Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin (XİN) İnformasiya və Mətbuat Departamentinin direktoru Mariya Zaxarova başda olmaqla bu qurumun nümayəndə heyəti xarici siyasətin informasiya təminatı məsələlərinə dair XİN-lərarası məsləhətləşmələr aparmaq üçün Bakıda səfərdədir. Məsləhətləşmələr çərçivəsində kütləvi informasiya vasitələri və sosial şəbəkələrlə iş, rəqəmsal diplomatiya sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib, qarşılıqlı maraq doğuran sahələrdə təcrübə mübadiləsi aparılıb. Mariya Zaxarova səfər çərçivəsində AZƏRTAC-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik.
-Siz Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin bugünkü vəziyyətini necə qiymətləndirirsiniz, yüksək səviyyəli dialoq bu münasibətlərə necə təsir göstərir?
-Ölkələrimiz arasında münasibətlər gözəl inkişaf edir. Bu, tarixən yoxlanılmış və müasir dövrdə inkişaf edən həqiqi dostluq münasibətləridir. Ölkələrimiz arasında münasibətlər bütün sahələrdə - həm humanitar, həm iqtisadi, həm də siyasi sahələrdə inkişaf edir. Sözsüz ki, bütün bunlar, ilk növbədə, ölkələrimizin rəhbərlərinin xidmətidir. Bu münasibətlərə onlar istiqamət verir, onlar bu münasibətləri dinamikləşdirir, necə deyərlər, “saatlarını qururlar”, lakin bununla bərabər, görülmüş işin nəticələrini də yoxlayır və gələcək inkişafın vektorunu müəyyən edirlər.
Bu gün XİN-lərarası məsləhətləşmələrdə bizim toxunduğumuz mövzulardan biri Rusiyanın və rusiyalıların nəzərində Azərbaycanın necə qəbul edilməsi məsələsi idi. Moskvada Azərbaycanı və Bakını sevirlər. Sizin dövlətinizin bütün uğurlarına görə Moskvada sevinirlər. O cümlədən son illərdə Bakının necə dəyişməsini buraya gələnlərin hamısı qeyd edir. Hamı bu barədə bir-birinə danışır. Bu, ikitərəfli münasibətlərin inkişafının bir cəhətidir. Bu münasibətlər təkcə siyasi tərkib hissə üzrə və ya, məsələn, elm, yaxud biznes sahəsində inkişaf etməklə məhdudlaşmamalıdır. Əməkdaşlığın bütün tərəflərinin məcmusu ölkələrimizin xalqları üçün vacibdir. Moskva ilə Bakı arasında münasibətlər məhz bu cür inkişaf edir.
-Avqustun 12-də Aktauda Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti sammiti keçiriləcək. Siz Xəzərin hüquqi statusu barədə Konvensiya imzalanması perspektivini necə qiymətləndirirsiniz və bu sənəd Xəzəryanı dövlətlər arasında mövcud fikir ayrılıqlarının aradan qaldırılmasında necə əks olunacaq?
-Bizdə belə bir ənənə var: biz Prezident Administrasiyası xətti ilə rəsmən elan edilməyincə dövlət başçısının iştirakı ilə keçirilən sammitləri və tədbirləri şərh etmirik. Buna görə də həmin məsələ məhz Rusiya Federasiyası Prezidenti Administrasiyasının mətbuat xidməti tərəfindən işıqlandırılmalıdır. Lakin əlbəttə, bütün müvafiq sənədlərin, o cümlədən sizin dediyiniz sənədin hazırlanması illər boyu davam edib. Bu iş sadə olmayıb və çox intensiv olub. Məhz ondan ötrü ki, tərəflər regional sabitlik üçün, əlbəttə, iqtisadiyyat və region ölkələrinin inkişafı üçün bu sənədin nə dərəcədə gərəkli olduğunu və ona nə dərəcədə ehtiyac duyulduğunu anlasınlar. Buna görə irəli getmək və gündəliyi şərh etmək fikrində deyiləm. Bir daha deyirəm: mümkün olduqda bunu bizdən böyük yoldaşlar edəcəklər. Mən onu qeyd edə bilərəm ki, sammitə hazırlıq çox intensiv şəkildə, o cümlədən həm Xarici İşlər Nazirliyi xətti ilə, həm ikitərəfli və əlbəttə, həm də çoxtərəfli formatlarda gedir.
-Ölkələrimizin Xarici İşlər nazirlikləri arasında əməkdaşlığın səviyyəsini necə səciyyələndirmək olar. Xarici siyasətin informasiya təminatı məsələlərinə dair XİN-lərarası məsləhətləşmələr aparılmasının formatı nə il bağlıdır?
-Bizdə xarici siyasət idarələri arasında dialoq bütün istiqamətlər üzrə inkişaf edir, bu dialoq operativdir. Bu, elə protokol tədbiri deyil ki, onun çərçivəsində sadəcə formal müzakirə aparılsın, bu, bütün problemlərə dair canlı dialoqdur. Bizim nazirlər mütəmadi olaraq görüşür, müntəzəm telefon danışıqları aparırlar. Biz bu haqda informasiyanı müntəzəm dərc edirik. Həm ikitərəfli gündəliyə aid məsələlər, həm regional, həm də bütövlükdə beynəlxalq münasibətlər müzakirə və həll edilir. Buna görə də iki ölkənin XİN-ləri üzrə qarşılıqlı əlaqələr çox fəal inkişaf edir və bizim idarələrin mətbuat xidmətləri arasında artıq neçənci dəfədir ki, keçirilən məsləhətləşmələr buna daha bir sübutdur. Mənim fikrimcə, çox peşəkar, maraqlı və məzmunlu söhbət oldu, qarşılıqlı fəaliyyət və əməkdaşlıq haqqında maraqlı təkliflər irəli sürüldü. Buna görə işçi formatda normal canlı ünsiyyət hər hansı əlamətdar və ya protokol xarakterli hadisələrə dair sadəcə dialoq deyil. Bu gün bu, bir daha sübut olundu.
-Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü təşəbbüsü ilə çıxış etməyi planlaşdırırmı?
-Bu, Rusiya XİN-ə çox tez-tez verilən suallardan biridir və mən dəfələrlə demişəm ki, belə əlaqələrə, ilk növbədə, hər iki tərəf maraq göstərməlidir. Rusiya öz vasitəçi rolu ilə həmişə bu tərəflərin yanındadır və iştirakçıların fikrincə həmin rolun öhdəsindən uğurla gəlir. Biz ölkələrin özləri üçün məqbul olan və əlbəttə, konstruktiv məcrada gedən və müsbət nəticə verən dialoqun, qarşılıqlı fəaliyyətin, ünsiyyətin istənilən formalarını alqışlayırıq. Düşünürəm ki, bu, həm Azərbaycanda, həm də Ermənistanda yaxşı məlumdur, bizim mövqeyimiz ənənəvidir, lakin görünür, bu kursu ardıcıl olaraq həyata keçirən Rusiyanın güclü tərəfi də bundadır.
-Mariya Vladimirovna, siz necə düşünürsünüz, iki ölkə arasında mədəni-humanitar münasibətlər necə inkişaf edir?
-Dünən bunu yəqin etməyə imkan oldu ki, mədəni-humanitar əməkdaşlığın daha bir tərkib hissəsi praktikada necə həyata keçirilir. Xüsusən Bakıda start götürmüş “Jara” festivalını nəzərdə tuturam. Açığını deyim, bu festival barədə çox eşitmişdim, lakin onun miqyasını heç təsəvvür etmirdim. Dünən gördüklərim məni heyran etdi. Mənim iri beynəlxalq tədbirlər və musiqi festivalları barədə təsəvvürüm var, lakin Rusiyanın və qonşu ölkələrin estrada ulduzlarını dörd günlüyə Bakıda toplamağı mənim fikrimcə yalnız Emin bacarar, çünki səmimi deyirəm, bunun analoqlarını görməmişəm. Nəyə görə mən bu barədə danışıram. Axı, söhbət təkcə o insanları toplamaqdan getmir. Söhbət bu tədbiri elə təşkil etməkdən gedir ki, həm tamaşaçılar məmnun olsun, həm də artistlər hədsiz çox olmalarına və hamısının ulduz olmasına baxmayaraq özlərini əsl ulduz kimi hiss etsinlər.
Daha bir mühüm məqam. Dünən fikir vermişəm ki, ifaçıların çoxu özlərini göstərmək üçün çox yaxşı imkana və məkana malikdirlər. Bu, böyük işdir. Ona görə ki, ulduzların özlərini təsdiq etməsinə ehtiyac yoxdur. Hamı onları sevir, hamı onlara pərəstiş edir. Gənclərin irəli çıxması kifayət qədər çətin məsələdir, çünki rəqabət çox yüksəkdir və Azərbaycan tərəfin bu cür festivallar təşkil etməsi onlara böyük imkanlar yaradır. Əlbəttə, insanlar arasında sərhədləri aşan bu ünsiyyət mənim üçün informasiya mütəxəssisi kimi də maraqlı idi, çünki paralel olaraq translyasiyalar gedirdi, paralel olaraq müsahibələr yazılır, çəkilişlər aparılırdı. Bunları sonradan televiziya ilə göstərəcək, radiostansiyalarda səsləndirəcəklər. Bu festivalda iştirak edən ölkələrdə jurnallar bu barədə yazacaq, buraya gəlmiş artistlər belə bir ümumi mədəni məkan yaradacaqlar. Bəli, bunlar müasir musiqi nümunəsində olacaq, lakin bu, çox vacibdir, ona görə ki, iştirakçılar əsasən gənclərdir. Lakin bu, məsələnin yalnız bir tərəfidir.
Bizim humanitar münasibətlərimiz müxtəlif sahələrdə inkişaf edir – təhsil, tələbə mübadiləsi. Yeri gəlmişkən, bu gün bu imkandan da istifadə etdim və azərbaycanlı həmkarlarımızı, Azərbaycandan olan jurnalistləri Rusiyaya dəvət etdim. Biz press-turlar təşkil etməyə hazırıq. Əlbəttə, mən çox yaxşı başa düşürəm ki, azərbaycanlıların Rusiyanı kəşf etməsinə ehtiyac yoxdur. Lakin press-turlar məhz ondan ötrü təşkil edilir ki, regionların administrasiyalarının nümayəndələri ilə, bu və ya digər məsələyə cavabdeh olan rəsmi şəxslərlə ünsiyyətdə olmaq imkanı yaransın. Buna görə biz azərbaycanlılara və ya Azərbaycan xalqına Rusiya haqqında danışmaq baxımından deyil, Azərbaycanın kütləvi informasiya vasitələrinə müəyyən maraqlı və aktual məsələləri işıqlandırmaq üçün press-turlar təşkil etməyə hazırıq və Azərbaycan KİV-lərini məmnuniyyətlə dəvət edirik. Bu da əməkdaşlığın bir tərəfi. Ümumiyyətlə, bu istiqamətdə çox iş görülür və əlbəttə, əla perspektivlər var.
-Avqust ayında Moskvada Rusiya-Azərbaycan-İran sammiti keçirilməlidir. Bu görüşün gündəliyində hansı məsələlər var?
-Bir daha demək istəyirəm, sammitlərin tarixini və digər təfərrüatını mən şərh edə bilmərəm. Bu sammit yeni formatlardan biridir. O, nisbətən yaxın vaxtda yaranıb, lakin daha bir dialoq imkanı kimi, müxtəlif mövzuların müzakirə edilməsi üçün məkan kimi özünü çox yaxşı cəhətdən göstərib. Buna görə də həmin format, əlbəttə, inkişaf edəcək. Əgər belə formatlar varsa və onlar inkişaf edirsə, sammitlər bu formatda mümkün olan görüşlərin ən ali nöqtəsi, ən yüksək formasıdır. Lakin bu xətt üzrə dialoq diplomatlar, bizim səfirliklər, Xarici İşlər nazirlikləri səviyyəsində inkişaf edir. Sammitin özünə gəldikdə isə bunu şərh etmək hələ tezdir.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM