Jurnalist Fuad Babayevlə qəzalı vəziyyətdə olan Xanəgah məscidi ilə bağlı danışdıq.
- Fuad müəllim, səhv etmirəmsə, iyun ayının ortalarında Qubanın Xanəgah kəndindəki məscidin görüntülərini paylaşdınız və bu şəkilləri görənlərə məlum oldu ki, abidə dağılır.
- Tamamilə doğrudur. İyun ayının 18-də növbəti dəfə kəndimizə getmişdim. Və məscidə baş çəkdim. Qərara aldım ki, şəkillər çəkim və heç olmasa sosial şəbəkədə paylaşım.
- Şəkilləri paylaşdınız və ...
- Şəkilləri paylaşdıqdan sonra Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının www.1905.az portalının “Foto qalereya” bölümündə “Bir məscidin 14 şəkli” fotoreportajını yerləşdirdim. Və həmin reportajın linkini də dəyərli həmkarlarıma göndərdim. Demək olar ki, dərhal reaksiya verdilər. Dəyərli həmkarım, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı ilk reaksiya verən dostlardan oldu. Və Aysel Aslanın “Tarixi abidə kimi qeydə alınan məscid dağılır, aidiyyəti nazirlik isə susur” yazısı dərc edildi.
- Səhv etmirəmsə, televiziyada da bu problemə diqqət ayrıldı.
- Doğrudur. İctimai Televiziyanın Xəbərlərində də dəyərli həmkarlarım məscidin durumunu əyani şəkildə göstərən süjet hazırlayıb yayımladılar.
- İndi də ictimaiyyətin məlumatlandırılması prosesi uğurla davam edir. Belə demək olarmı?
- Düşünürəm ki, demək olar. Media mənsublarının bu məsələyə həssas yanaşmaları nəticəsində ondan çox yazı gedib bu problemlə bağlı. Fürsətdən istifadə edib bu mövzunu işıqlandıran bütün həmkarlarıma dərin minnətdarlığımı bildirirəm.
- Media mənsublarının bu məsələyə diqqət göstərmələri təqdirəlayiq haldır. Bəs ictimaiyyət? Yetkililər?
- “Abidələri Müdafiə Təşkilatı” İctimai Birliyinin rəhbəri Faiq İsmayilovla görüşdük. Faiq müəllim dəyərli məsləhətlərini verdi. Və görüşümüzdən az sonra www.azpress.az saytında maraqlı bir yazı ilə çıxış etdi. Həmin yazıda Xanəgah məscidinin 10 aprel 1998-ci ildə Azərbaycanın Milli Məclisi tərəfindən qəbul edilmiş “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanunu ilə mühafizə olunduğu vurğulanır. Və qeyd edilir ki, abidənin mühafizəsinin təşkilinə Azərbaycan Mədəniyyət Nazirliyinin müvafiq qurumları və yerli icra hakimiyyəti nümayəndələri məsuliyyət daşıyırlar.
- Həmin yazıda abidə haqqında da xeyli məlumat vardı gərək ki...
- Bəli. Faiq müəllim Xanəgah məscidinin unikal tikinti quruluşuna malik olduğunu qeyd edib. Ekspertin araşdırması nəticəsində abidənin tarixi, tikinti quruluşu barədə elmi mənbələrdə məlumat olmadığı məlum olub. Elə həmin yazıda abidənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı qərarı ilə Mədəniyyət Nazirliyində yerli əhəmiyyətli abidə kimi (№4660) qeydə alındığı, inşa tarixinin XIX əsrə aid olduğu göstərilir.
Faiq müəllim həmçinin qeyd edib ki, abidənin ümumi görünüşü, bu tarixi memarlıq nümunəsinin təhlükəli vəziyyətdə olduğundan xəbər verir. Belə ki zaman-zaman baxımsızlıq ucbatından, təbiət hadisələrinin təsiri nəticəsində abidə yararsız hala düşərək özünün son dövrünü yaşayır.
“Abidələri Müdafiə Təşkilatı” İctimai Birliyinin rəhbəri Xanəgah məscidinin unikal formasını, nadir memarlıq quruluşunu, tarixi əhəmiyyətini və əhali üçün xüsusi önəmini nəzərə alaraq, abidənin uçulmasının qarşısını almaq üçün, bərpa edilənə qədər abidə təcili konservasiya olunmasının vacibliyini önə çəkir. Və vurğulayır ki, bu barədə yerli icra strukturları, Mədəniyyət Nazirliyi, Azərbərpa Layihə İnstitutu qərar qəbul etməlidir.
- Onda gözləmək qalır. Elə deyilmi?
- Mətbuatda bu məsələni daimi əsaslarla işıqlandırmağa davam etmək niyyətindəyəm.
- Ümid edirəm ki, Xanəgah məscidinin bərpa olunacağı günü görə biləcəyik. Özü də tezliklə.
- Mən də buna ümid edirəm.
Müsahibəni İsmayıl Qasımov aldı
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM