Qızmar isti hava insanın sağlamlığı və hətta həyatı üçün ciddi risk faktoru sayılır.
Bəzi qrup insanlar üçün isti hava daha təhlükəlidir.
Sumqayıt sakini Sevinc Novruzova da belələrindəndir.
Sevinc Novruzova – Sakin: “Son zamanlar havaların isti keçməsi insan orqanizmində fəsadlar törədir. Hamı kimi mənə də təsirini göstərir. Misal üçün baş ağrısı, sinir sisteminin pozulması, halsızlıq və əsas ürək ağrısı”.
Ürək-damar xəstəliyi olan insanlar anomal istilərdə çox ehtiyatlı olmalıdırlar. Çünki yay aylarında ürək tutmaları, infarkt, ürək xəstəliklərinin ağırlaşması hallarına daha tez-tez rast gəlinir. Buna görə də, isti havalarda belə xəstələr özlərini qorumalıdırlar.
Nüşabə Abdullayeva – Terpevt: “Bu xüsusilə xroniki xəstəlikləri olan insanlarda özünü büruzə verir. Günvurmalarla insanların tibb müəssisələrinə müraciəti artır. İsti havalar xroniki ürək çatışmazlığı olan xəstələrdə, yaşlı xəstələrdə, arterial hipertenziyası olan xəstələrdə, böyrək çatışmazlığı olan xəstələrdə daha çox özünü göstərir”.
Bu insanlar isti havanın orqanizmə olan mənfi təsirini mümkün qədər azaltmaq üçün günorta saatlarında çölə çıxmamalı, sərin yerdə qalmalı, düzgün qidalanmalı və kifayət qədər maye qəbul etməlidirlər. Bundan başqa, təyin olunmuş dərman preparatlarını vaxtında qəbul etmək, sağlamlığında cüzi də olsa dəyişiklik hiss etdikdə dərhal həkimə müraciət etmək lazımdır.
Mövsüm dəyişikliyi insanın psixoloji vəziyyətinə də təsirsiz ötüşmür. İnsanların bir qismi yay aylarında özlərini daha yaxşı hiss edir. Bir qismi isə əksinə, enerji azlığı, yorğunluq, diqqət pozuntusu, sıxıntı, yuxusuzluq və iştah dəyişiklikləri hiss edir.
Arzu Qurbanlı – Psixoloq: “İnsanlar gərək məşqlərə, dincəlməyə önəm versinlər, ki, bu enerji öz tarazlığını orqanizmdə qoruyub saxlaya bilsin. Çünki, bu enerji qış aylarında az olur. Buna görə də lazımi enerjini ala bilməyən insanlarda depressiya, yuxusuzluq baş qaldırır”.
Gün altında qalan şəxs istər-istəməz ilk növbədə, pis hallar haqqında düşünür. Bu da birbaşa əsəb sisteminə mənfi təsir göstərir. Mütəxəssislər bildirirlər ki, xəstəliklərin böyük əksəriyyətinin, o cümlədən damar xəstəliklərinin əmələ gəlməsində əsəb sisteminin rolu böyükdür. Beyində iki əsas proses-ləngimə və oyanma gedir. Oyanmanın ləngimədən üstün olması əsəb sistemində gərginlik yaradır. Simpatik sinir sisteminin aktivliyi artır. Aktivliyin artması qanda həyəcan hormonlarının çoxalmasına gətirib çıxarır. El arasında deyilən "qanı yaman qaraldı" ifadəsi özünü doğruldur. Xüsusilə də ilboyu işləyən və istirahət etməyən adamlarda bu, özünü daha çox biruzə verir.
Rəhman Rəsulov – Sakin: “İstirahət etməyəndə, dincəlməyəndə, yorğunluğu çıxarmayanda istənilən halda ailədə də, işdə də insana öz təsirini göstərir”.
Mütəxəssislər deyirlər ki, ötən əsrin əvvəllərində insanlar daha sağlam idilər və informasiyaları az idi. İndi qidamız o dövrün qidası ilə müqayisəyə gəlmir, həm də hər şeyi bilmək istəyirik. Müasir dövrdə kompüter məişətimizə elə daxil olub ki, bir gün internetsiz, informasiyasız qala bilmirik. Əsəb sistemimiz də əvvəlki insanların sağlıq durumu ilə müqayisədə xeyli dəyişib. Əsəb sistemi qaydasında olmayan insan “maqnit burulğanı olacaq” kəlməsini eşidən kimi ürək döyüntüləri artır, qan təzyiqi qalxır. Belə insanların istirahətə vaxt ayırması vacibdir.
Arzu Qurbanlı – Psixoloq: “İnsan istirahətsiz olarsa, daima əsəbi olur. Nevroza kimi gətirib çıxarır. Öz dostları ilə, yaxınlarla vaxt keçirmək lazımdır. Ən azından insanın beynindəki mənfi enerjidən azad ola bilər”.
İsti hava şəraiti insanda olan çatışmazlıqları üzə çıxaran səbəbdir. Xəstəliyin kökü deyil. Bəzən 40 dərəcə hərarətlə yanına gələn xəstəyə "havadandır, bu istiyə kim dözər" deyən həkimlərə də rast gəlirik. Az qala, hər 10 xəstədən 5-nə belə deyilir. Düzdür, əsəb, həyəcan, təşviş ümumi orqanizmə mənfi təsir edir, amma bu təsiri də aradan qaldırmaq lazımdır. Əgər müayinələrdə digər orqanik səbəb tapılmayıbsa, xəstə əsəbdən özünü yeyirsə, o zaman onu psixoterapevtə, psixoloqa yönəltmək lazımdır. Hər şey əsəbdəndir deyib, əlavə müayinə və müalicəyə gərək görməyən həkimdən də qaçın. Hər cür havada öz sağlamlığınızın qayğısına qalın!
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM