Dövlət Baytarlıq Xidməti təsərrüfat sahiblərinə müraciət edib.
Kənd Təsərrüfatı Nazirliyindən Xidmətdən verilən məlumata görə, baytar həkiminin iştirakı və tövsiyəsi olmadan heyvanlar üzərində özbaşına müalicə, peyvəndləmə və profilaktik tədbirlərinin aparılması yolverilməzdir:
"Son vaxtlar istər müxtəlif baytarlıq sənayesi, istərsə də xarici ölkələrin kimya-əczaçılıq müəssısələri tərəfindən külli miqdarda dərman preparatları istehsal edilməklə aptek şəbəkəsinə buraxılır ki, bunlardan da müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur. Bu dərman maddələrinin sayı və adları ildən-ilə artsa da, həmin dərmanlara aid yeni və ən yeni məlumatlar yalnız onun içlik vərəqələrində qeyd olunur.
Hazırda müxtəlif xəstəliklərə qarşı istifadə olunan dərmanların əksəriyyəti düzgün istifadə edilmədikdə və ya tətbiqinə dəqiq əməl edilmədikdə onların arzu olunmayan yüksək toksiki təsirləri qeydə alınır, hətta, heyvanlar arasında kəskin zəhərlənmə, ölüm halları törədir və nəticədə təsərrüfatlara iqtisadi ziyan dəyir.
Bu səbəbdən heyvan sahibləri dərmanlardan istifadə qaydalarına xüsusi diqqət göstərməli, yalnız baytar həkimi tərəfindən yazılmış resept əsasında dərman preparatlarını almalı, preparatlar baytar həkiminin iştirakı və tövsiyəsi altında heyvana tətbiq olunmalıdır. Resept - dərmanların hazırlanması və istifadə edilməsi üçün əsas sənəd olub baytarlıq müəssisələri və ya həkimin aptek, yaxud əczaçıya yazılı müraciətidir.
Resept baytarlıq və təsərrüfat əhəmiyyətinə malikdir, bu səbəbdən resepti tərtib edən baytar həkimi və ya resept üzrə dərman hazırlayan əczaçı ciddi məsuliyyət daşıyırlar".
Dövlət Baytarlıq Xidməti qeyd edir ki, son zamanlar respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlar tərəfindən onlara məxsus iribuynuzlu heyvanların ektoparazitlərə qarşı çimizdirilməsi nəticəsində heyvanlar arasında zəhərlənmələr və tələfat hallarına təsadüf edilir. Belə hallar vətəndaşların ərazinin baytar mütəxəssislərinə məlumat vermədən özbaşına baytarlıq apteklərindən akarasid və insektsid dərman maddələrini alaraq həmin dərmanın təlimatına əməl etmədən isti havada kortəbii şəkildə heyvanların çimizdirilməsi nəticəsində baş verir:
Məlumat üçün bildiririk ki, “Baytarlıqda istifadə edilən bioloji, güclü təsiredici və resept əsasında buraxılan baytarlıq preparatlarının Siyahısı” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 yanvar 2007-ci il tarixli 19 nömrəli Qərarı ilə təsdiq edilib.
Qərara uyğun olaraq, ektoparazitlərə qarşı heyvanların çimizdirilməsində istifadə edilən akarasid və insektsid dərman maddələri reseptsiz buraxılır. Lakin həmin preparatın tətbiqi baytar mütəxəssisinin iştirakı və tövsiyəsi ilə həyata keçirilməlidir. Buna baxmayaraq, vətəndaşlar təsərrüfatlarında olan heyvanları çimizdirərkən təlimata əməl etmədən və baytar həkiminə məlumat vermədən özləri tərəfindən əvvəlcədən alınmış və uzun müddət şəraitsiz yerdə saxlanılmış dərman maddələrindən istifadə edirlər ki, bu da heyvanlar arasında zəhərlənmə və ölüm hallarının baş verməsinə səbəb olur".
Dövlət Baytarlıq Xidməti təsərrüfat sahiblərinin bir daha diqqətinə çatdırır ki, təcrübələri olsa belə, baytarlıq mütəxəssislərinin iştirakı və tövsiyəsi olmadan heyvanlarda özbaşına müalicə, peyvəndləmə və profilaktik tədbirlərin, o cümlədən heyvanların çimizdirilməsinin aparılması yolverilməzdir. Bütünlükdə bu tədbirlər baytar həkiminin təyinatı və iştirakı ilə aparılmalıdır. Əgər heyvanlar arasında bir şübhəli hal baş verərsə, dərhal yerli baytarlıq idarələrinə və sahə baytarlıq məntəqələrinə, eləcə də Kənd Təsərrüfatı Nazirliyinin 1652 nömrəli Çağrı Mərkəzinə və Dövlət Baytarlıq Xidmətinin 562-76-13 saylı “Qaynar xətt”inə müraciət etsinlər.
Strategiya.az
KOBİA və Qlobal Sahibkarlar Şəbəkəsi arasında əməkdaşlıq genişlənir
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM