digər tərəfdən, komandada hücumçu problemi var. Ön xəttə 2 yeni transfer ediblər. Emeqaranı tanıyıram, yaxşı hücumçudur. Ondan lazımınca istifadə etmək lazımdır. O, "Qarabağ"ın hücum xəttindəki problemini həll edə bilər. Ancaq digər hücumçunu tanımıram. Yeni gələn hər bir futbolçunun əvvəlki komandasından niyə çıxdığını aydınlaşdırmaq lazımdır. Ümumiyyətlə, "Qarabağ"ın yay fasiləsində aldığı oyunçular səviyyəlidir, amma hələ tam uyğunlaşmayıblar. Buna zaman lazımdır".

Müdəfiə xəttinin oyununu xüsusi fərqləndirən mütəxəssis 1 həftə sonra Bakıda olacaq cavab oyununa da toxunub: "Dünənki matçda ən xoşuma gələn müdafiəçilərimizin çıxışı oldu. Rəqib oyunu əks-hücumlarda qursa da, arxa xətt oyunçuları vaxtında bunun qarşısını ala bilirdi. Çox sakit və dəqiq oynadılar. Hətta bəzi epizodlar bir futbolçunun üstünə 3-ü gedib. topu ondan alırdı. Fikrimcə, "Qarabağ" cavab oyununda sürəti artırsa, "Kukesi"yə istədiyi qədər qol vura bilər".

 


 

Millinin sabiq baş məşqçisi Şahin Diniyev deyir ki, "Qarabağ" dünən meydana sırf nəticə üçün çıxmışdı: 

“Komanda hazırda yaxşı vəziyyətdə deyil. Ona görə də nəticə olduqca vacib idi. Düşünürəm ki, istəklərinə nail oldular. Hücumda problem olduğu açıq-aşkar görünürdü. Amma bu, normaldır. Çünki hələ mövsümün əvvəlidir. İlk oyundan sonra demək olar ki, "Qarabağ" cütün taleyini Bakıda həll etmək iqtidarındadır. Albaniyada artıq səviyyə fərqini ortaya qoya bildilər. Amma qol vurmasalar, turu keçmək çox çətin olacaq. Yeni transferlər Emeqara və Delarj hücum xəttini gücləndirə bilərlər. Lakin "Qarabağ"ın problemi təkcə hücumla bağlı deyil. Komanda hücum qurmaqda da çətinlik çəkir. Desəm ki, yeni futbolçular gələn kimi bu problemi aradan qaldıracaqlar, aldadıcı olar. Transferlərin komandaya uyğunlaşması üçün vaxt lazımdır. Getdikcə hər şey yoluna düşəcək"./qol.az/


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM