Bu gün Azərbaycanda bayram namazı qılındı. Ramazan bayramı münasibəti ilə dünyanın əksər ölkələri dünəndən etibarən bayramı qeyd etməsinə baxmayaraq Azərbaycan və İranda bayram bu gün keçirilir. Hətta bu barədə dünən Şamaxı Rəsədxanasının yaydığı məlumatda da təzə ayın iyulun 28-dən çıxdığı və bayramın da məhz o gün olduğu lakin Qafqaz Müsəlmanları İdarəsinin bunu nəzərə almadığı bildirilirdi.
"AzerFax"a daxil olan məlumata görə iyulun 28-də bayram namazı qılmaq istəyən məscidlərin imamlarına xəbərdarlıq edilib və onlara bildirilib ki, əgər qərarın əleyhinə hərəkət edərlərsə 2500 manat məbləğındə cərimə olunub, məscidləri bağlanacaq. Bu səbəbdən də dünən bir çox imamlar bayramı elan etsələr də, namaz qıla bilməmiş və bayram namazı qılmaq istəyənləri də bu gün üçün toplamışlar.
Qarşı tərəfin də fikirlərini dərc etməyə hazırıq.