“Karateist qadın ərini hər gün döyürdü”

01:01 / 25.07.2014

Və ya həyat yoldaşı tərəfindən döyülərək çölə atılan və sığınacaqlara möhtac qalan kişilər

 

“Anamla atam ayrılıb. 16 yaşım var. Atam içki düşkünüdür. Anam bilmirəm haradadır. Məni ata babam böyüdüb. O da daha mənə baxmaqdan imtina edib. Özüm ürək xəstəsiyəm, buna görə pensiya alıram. Babam pensiyamı mənimsəyir, özü üçün yeyib-içirdi. Hətta pensiya kitabçamı da mənə vermədi və məni döyürdü. Bir oğlanın köməyi ilə evdən qaçdım, o da məni aldadıb başıma oyunlar açdı və məni atdı. Zərifə adlı bir qızla tanış oldum. O, məni bura gətirdi”.

 

Bu fikirlər “Təmiz Dünya” İctimai Birliyində ən son sığınacaq tapan qızcığazın həyat hekayəsindəndir. Sığınacaqda hazırda 8 qadın məskunlaşıb. Onların çoxu ailədə zorakılığa  məruz qalıb.

 

7 çarpayılıq yerə 25 qadın sığınır

 

Faktiki olaraq 7 çarpayılıq yerin olmasına baxmayaraq, sığınacaqda 20-25 nəfərin yerləşdiyi günlər də olub. Birliyin sədri Mehriban Zeynalova sığınacağın yerini mətbuatdan nə qədər gizli saxlamağa çalışsa da, orada olan qadınların adını çəkməmək şərti ilə reportaj hazırlamağa razılıq aldıq.

 

Birliyin hüquqşünası Məlahət Nəbiyevanın bildirdiyinə görə, "Təmiz Dünya" İctimai Birliyi 1998-ci ildən fəaliyyət göstərir. 2006-ci ilin sentyabrında qeydiyyatdan keçib. İctimai Birlik insan alveri qurbanlarına psixoloji, tibbi, hüquqi yardımların göstərilməsi ilə yanaşı həm də onların sığınacaqla təmin edilməsinə yardım göstərir.

 

Boşanmalar daha çox gənc ailələrdə baş verir

 

Məlahət Nəbiyeva bildirdi ki, birliyə ay ərzində 25-30 müraciət daxil olur. Onlar arasında döyülən, zorakılığa, təcavüzə məruz qalan, ailəsindən qovulan və ya özü qaçan, ərindən boşanmaq istəyənlər, sosial problemləri olan, işsiz qalan, doğum haqqında şəhadətnaməsi olmayan, hüquqlarını bilməyən qadın və qızlar olur. O, ötən ay ərzində 10-dək qadının öz ailəsinə qaytarıldığını bildirib.

 

Məlahət Nəbiyeva dedi ki, boşanmalar ildən-ilə artır, özü də daha çox son 10 ildə ailə quranlar arasında bu hala rast gəlinir: “3, 5, 7 ilin gəlinləri boşanma davası açır. Çox hallarda ailəyə bərpa da mümkün olmur. Hər iki tərəfi razı salmaq üçün biz psixoloji vasitələrdən istifadə edirik, dilə tuturuq, faydası olmayanda məsələnin hüquqi müstəvidə həll edilməsi son variantımız olur”.

 

Ailə tərbiyəsi düzgün olmayanda...

 

Hüquqşünasın fikrincə, boşanmaların sayının artmasına səbəb kriminal hadisələrin maarifləndirici xarakterdə yox, reklam şəklində nümayiş olunmasıdır. O, həmçinin hesab edir ki, texnologiyanın inkişafı insanlar arasında canlı ünsiyyətin itməsinə gətirib çıxarıb: “İnformasiya bolluğu insanları sanki yükləyir. İnformasiyanı qəbul etməkdə problemlər yaşanır. Adam var ki, təhsili olmasa belə dünyagörüşü var, ona hüququnu başa salanda normal qəbul edir, adam da var ki, təhsili olsa da anlayışı yoxdur. Hesab edirəm ki, bütün bunların kökündə düzgün tərbiyənin olmaması dayanır. Biri eşidəndə ki, qadın azad, sərbəst olmalıdır, yapışıb bu sözdən özbaşınalıq edir. Ruslan müəllim, Ceyhun müəllim, psixoloqumuz Ülkər xanımla birgə azadlıq istəyən qadınlarla söhbətlər aparırıq. Bildiririk ki, azad olmaq üçün ailədən ayrılmaq lazım deyil. Söhbətlər zamanı məlum olur ki, bu qadınlar qapalı şəraitdə, ətrafdan təcrid edilmiş formada saxlanılır. Qadın hansı şəraitdə necə davranmağın yolunu bilməlidir, bütün bunlar ailələrdə, orta məktəblərdə lap aşağı siniflərdən öyrədilməlidir”.

 

Sığınacaqda hamının Yaqut xala dediyi Yaqut  Məmmədyarova təşkilata pənah gətirən qadınlara nəzarət edir, onların problemlərini sənədləşdirir. Yaqut xanım deyir ki, təşkilata üz tutan insanların problemlərini həll etmək onun üçün sevinc hisslərini yaşadır: “İki gündür bir ana işlə təmin edilib və iki uşağı ilə buradan köçürülüb. Sığınacaqdan çıxandan sonra da biz o qadınları nəzarətdə saxlayırıq”.

 

“Ərim adıma olan evi ələ keçirmək istəyir”

 

F. adlı xanımı əri iki uşaqla döyüb evdən qovub. Halbuki ev qadına məxsusdur. Əri nüfuzlu bir təşkilatda məsul işdə çalışır. Qadın öz hüququnu bilmir. Ona hüquq və səlahiyyətləri başa salınıb. O, başına gətirilən olayla bağlı bunları deyir: “Ərim məni hər gün döyürdü, çünki ailəli xalası qızı ilə qeyri-rəsmi əlaqələri vardı. Məndən öncə də arvadı olub, məni 19 yaşında qaçırıb. 14 il ailəli olduq. Dözmədim iki uşaqla çıxıb bura gəldim. İndi işləyib uşaqlarımı saxlayıram. 300 manat maaş alıram. 10 aydır o bizimlə maraqlanmır. Məhkəmə yolu ilə hüququmu bərpa etmək niyyətindəyəm”.

 

17 yaşlı T. bir həftədir ki, Şəkidən gəlib. Anası qolundan tutub, onu bayıra atıb ki, bu yaşa qədər səni mən böyütmüşəm, bundan sonra get necə istəyirsən yaşa. Başqa qadından iki oğlu olan ata da qızını qəbul etməyib ki, özümü güclə dolandrıram, səni necə saxlayım? T. ombudsmana müraciət edib. Ombudsman Elmira Süleymanova isə onu “Təmiz dünya”ya göndərib. T. Şəkiyə qayıdıb, özü işləyib, qazanıb, kimsədən asılı olmamaq arzusundadır: “Tibb kursu keçmişəm, aptekdə də işləyə bilərərm”.

 

Yaqut Məmmədyarova: “Qadınlarımız öz problemlərini bölüşməkdən çəkinir. ATV televiziyasından gələn Səma adlı bir qız vardı. Efirdə onun probleminin bir üzü işıqlandırıldı. Amma biz onun probleminin mahiyyətini öyrəndik və məlum oldu ki, anasını erkən itirən bu qız moruq satmaqla kiçik bacı qardaşını saxlayır. İçki düşkünü olan və içərkən özünü idarə edə bilməyən atasının təhqir, təzyiq və öldürülmə cəhdləri üzündən qaçıb. Telekanallarda bu tipli verilişlər bəzən təəssüf ki, problemləri dərindən öyrənmir. Halbuki Səma ilə bağlı ataya qarşı cinayət işi açılmalı idi. O atanın reabilitasiya olunmasına ehtiyac var, veriliş buna köməklik etsəydi, daha faydalı olardı. Qız ailəsinə qayıda bilərdi, amma başqa bir sığınacağa köçürüldü”.

 

“Karateist qadın ərini hər gün döyürdü”

 

Bu gün cəmiyyətimizdə kişilər arasında da müdafiəyəyə ehtiyacı olanlar, elə hüququ pozulan qadınlarımız qədərdir.

 

Yaqut xanım hesab edir ki, qadınlarla yanaşı kişilər üçün də belə alternativ xidmətlərin göstərilməsi yaxşı olardı: “Bizə qadını tərəfindən tez-tez döyülən, son döyülmədə isə qolu sınan bir kişi müraciət etmişdi. Öyrəndik ki, onun arvadı karateistdir. Qadınla görüşəndə dedi ki, qadın problemləri ilə məşğul olan bir təşkilatda işləyir. Hər dəfə zorakılığa məruz qalan qadınla rastlaşdıqda o əsəb keçirib ərini döyür. Psixoloji testlər əsasında ailədə sülh bərqərar olundu”.

 

“Qadına təzyiq göstərən kişi cəmiyyətdən təcrid olunmalı”

 

Ünlü siyasətçi xanımlardan birinin dediyinə görə, hazırda qadınlardan çox kişilər üçün reabilitasiya mərkəzləri açılmalıdır: “Qadın niyə evindən, ailəsindən qaçıb sığınacağa yerləşdirilməlidir? Qadına təzyiq göstərən kişi cəmiyyətdən təcrid olunmalı, xüsusi reabilitasiya keçməlidir. Çünki o, artıq tək qadını üçün deyil, cəmiyyət üçün təhlükəlidir. Bizdə isə əksinə döyülən-söyülən qadın gizlədirik, kişi isə potensial cinayətkar olaraq ortalıqda gəzir. Biz qadını kimdən müdafiə etməliyik?”.

 

Y.Məmmədyarova da hesab edir ki, cəmiyyətdə müxtəlif səbəblər üzündən yaşanan gərginliklərə görə, əksər kişilər qadınlardan çox əsəb sarsınıtısı keçirir və onlar üçün reablitasiya kurslarının təşkili vacibdir: “Ailə də kiçik dövlətdir və ailədə ağa-qul yox, tərəflərin bir-birinə münasib olması vacibdir. Ailə uşaq böyütmək üçündür, nə etməyi ata deyir, necə etməyi ana öyrədir. Ailənin mövqeyi bilinməlidir. Elə hallar olub ki, Mehriban xanım saatlarla qadınla, kişi ilə söhbət edib, onları ailələrinə qaytarıb”.

 

Məlahət Nəbiyeva isə bildirdi ki, təşkilat dövlət qurumları ilə sıx əməkdaşlıq qurur: “Bizə müraciət edənlərin sənədləşdirilmə işlərində ədliyyə, daxili işlər nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, bütün polis bölmələri ilə əməkdaşlıq edirik.  Aliment, boşanma, atalıq haqqının müəyyən edilməsi, əmlakın, mirasın müəyyən edilməsində məhkəmələrdə ictimai vəkil olaraq təmənnasız şikayətçilərimizə xidmət göstəririk. Bütün bunlar isə təşkilatın büdcəsi hesabına maliyyələşir”.//teleqraf.com/

 

 

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM