Müsavat Partiyasının Divan üzvü, politoloq Hikmət Hacızadənin dövrünün görkəmli ziyalısı və qələm adamı, xalq şairi Səməd Vurğunu "səviyyəsiz” adlandırması bir çox böyük ziyalılar, yazar və şairlərdə qəzəb doğurub.
Azərbaycan ədəbiyyatının incilərindın sayılan Səməd Vurğunun ünvanına bu cür təhqiramiz ifadələrin işlədilməsinə kəskin etiraz edənlərdən biri də poeziyamızın parlaq simalarından olan, xalq şairi Zəlimxan Yaqubdur. Ölkə ədəbiyyatının tərəqqisinə güzgü tutan Z.Yaqub "Şərq"ə müraciət edərək H.Hacızadənin əsassız ittihamlarına sərt münasibət bildirib. Şair bizimlə söhbətində nəhəng Səməd Vurğuna qarşı iftira dolu fikirlər səsləndirənləri tərbiyəsiz adlandırıb: "Belə mədəniyyətsiz insanlar üzü Məhəmməd Füzulidən bu yana nə qədər böyük şəxsiyyətlərə qara yaxıblar.
Bunu edənlər şəxsiyyəti, səviyyəsi, dünya görüşü olmayan, xalqının böyük və kiçiyini dəyərləndirməyi bacarmayan adamlardı. Azərbaycan xalqı və ədəbiyyatının başucalığı, dilimizin memarı Səməd Vurğun haqqında yazmaq böyük məsuliyyət tələb edir. Kim haqda, harda və necə fikir söyləməyi bilmək lazımdı. İnsan danışdığının fərqində olmalıdır. Azərbaycanda onlarla, yüzlərlə Səməd var. Amma Səməd Vurğun təkdi. Ona görə də insan kimin haqqında hansı fikir irəli sürdüyünü bilməlidir. Səməd Vurğundan indiyə qədər dahilər və böyük şəxsiyyətlər danışıb. Ünvanına çox böyüklər söz deyib. Biz öləndən sonra da Səməd Vurğun yaşayacaq. O, ölməzdi”.
Z.Yaqub söyləyib ki, kiçiklərin böyük adamlar barədə fikir söyləməyi çox böyük mədəniyyətsizlikdir: "Xalqı çox ağ günə çıxardınız, indi də qalıb Səməd Vurğun. Əl çəkin, Səməd Vurğundan. Əl çəkin, Nəriman Nərimanovdan. Səməd Vurğuna Səməd, Nəriman Nərimanova Nəriman demək çox böyük qanacaqsızlıqdı. Sizin kimiləri xalq heç vaxt bağışlamayacaq”. Böyüklərə və dahilərə sataşmağı günah sayan şair deyib ki, H.Hacızadə heç ana dilimizi doğru-dürüst bilmir: "Hikmət Hacızadə, sən nə danışdığını bilmirsən. Sən kimsən ki, nəhəng Səməd Vurğuna sataşırsan? Arxayın ol, sənin heç bir fəaliyyətin bir dəftərin qırağında qalmayacaq. Sovet şeirinin pələngi sayılan Səməd Vurğun kimi böyük kişilərin həyat və yaradıcılığı xalqın yaddaşında ömür boyu yaşayacaq. Səməd Vurğun elə səviyyəli şəxsiyyət idi ki, Moskvada SSRİ poeziyası ilə bağlı məruzələr edirdi.
Müqayisə elə, Hikmət Hacızadə, gör, indi səviyyəsiz sənsən yoxsa, Səməd Vurğun”. Şeiriyyatımızın işıqlı siması qeyd edib ki, Səməd Vurğun və digər böyük şəxsiyyətlərdən danışarkən ehtiyatlı olmaq lazımdı: "Baltanı daşa vurmaq olmaz. Bu böyük şəxsiyyətlər xalqın iman, güman yeridir. Biz onlara baxıb, addımlayırıq. Anlamaq lazımdır ki, böyüklərimizi pisləmək və ya yaxşılarımızı satqın çıxarmaq bizə müsbət heç nə vəd etmir. Bunun sonu nə olacaq? Əlbəttə, bu cür addım düşmən dəyirmanına su tökməkdir. Düşmənlərimiz izləyir. Bizə baxıb gülürlər. Torpağı işğalda olan bir ölkənin insanı çıxıb ağsaqqalını, böyüyünü, nəhəng bir şəxsiyyəti təhqir edir. Bu düşüncəsizlikdi. Bunlar yolverilməzdi. Xalqın özü belə insanlara qarşı mübarizə aparacaq. Səməd Vurğuna Allah böyük ürək, dünya, ədəbiyyat və şeiriyyət vermişdi. Səməd Vurğun var, olub və olacaq da. Buna heç kəsin şübhəsi ola bilməz”. Səməd Vurğunu təhqir edənlərin ədəbiyyat adamları deyil, siyasətçilər olmasına gəlincə, şair bildirib ki, bunu H.Hacızadənin özü demir. Başqaları dedizdirir: "Düzdü, Səməd Vurğuna daş atırlar. Amma bu daş özlərinə dəyəcək. Siyasət adamlarının ədəbiyyata girişməsi düzgün deyil. Soruşsan ki, Səməd Vurğundan bir şeir söylə, durub qalacaq. Osman Sarıvəlli Səməd Vurğun barədə deyib: "Böyük istedadlar yaranır, ancaq səndən gəlməyib və gəlməyəcək də”. Səməd Vurğunun yolu müqəddəs yoldur. Ona sataşan adam xalqa və xalqın böyüklüyünə sataşır”. Politoloqun Səməd Vurğunu satqınlıq və məddahlıqda ittiham etməsinə diqqət çəkən şöhrətli qələm ustası söyləyib ki, bunlar küçə sözlərindən başqa bir şey deyil: "Səməd Vurğun öz dövrünün oğlu idi. Stalinlə olan məsələlər zamanın diktəsi idi.
Səməd Vurğun da ona səmimiyyətlə cavab verirdi. Ümumiyyətlə, ədəbiyyatımızda, xalqımızın tarixində böyük rolu olan adamların hamısına böyük məhəbbət bəsləyirəm”. Görkəmli aydın hesab edir ki, Hikmət Hacızadə Səməd Vurğundan deyil, Qarabağdan danışmalıdır: "Dünyanın düz vaxtı Qarabağı verdiniz. Gedin, qaytarın. Niyə bundan bəhs eləmirsən? Niyə bu ağrımızdan danışmırsan? Bunlardan söz açıb, Azərbaycan insanına cavab vermək lazımdı”.
Siyasətçinin dahi mütəfəkkirin Azərbaycan şeirini bəyənməməsindən söz açan Z.Yaqub bəyan edib ki, Səməd Vurğunun yaradıcılığından danışmağa ən azı H.Hacızadənin haqqı çatmır: "Səməd Vurğunun Azərbaycan şeiri dünya durduqca yaşayacaq. Çox uzunömürlü şeirdi. Ömrü uzun olan bir şeirə kiminsə rişxənd etməyə haqqı yoxdur”.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM