1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamı ilə yaradılmış Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın (bundan sonra – Komissiya) fəaliyyətini tənzimləyir.
1.2. Komissiya sahibkarlıq fəaliyyətinin optimal gəlirliliyini təmin edəcək və rəqabət prinsiplərinə əsaslanacaq biznes mühitinin yaradılması, ölkənin investisiya cəlbediciliyinin artırılması, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması ilə əlaqədar qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsinə və bu istiqamətdə digər zəruri tədbirlərin görülməsinə dair təkliflərin hazırlanmasında və həyata keçirilməsində iştirak edən kollegial orqandır.
1.3. Komissiya öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.
1.4. Komissiya bu Əsasnamədə nəzərdə tutulan vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən mərkəzi icra hakimiyyəti orqanları ilə, beynəlxalq təşkilatlarla, yerli özünüidarəetmə orqanları ilə və digər təşkilatlarla qarşılıqlı fəaliyyət göstərir.
2. Komissiyanın vəzifələri
2.1. Komissiyanın vəzifələri aşağıdakılardır:
2.1.1. biznes və investisiya mühitinin əlverişliliyinin artırılması, bu sahədə mütərəqqi tənzimləmə və hüquqtətbiqetmə praktikasına nail olunması üçün təkliflər vermək;
2.1.2. ölkədə rəqabət mühitinin vəziyyətini təhlil etmək, sahibkarlığın inkişafı və onun rəqabət qabiliyyətinin daha da yüksəldilməsini təmin edəcək rəqabət mühitinin formalaşması, inkişafı və təşviqi sahəsində dövlət siyasətinin təkmilləşdirilməsi barədə təkliflər vermək;
2.1.3. əlverişli təşviqedici mühit yaradılmasına xidmət edən iqtisadi alətlərin əhatə dairəsini genişləndirməklə biznesin davamlılığının möhkəmləndirilməsi barədə təkliflər vermək;
2.1.4. beynəlxalq inteqrasiya prosesinin sürətləndirilməsi və nüfuzlu beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması sahəsində təkliflər vermək;
2.1.5. iqtisadi sahədə münasibətləri tənzimləyən qanunvericilik bazasının daha da təkmilləşdirilməsinə dair təkliflər vermək;
2.1.6. Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması sahəsində dövlət orqanlarının və qurumlarının fəaliyyətini əlaqələndirmək;
2.1.7. Azərbaycan Respublikası Prezidentinin Komissiyaya verdiyi tapşırıqların icrası ilə bağlı monitorinqlər aparmaq, icra nəticələrinə dair hesabatlar hazırlayaraq məruzə etmək.
3. Komissiyanın hüquqları
3.1. Öz vəzifələrini yerinə yetirmək üçün Komissiyanın aşağıdakı hüquqları vardır:
3.1.1. biznes mühitinin və beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin yaxşılaşdırılmasını təmin edəcək məsələlərin həlli ilə bağlı proqram və layihələr hazırlamaq, onların hazırlanması və həyata keçirilməsi üçün yerli və xarici ekspertləri, mütəxəssisləri, habelə beynəlxalq təşkilatların və elmi müəssisələrin, müxtəlif dövlət qurumlarının və maraqlı tərəflərin nümayəndələrini cəlb etmək və bu istiqamətdə onlarla əməkdaşlıq etmək;
3.1.2. sahibkarlıq fəaliyyəti subyektləri və onların nümayəndələri ilə görüşlər keçirmək, belə görüşlərin keçirilməsini təşkil etmək və müzakirələr aparmaq;
3.1.3. aidiyyəti dövlət orqanlarının və qurumlarının, publik hüquqi şəxslərin, qeyri-hökumət təşkilatlarının nümayəndələrindən, müəssisə və təşkilatların mütəxəssislərindən və müstəqil ekspertlərdən ibarət işçi qruplar və altqruplar yaratmaq, onların fəaliyyətini təşkil etmək və əlaqələndirmək;
3.1.4. dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə fəaliyyəti çərçivəsində zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan məlumatlar (sənədlər) almaq;
3.1.5. bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin icrası ilə bağlı qərarlar qəbul etmək;
3.1.6. Komissiyanın fəaliyyətinin səmərəliliyinin artırılması ilə bağlı təkliflər vermək;
3.1.7. Komissiyanın fəaliyyəti ilə bağlı yerli və xarici ekspertlərin, mütəxəssislərin cəlb edilməsi, habelə müxtəlif tədbirlərin və proqramların həyata keçirilməsi üçün maliyyələşmə ilə əlaqədar aidiyyəti üzrə müraciət etmək.
4. Komissiyanın fəaliyyətinin təşkili
4.1. Komissiyanın Əsasnaməsini və tərkibini Azərbaycan Respublikasının Prezidenti təsdiq edir.
4.2. Komissiyanın fəaliyyətinə Komissiyanın sədri rəhbərlik edir.
4.3. Komissiya sədrinin vəzifələri aşağıdakılardır:
4.3.1. Komissiyanın fəaliyyətinin cari və perspektiv istiqamətlərini müəyyənləşdirmək, onun fəaliyyət proqramını təsdiq etmək və həyata keçirilməsini təmin etmək;
4.3.2. Komissiyanın iclaslarının gündəliyinə çıxarılan məsələləri müəyyənləşdirmək;
4.3.3. Komissiyanın fəaliyyəti ilə bağlı qərarları, zəruri göstərişləri, məktubları və digər sənədləri imzalamaq;
4.3.4. Komissiyanın fəaliyyəti ilə bağlı müvafiq işçi qruplar və altqruplar yaratmaq;
4.3.5. Komissiyaya daxil olmuş təkliflərə (layihələr, proqramlar və s.) baxılma və onların aidiyyəti üzrə göndərilməsi, Komissiyanın Katibliyinin, işçi qrupların və altqrupların fəaliyyətinin tənzimlənməsi qaydalarını təsdiq etmək;
4.3.6. Komissiyanın fəaliyyətinin təşkili ilə bağlı digər işləri həyata keçirmək.
4.4. Komissiya üzvlərinin hüquq və vəzifələri aşağıdakılardır:
4.4.1. Komissiyanın iclaslarında və fəaliyyətində iştirak etmək;
4.4.2. Komissiyanın iclaslarının gündəliyi, eləcə də gündəliyə daxil edilmiş məsələlər barədə təkliflər vermək;
4.4.3. sənədlərin layihələri ilə tanış olmaq, onlara dair rəy və təkliflər bildirmək;
4.4.4. iclaslarda məruzə və çıxışlar etmək, müzakirələrdə iştirak etmək;
4.4.5. Komissiyanın fəaliyyəti ilə bağlı digər işləri görmək.
4.5. Komissiyanın cari fəaliyyətinin təşkili üçün Komissiyanın Katibliyi yaradılır. Komissiyanın Katibliyinin üzvləri Katibliyin rəhbərinin təklifləri əsasında aidiyyəti dövlət orqanlarının və qurumlarının, publik hüquqi şəxslərin, qeyri-hökumət təşkilatlarının müvafiq tələblərə cavab verən nümayəndələrindən ibarət olmaqla formalaşdırılır.
4.6. Komissiyanın sədri Katibliyin təklifləri əsasında müxtəlif istiqamətlər üzrə işçi qrupların tərkibini, habelə həmin işçi qrupların tərkibində müvafiq istiqamətlər üzrə altqrupların üzvlərini, Katibliyin fəaliyyətinə dair təlimatları və digər sənədləri təsdiq edir.
4.7. Komissiyanın Katibliyi:
4.7.1. aidiyyəti dövlət orqanlarının və qurumlarının, publik hüquqi şəxslərin, qeyri-hökumət təşkilatlarının nümayəndələrindən, müəssisə və təşkilatların mütəxəssislərindən və müstəqil ekspertlərdən ibarət olmaqla Komissiyanın işçi qruplarının və altqrupların yaradılması barədə təklifləri Komissiyanın sədrinə təqdim edir;
4.7.2. işçi qrupların üzvləri üzrsüz səbəbdən işçi qrupun yığıncaqlarında ardıcıl olaraq üç dəfədən artıq iştirak etmədikdə, təmsil etdiyi orqan, müəssisə və təşkilat qarşısında həmin şəxsin əvəz edilməsi barədə məsələ qaldırır;
4.7.3. işçi qrupların nəzdində müvafiq istiqamətlər üzrə yaradılan altqrupların üzvləri bu və ya digər səbəbdən altqrupun işində fəal iştirak etmədikdə və aidiyyəti göstərişləri vaxtında yerinə yetirmədikdə, təmsil etdiyi orqan, müəssisə və təşkilat qarşısında həmin şəxsin əvəz edilməsi barədə məsələ qaldırır;
4.7.4. Komissiyanın və işçi qrupların illik fəaliyyət planının, Komissiyanın və işçi qrupların iclaslarında baxılacaq məsələlərin layihələrini hazırlayır;
4.7.5. ayrı-ayrı iqtisadi fəaliyyət sahələri üzrə islahat və normativ hüquqi akt layihələrini işçi qrupların və ya altqrupların üzvlərinin iştirakı ilə hazırlayır və müzakirəsini təşkil edir;
4.7.6. Komissiyanın səlahiyyətlərinə aid məsələləri baxılmaq üçün Komissiyanın, eləcə də işçi qrupların və ya altqrupların iclaslarına çıxarır;
4.7.7. aidiyyəti dövlət orqanlarından, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisə və təşkilatlardan iclaslarda baxılan məsələlərlə bağlı məlumat, rəy və təkliflər alır;
4.7.8. Komissiyanın işçi qruplarının və altqrupların fəaliyyətini təşkil və koordinasiya edir;
4.7.9. Komissiyanın kargüzarlıq işlərini aparır, iclasın protokollarını tərtib edir və iclasın yekun sənədlərinin layihələrini Komissiyanın sədrinə təqdim edir;
4.7.10. Komissiyanın qəbul etdiyi qərarların və hazırladığı layihələrin həyata keçirilməsi ilə əlaqədar zəruri tədbirlər görür;
4.7.11. Komissiyanın hazırladığı layihə və təkliflərin reallaşdırılması üçün keçirilməli olan tədbirlərin monitorinqini aparır, nəticələri barədə aidiyyəti üzrə təqdim edilmək üçün hesabatlar hazırlayır, nöqsanlar aşkar olunduğu halda, Komissiyanın sədrinə müvafiq məlumat verməklə, onların aradan qaldırılmasına dair təkliflər verir;
4.7.12. Azərbaycan Respublikası Prezidentinin Komissiyaya verdiyi tapşırıqların icrası ilə bağlı monitorinqlər aparır, görülmüş işlər barədə hesabatları və digər zəruri məlumatları əldə edərək onların təhlilini və icmallaşdırılmasını həyata keçirir;
4.7.13. Komissiyanın fəaliyyəti ilə bağlı internet portalının idarə edilməsi və onun çevik informasiya ilə təminatı üçün zəruri tədbirlər görür;
4.7.14. Komissiyanın fəaliyyətinin təşkili ilə bağlı digər işləri həyata keçirir.
4.8. Komissiyanın iclasları aşağıdakı qaydada keçirilir:
4.8.1. Komissiyanın iclasları onun üzvlərinin üçdə ikisi iştirak etdikdə səlahiyyətli sayılır;
4.8.2. Komissiyanın iclasları ildə iki dəfədən az olmamaqla keçirilir, gündəliyə daxil edilən məsələlər sədrin təsdiq etdiyi iş planı əsasında müəyyənləşdirilir. Komissiyanın növbədənkənar iclasları sədrin və yaxud üzvlərin sayının üçdəbirindən az olmayan hissəsinin tələbi ilə çağırıla bilər. Komissiyanın iclaslarının gündəliyindəki dəyişikliklər, eləcə də növbədənkənar iclasların gündəliyi barədə Katiblik iclas təyin olunduğu tarixdən ən azı 5 gün əvvəl Komissiya üzvlərinə məlumat verir;
4.8.3. Komissiyanın qərarları onun iclaslarında sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda sədrin səsi həlledici hesab edilir;
4.8.4. Komissiyanın hər hansı bir üzvü qəbul edilən qərarla razı olmadıqda, onun xüsusi rəyi mütləq iclas protokoluna əlavə edilir;
4.8.5. Komissiyanın iclaslarında qəbul edilmiş qərarlar protokolla rəsmiləşdirilir, Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır;
4.8.6. Komissiyanın hər bir iclasının reqlamentini, müzakirə olunacaq məsələlərdən asılı olaraq, Komissiyanın sədri üzvlərin rəyini nəzərə almaqla müəyyənləşdirir.
4.9. Komissiyanın iclaslarına dəvət olunan ekspert və məsləhətçilər yalnız təkliflər vermək və müvafiq məsələlərə rəy bildirmək hüququna malikdirlər. İclaslara dəvət olunan ekspert və məsləhətçilərin baxılan məsələlərdə maraqlarının toqquşması hallarına yol verilmir.
4.10. Komissiyanın iclaslarında baxılan məsələlər və qəbul edilən qərarlar barədə məlumat Komissiyanın sədri və ya onun razılığı ilə Katiblik tərəfindən Komissiyanın internet portalı vasitəsilə və kütləvi informasiya vasitələrində yayılır.
4.11. Komissiyanın yenidən təşkilini və ləğv edilməsini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.
Strategiya.az
KOBİA və Qlobal Sahibkarlar Şəbəkəsi arasında əməkdaşlıq genişlənir
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM