"Sovetski"də kütləvi söküntü başladı - (Fotolar)

16:53 / 29.07.2014

"Sovetski"də verilən kompensasiya ilə razı olan vətəndaşların evlərinin söküntüsünə başlanılıb.

Artıq Abdulla Şaiq və Əli bəy Hüseynzadə küçəsindəki evlərin bir çoxu hasarlanaraq sökülüb. Sakinlərin "Yeni Müsavat"a verdiyi məlumata görə, söküntü işlərinə Yasamal Rayon İcra Hakimiyyəti (RİH) nəzarət edir.

Bu küçələrdə yaşayan sakinlər qeyd edirlər ki, Yasamal RİH-in nümayəndələri qapı-qapı gəzərək sakinlərlə danışıqlar aparır. Çünki ərazi ayrı-ayrı tikinti şirkətinə satıldığından onlar icra hakimiyyətini sıxışdırmağa başlayıblar. Elə bu səbəbdən kompensasiya ilə razılaşan sakinlərin evləri dərhal uçurulur.

Balababa Məcidov küçəsində evlərinin sahəsi az olan sakinlər isə bildirdilər ki, hökumətin onlara ayrıca bina tikib, mənzil verəcəyinə heç də inanmırlar. Onların sözlərinə görə, bir müddət əvvəl "Sovetski" sakinləri üçün Gəncə prospektində 810 mənzilli 16 mərtəbəli 9 binanın tikiləcəyi deyilib. “DES Konsaltinq” şirkəti bu məqsədlə sakinlərdən pul da alıb. Amma sonradan Bakı Şəhər Prokurorluğunun apardığı araşdırmalar nəticəsində müəyyən edilib ki, şirkət dələduzluqla məşğul olur.

Yasamal RİH-in yaydığı ən son məlumata görə, “Sovetski” məhəlləsində evlərini müəyyən edilmiş şərtlərlə satmaq istəyən ailələrin sayı 2100-ə çatıb.

İndiyədək 3480 ünvanda daşınmaz əmlak obyektlərində dəqiq ölçü işləri aparılıb, 1575 mənzilin sahibi ilə razılaşma protokolu imzalanıb. Artıq 1452 əmlak sahibinin bank hesabına vəsait köçürülüb, söküntü ərazisinə düşən 726 yaşayış və qeyri yaşayış sahəsi isə sökülüb.

Yasamal RİH-in nəzdində yaradılmış köçürmə komissiyasının sədri Səməd İslamov bildirib ki, hazırda köç davam edir, komissiyaya müraciətlər daxil olur: “İlkin mərhələdə nəzərdə tutduğumuz işlər, yəni inventarlaşdırma və ölçü işləri aparılmış yaşayış və qeyri-yaşayış sahələrinə nisbətdə bu gün əldə etdiyimiz razılaşma protokolları 47 faizdir. Yəni hansı ünvanlarda ölçü və inventarlaşdırma işləri aparmışıqsa, həmin mənzillərin və qeyri-yaşayış sahələrinin mülkiyyətçilərinin 46-47 faizi artıq razılaşma protokolunu imzalayıb. Bütün bunlar komissiyanın məqsədyönlü işlərinin, proseslərin şəffaflığı və vətəndaşların birbaşa iştirakı ilə ölçü, qiymətləndirmə işlərinin aparılmasının nəticəsidir. Biz bu gün artıq görürük ki, işlərimizin nəticəsi çox müsbətdir”.

Məlumat üçün bildirək ki, “Sovetski” də söküləcək evlər Bəşir Səfəroğlu, Çingiz Mustafayev, Vidadi, Mirzağa Əliyev küçəsi (qalan evlər), Murtuza Muxtarov, Abdulla Şaiq, Zərgərpalan küçələrində yerləşir. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təqdim olunan plana görə, sökülən evlərin yerində hansısa bir yaşayış binası və ya obyekt tikilməyəcək. Evlər ərazidə salınacaq parka görə sökülür. Həm də evlərin bir çoxu köhnə və yöndəmsiz olmaqla yanaşı qəzalı vəziyyətdədir.

Amma görünən mənzərə tamam başqadır. Söküləcək məhəllələr indidən ayrı-ayrı tikinti şirkətlərinə satılıb. Balababa Məcidov küçəsində sökülən evlərin yerində çoxmərtəbəli yaşayış binası tikilir. Sözügedən ərazinin bir hissəsi həmçinin hökumətin təqdim etdiyi park layihəsinə düşür. Belə olan halda bu tikintiyə kimlərin icazə verməsi sual doğurur.

Qeyd edək ki, hökumətin “Sovetski” ilə bağlı qərarı hələ də dəyişməz qalır. Bu ilin fevralında Yasamal Rayon İcra Hakimiyyətində təşkilat komitəsinin üzvləri ilə görüşdə baş nazirin müavini Abid Şərifov bildirmişdi ki, məcburi qaydada köçürülmə olmayacaq: “Allah eləməmiş, bir qəza baş versə, bu insanların axırı necə olacaq? Keçməyə yol belə yoxdur. Biz də yol infrastrukturunun yaxşılaşdırılması məqsədilə bu addımı atırıq. Kim istəyir, köçsün, kim istəmir, sağlıqla yaşasın”.

A.Şərifov onu da bildirmişdi ki, satın alınması nəzərdə tutulan evlərin bir hissəsinin “kupça”larının olmamasına baxmayaraq sakinlərin orada uzun müddət yaşaması və mərkəzə yaxınlığı nəzərə alınaraq Bakı Şəhər İcra Hakimiyyətinə bu mənzillərin sahiblərinə ödəniş verilməsi barədə tapşırıq verilib.

Xatırladaq ki, ərazinin Baş Planının hazırlanması üçün bir ay vaxt qoyulmuşdu. O vaxt bildirilmişdi ki, sakinlərdən kim 1 kv.m üçün 1500 manat ödənilməsi təklifi ilə razıdırsa, həmin vəsaiti alaraq köçə bilər. Hər ailəbaşına iki aylıq 1000 manat məbləğində kirayə haqqı, ev əşyalarının daşınması üçün isə 400 manat veriləcək.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM