Politoloq: "Erməni etnokriminallığının siyasiləşməsi və intellektuallaşması ABŞ-ın marağındadır"

12:27 / 25.07.2014

Erməni etnokriminallığının siyasiləşməsi və intellektuallaşması ABŞ-ın marağındadır
Bu maraq doğuran fikri Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə görə, Ermənistanda informasiya texnologiyalarının (İT) inkişafı reqlamentləşdirilmiş və ya idarə olunan inkişafdır və bu inkişafın təbliğinə xüsusi diqqət yetirilir. Bu idarə olunan inkişafda müəyyən istiqamətlər aydın seçilir: "Kriminal sahə bilicilərinin apardığı tədqiqata görə, erməni etnokriminallarının törətdikləri cinayətlərin xarakterində intellektuallıq xüsusilə qabarıq şəkildə görünür. ABŞ-da "Armenian Power" cinayətkar dəstəsinin ifşası və törətdiyi cinayətlərin xarakteri kompüter biliklərilə sıx əlaqəlidir. "Armenian Power" mərkəzi fəaliyyət göstərdiyi region əsasən ermənilərin daha çox məskunlaşdığı Kaliforniya ştatıdır. Amma nədənsə "Armenian Power"dən zərər çəkənlər arasında Kaliforniyadakı imkanlı ermənilərin adı yoxdur".

M.Əhəmodğlu qeyd edib ki, ABŞ-ın Ermənistandakı səfiri C.Heffern 2 dəfə bu ölkədəki erməni iş adamlarını Ermənistanda İT-nin inkişafına investisiya qoymağa çağırıb. Kaliforniya ştatı Senatının nümayəndələrinin Ermənistana 5 günlük səfəri zamanı xüsusi diqqətdə saxladığı məsələlərdən bir də Ermənistanda İT-nin inkişafı idi. Kaliforniyalı senatorlar Yerevan Politexnik Universitetini qarış-qarış gəzdilər. Ehtimal olunur ki, Ermənistanda İT-nin inkişafını dəstəkləyənlər bunu MDB məkanında öz siyasi məqsədləri üçün edirlər: 

"Təxminən 8 il bundan qabaq ABŞ Ermənistanı MDB məkanında İT-nin inkişaf mərkəzinə çevirmək istəyirdi. Moskvadakı ali məktəblərin birində xüsusi təqdimat mərasimi hazırlandı. Mərasimdə o zaman da prezident olan Vladimir Putinin iştirakı nəzərdə tutulmuşdu. Lakin Putin son anda tədbirdə iştirakdan imtina etdi və ümumilikdə həmin tədbir ləğv olundu. Bununla belə, Rusiyada Ermənistanın İT nüfuzunu göstərmək üçün bundan sonra da müxtəlif səpkili addımlar yenə davam etdi. ABŞ-ın pulu və siyasi dəstəyinin hesabına inkişaf edən Ermənistan İT-sinin məhsulu olan "Armpad" və "Armfon" nədənsə ABŞ senatorları və konqresmenlərinin stolunun üstünə yol tapa bilmədiyi halda, Rusiyanın baş naziri Dmitri Medvedevin kabinetinə yol tapa bilir. Ermənistanda İT-ni inkişaf etdirənlərin əsas məqsədi də budur".

Politoloq bildirib ki, vaxtilə dünyaya yayılmış ermənilər müxtəlif iri dövlətlərin əlində alət idi. Sonradan ermənilərin belə xarakterindən casusluq şəbəkələrinin yaradılmasında istifadə olundu. İndi İT şəbəkələnməsi də görünür, bu niyyətlədir: "Rusiyada erməni mənşəli, populyar milyarder Ruben Vardanyanın ("Troyka-dialoq", "Ameriabank" və s.) davranışı bu fikirləri əsaslandırmaq üçün ciddi zəmin yaradır. Bundan əlavə, Ermənistanda rus dili və mədəniyyətinə qarşı təhqirli kampaniyalar həyata keçirilir, ingilis dili təbliğ olunur. Belə bir dövrdə milliyətcə erməni olan bu rusiyalı erməni milyarder Dilicanda ingilisdilli beynəlxalq təhsil kompleksinin tikintisinə bir neçə on milyon dollar vəsait pul ayırıb. Ermənistanda rus dilinin inkişafına pulun olmadığı barədə fikirlər bütün Ermənistan mətbuatını başına götürüb, amma R.Vardanyan ingilis dilinin inkişafına pul ayırır. Çünki İT-nin dili ingilis dilidir. Müasir erməni etnokriminallığı İT texnologiyalarsız mümkün deyil. Casus şəbəkələrinin də qurulmasında intellektuallıq və İT texnologiyaları mühüm əhəmiyyətə malikdir. Bütün bunlar isə siyasiləşmənin tərkib hissələridir".

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM