Böyükşor gölü üzərindən yol salınır - FOTOLAR

17:42 / 27.07.2018

Son illər ölkəmizdə yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı irimiqyaslı layihələr icra olunur. Beynəlxalq standartlara cavab verən magistral yolların inşası ölkəmizin simasını başdan-başa dəyişib. Bu yeni yollar keyfiyyətinə görə Avropa ölkələrinin yollarından geridə qalmır.
 
 Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxt Bakıda tikintisi davam etdirilən ümumşəhər əhəmiyyətli Ziya Bünyadov prospekti ilə Balaxanı–Binəqədi avtomobil magistralını birləşdirəcək müasir yol şəbəkəsi də məhz belələrindəndir.
 
Böyükşor gölünü 2 yerə bölən bəndin üzərindən salınan yeni avtomobil yolu ilə sürücülər həm Xırdalan-Binəqədi-Balaxanı avtomobil yoluna, həm də Ziya Bünyadov prospektinə rahat çıxa biləcəklər. Layihənin reallaşması nəqliyyatın rahat gediş-gəlişini təmin etməklə, məsafəni də xeyli qısaldacaq.
 
Mətbuatda bu yolun tikintisi ilə bağlı mütəmadi olaraq məlumatlar yayılır. Ancaq "Yüz eşitməkdənsə, bir görmək yaxşıdır”, deyib tikinti işləri gedən əraziyə yollandıq.
 
Tikinti sahəsində qızğın iş gedirdi. Ərazidə torpaq işləri görən xeyli sayda maşın və mexanizm var idi. Yeni yolda tikinti işlərini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi əsasında "Körpü-Bina-Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyət həyata keçirir. Layihənin icrasına 4 ay əvvəl başlanıb və artıq xeyli iş görülüb.
 
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli ilə söhbətimiz də bu barədədir.
 
İnşaat işlərinin gedişi ilə bağlı məlumat verən şöbə rəisi bildirib ki, paytaxtımız üçün mühüm əhəmiyyət daşıyan yolun tikintisinin birinci mərhələsi sona yetmək üzrədir. Uzunluğu 2,7 kilometr olacaq yeni avtomobil yolu Böyükşor gölünü iki hissəyə bölən bəndin üzərindən salınır. Yolun əvvəlində və sonunda 6 hərəkət zolaqlı tunellər olacaq. Tunellərin uzunluğu müvafiq olaraq 417,5 metr (qapalı hissə 67,5 metr) və 294,5 metr (qapalı hissə 22,5 metr) təşkil edəcək. Hazırda tunellərdə dəmir-beton işləri yekunlaşmaq üzrədir. Bundan başqa, yol yatağının işlənilməsi, səth sularının kənarlaşdırılıması, həmçinin 90 metr uzunluğunda və diametri 530 millimetr olan yeni kanalizasiya xəttinin quraşdırılması və izolə işləri görülür. Yol yatağının bəndin üzərindən keçən hissəsində torpaq işlərinə başlanılıb.
 
İkisi gediş, ikisi gəliş olmaqla 4 hərəkət zolağından ibarət yol I texniki dərəcəyə uyğun inşa edilir. Yolun bəndin üzəridən keçən hissəsinin eni 15 metr təşkil edəcək. Burada torpaq işləri ilə paralel olaraq 2 laydan ibarət yol əsası salınacaq, hazır olan hissələrə asfalt örtüyü döşənəcək.
 
Bu işlərlə bərabər yolboyu maneələrin sökülməsi, o cümlədən yüksəktəzyiqli neft və qaz kəmərlərinin, digər kommunikasiya xətlərinin köçürülməsi, eləcə də, yeni xətlərin çəkilişi həyata keçirilir.
 
Layihə çərçivəsində yol üzərində 4 avtobus dayanacağı quraşdırılacaq. A.Nəcəfli bildirib ki, dayanacaqların yolun əvvəlində və sonunda quraşdırılması nəzərdə tutulub. Burada sutkanın qaranlıq saatlarında hərəkətin təhlükəsizliyi üçün müasir işıqlandırma sistemi qurulacaq, yolboyu 461 işıq dirəyi qoyulacaq. Piyadaların hərəkəti üçün isə səkilər yaradılacaq.
 
Yolun Ziya Bünyadov prospektinə və Binəqədi–Balaxanı magistralına birləşmələrində də qızğın iş gedir. Bütün işlərin gələn ilin əvvəllərində yekunlaşdırılması planlaşdırılır.
 
Yeni yol istifadəyə veriləndən sonra avtonəqliyyat vasitələri 20 Yanvar dairəsindən istifadə etmədən Xırdalan və Sumqayıt şəhərlərinə, bu istiqamətdə yerləşən Binəqədi, Mehdiabad, Digah, Fatmayı, Goradil, Pirşağı, həmçinin Zabrat və Maştağa qəsəbələrinə rahat çıxış əldə edəcək. Eyni zamanda həmin qəsəbələrdən gələn nəqliyyat vasitələri Ziya Bünyadov prospektinə çıxmaqla şəhərin mərkəzinə rahat və qısa yolla hərəkət edə biləcək. Bununla da, həm məsafə qısalacaq, həm vaxt itkisi azalacaq, həm də günün pik saatlarında istər Ziya Bünyadov prospektində, istərsə də Heydər Əliyev prospektinin metronun "Koroğlu” stansiyası qarşısından keçən hissəsində nəqliyyat sıxlığı aradan qalxacaq.

 

 

 

 
 

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM