Artıq təqdimata heç bir ehtiyacı qalmayan, ölkə ictimaiyyətinin yaxşı tanıdığı Leyla Yunus vətəndaşı olduğu ölkəyə qarşı yeni kampaniyaya başlayıb.
Belə ki, Sülh və Demokratiya İnstitutu yanında Repressiyalara Müqavimət Mərkəzi 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarını boykot kampaniyasına başlayıb. Bu haqda müvafiq müraciət artıq Avropa Olimpiya Komitəsinə və bu komitənin Avropa İttifaqındakı ofisinə göndərilib. Onun bu hərəkəti əslində çox da təəccübləndirici durum kimi qəbul olunmayıb. Amma təbii ki, belə bəyanat sükutla qarşılanmayıb.
Təəssüf ki, Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrə qarşı bu cür planlar həmişə qurulub. Məlum xarici dövlətlər hər zaman ölkəmizin adını ləkələmək üçün müxtəlif yollara əl atıblar. Çox keçmişə qayıtmayaq. Elə “Evrovision” yarışmasını yada salmaq kifayətdir ki, Azərbaycanı nüfuzdan salmaq üçün özlərinə əl qatanların kim olduğunu aydın başa düşəsən. 2012-ci ildə yarışma ərəfəsində Leyla Yunus və ətrafındakılar “Demokratiya naminə oxu” layihəsini gerçəkləşdirməklə ortaya ölkəmizi gözdən salmağa hesablanmış fəaliyyət qoymuşdular. İndi də Azərbaycanın I Avropa Oyunlarına hazırlaşması bu cür məkrli insanların yenidən fəaliyyətə keçməsinə rəvac verib. Məlumdur ki, bu böyük idman tədbiri Azərbaycanın tanınması, təbliği baxımından böyük əhəmiyyətə malikdir. Avropa ölkələrindən gələn qonaqlar Azərbaycanın hansı sürətlə inkişaf etdiyini, Bakının gündən-günə necə gözəlləşdiyini gözləri ilə görəcəklər. Təbii ki, bu da Azərbaycanın Avropa ölkələrində yaradılmasına cəhd edilən pis imicinə sarsıdıcı zərbə olacaq.
Azərbaycan haqda “geridə qalmış ölkə” kimi böhtan xarakterli təsəvvürlər darmadağın olacaq. Ona görə də Azərbaycanın olduğu kimi görünməsini istəməyən qüvvələr indidən hərəkətə keçiblər. Təbii ki, ilk olaraq bu işə başlayanlar, ölkəmiz əleyhinə iş quran qüvvələr, “5-ci kolon” təmsilçiləridir. L.Yunus və dostları hətta adını belə dəqiq bilmədikləri (Leyla Yunus “Avropa Oyunları”nı “Avropa Olimpiya Oyunları” kimi təqdim edir - red.) Avropa Oyunlarının Bakıda keçirilməsinə etirazları özündə ehtiva edən layihənin reallaşması üçün əllərindən gələni edirlər. Nəzərinizə çatdıraq ki, belə qarayaxma kampaniyaları təkcə Azərbaycana qarşı aparılmır. Yəni, ölkəmizin güclü dövlətlər tərəfindən təkləndiyini düşünüb pessimist hislərə qapılmağa ehtiyac yoxdur. Misal üçün, deyək ki, 2022-ci ildə futbol üzrə dünya çempionatının ev sahibi olmaq hüququnu əldə edən Qətərə qarşı indidən kampaniyalara start verilib. Guya bu dövlətin dünya çempionatına ev sahibliyi hüququnu çirkli yollarla əldə etdiyi iddia edilir. İş o yerə çatıb ki, İraqda və Suriyada terror fəaliyyəti ilə tanınan İŞİD də bu oyunların Qətərdə keçirilməsinə qarşı olduğunu elan edib. Buradan belə nəticə çıxır ki, orada İŞİD-in gördüyü işi Azərbaycanda L.Yunus görür.
Bu mövzuda fikirlərini bölüşən millət vəkili Jalə Əliyeva deyib ki, L.Yunusun gələn il Bakıda keçiriləcək ilk Avropa Oyunlarını boykot kampaniyasına başlamasını heç cür normal qəbul etmək olmaz və bu, yolverilməz bir addımdır: “Əslində, onun bu addımı başa düşüləndir və ondan başqa cür mövqe gözləməyə dəyməz. İnsan hüquqlarının müdafiəsi və müdafiəçisi adı altında “fəaliyyət göstərərək” öz hərəkətlərini, məkrli məqsədlərini pərdələməyə çalışan Leyla Yunus son 25-26 ildə hər zaman antiazərbaycan mövqeyi ilə seçilib, antiazərbaycançı qüvvələrin əlində Azərbaycana qarşı bir alət rolunu oynayıb”.
J.Əliyeva bildirib ki, bir müddət öncə “xalq diplomatiyası” adı altında Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməsi faktı üzə çıxan və bu əməkdaşlığı heç kimdə şübhə doğurmayan, bu yöndə “addımları” məlum olduqdan sonra isə Fransaya qaçmaq istəyən, həmçinin, evində, ofisində axtarış aparılarkən hüquq-mühafizə orqanlarının əməkdaşlarını aşağılamaqdan, təhqir etməkdən çəkinməyən L.Yunus son hərəkəti ilə bir daha göstərmiş oldu ki, yenə də öz ampluasındadır və heç zaman dəyişən deyil: “Leyla Yunus həqiqətən insan hüquqlarına bu qədər bağlıdırsa, niyə bir milyon Azərbaycan qaçqın və köçkünün acınacaqlı taleyindən, Azərbaycan torpaqlarının 26 ildən bəri davam edən işğalından, işğalçı Ermənistanın təcavüzündən, qeyri-konstruktiv mövqeyindən, ermənilərin və onların havadarlarının Azərbaycan xalqının başına gətirdiyi müsibətlərdən, bir sözlə, Qarabağ problemindən danışmır, bu məsələləri “əməkdaşlıq” etdiyi, “hesabat” verdiyi, qrant aldığı qurumların, beynəlxalq təşkilatların qarşısında bircə dəfə olsun belə, gur səslə qaldırmır? Məgər bir milyondan artıq insanın hüquqlarının ermənilər tərəfindən pozulması və bu pozuntuların hələ də aradan qaldırılmaması insan hüquqlarının müdafiəsinə aid məsələ, problem deyil? Yaxşı olardı ki, Leyla Yunus bu və bu qəbildən olan suallara cavab verəydi, heç olmasa, ömründə bircə dəfə bu suallar barədə düşünəydi. Ancaq görünür ki, Leyla Yunusu və onun kimiləri belə məsələlər, belə suallar maraqlandırmır, narahat etmir”.
Şübhə doğurmur ki, L.Yunus və havadarlarının arzuları bu dəfə də gözündə qalacaq və Azərbaycan sözü gedən çempionatı layiqincə təşkil edəcək. Çünki ölkəmizə belə məsuliyyətli beynəlxalq tədbir ilk dəfə deyil ki tapşırılır. Dünya ictimaiyyəti Azərbaycanın belə işlərdən üzüağ çıxdığını dəqiq bilir (Kaspi.az).
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM