Dövlət İmtahan Mərkəzi boş qalan plan yerləri üzrə müsabiqədə iştirak edib ali təhsil müəssisələrinə qəbul olmayan abituriyentlərin sayı, imtahan ballarının paylanması və s. haqqında bəzi statistik göstəriciləri açıqlayıb.
Mərkəzdən verilən məlumata görə, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə əlavə yerləşdirmənin nəticələrinə əsasən, I ixtisas qrupu üzrə 420-dən yuxarı bal toplayanların hamısı ali məktəblərə qəbul olublar.
İlk yerləşdirmədən sonra isə bu göstərici 540 bal idi. Əlavə yerləşdirmədən sonra bu ixtisas qrupu üzrə 410-419 bal intervalında olan yalnız 1 abituriyent ali təhsil müəssisəsinə qəbul ola bilməyib. 300 və daha yuxarı bal toplayan abituriyentlərdən 2-si tələbə adını qazana bilməyib. Ümumiyyətlə isə 200 və daha artıq bal toplayaraq müsabiqədə iştirak etmək hüququ olanlardan (13169 nəfər) cəmi 8 abituriyent ali təhsil müəssisələrinə qəbul ola bilməyib. Qeyd edək ki, ilk yerləşdirmədən sonra belə abituriyentlərin sayı 93 idi.
II ixtisas qrupu üzrə ilk yerləşdirmədən sonra 490 və daha yuxarı bal toplayanların, əlavə yerləşdirmədən sonra isə 420 və daha yuxarı bal toplayanların hamısı ali təhsil müəssisələrinə qəbul olublar. 400 bal və daha yuxarı toplayanlardan 2 abituriyent tələbə adını qazana bilməyib. Bu ixtisas qrupu üzrə 200 və daha yuxarı bal toplayaraq ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlərin sayı 13 nəfərdir. İlk yerləşdirmədən sonra isə bu say 106 nəfər idi.
III ixtisas qrupu üzrə 550 və daha yuxarı bal toplayanların hamısı tələbə adını qazanıb. Bu ixtisas qrupu üzrə ilk yerləşdirmədən sonra 500 və daha yuxarı bal toplayaraq ali təhsil müəssisələrinə qəbul olmayanların sayı 21 nəfər idisə, ikinci yerləşdirmədən sonra bu göstərici 6 nəfərə bərabərdir. 200 və daha yuxarı bal toplayaraq uğur əldə edə bilməyənlərin sayı 410 nəfərdir. İlk yerləşdirmədən sonra isə bu say 796 nəfər idi.
IV ixtisas qrupu üzrə yalnız 610 və daha yuxarı bal toplayanların hamısı ali təhsil müəssisələrinə qəbul olublar. 600-609 bal intervalında olan abituriyentlərdən 5 nəfər ali təhsil müəssisələrinə qəbul ola bilməyib. İlkin yerləşdirmədən sonra isə belə abituiyentlərin sayı 6 nəfər idi. 200 və daha yuxarı bal toplayaraq ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlərin sayı isə 253 nəfərdir. I mərhələdə bu göstərici 386 nəfər idi.
Ümumiyyətlə, ali təhsil müəssisələrinin I-IV ixtisas qrupları üzrə boş qalan plan yerlərinə qəbul olmaq üçün aparılan əlavə yerləşdirmədən sonra 200 və daha yuxarı bal toplayaraq ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlərin sayı 684 nəfər olub. 200 və daha yuxarı bal toplayaraq müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin sayı isə 38201 nəfər idi.
Qeyd edək ki, hazırda ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin qəbul olduqları ali təhsil müəssisələrində qeydiyyatı aparılır. İlk mərhələdən qəbul olanlar avqustun 28-dək (şənbə və bazar günləri daxil olmaqla) , boş qalan plan yerlərinə qəbul olanlar isə sentybarın 3 dək qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM