Azərbaycan Gənclər Fondu tərəfindən gənclərin xarici ölkələrin ali təhsil müəssisələrində təhsilinin və beynəlxalq təşkilatlarda təcrübə proqramlarında iştirakının maliyyələşdirilməsi qaydaları açıqlanıb.
Prezident İlham Əliyevin 2018-ci il 29 avqust fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Gənclər Fondunun vəsaitindən istifadə, o cümlədən Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”na əsasən, gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsili, eləcə də beynəlxalq təşkilatlarda təcrübə proqramlarında iştirakı üçün maliyyə vəsaitinin ayrılmasını Fond aşağıdakı tələbləri nəzərə almaqla həyata keçirir:
- Fond ölkənin ixtisas və təhsil proqramları üzrə ehtiyaclarına uyğun olaraq, müvafiq təhsil ili üçün aktual elan edilmiş ixtisasların, elmi dərəcələrin və xarici ali təhsil müəssisələrinin, habelə təcrübə keçmək üçün beynəlxalq təşkilatların siyahısını hazırlayır və özünün rəsmi internet saytında yerləşdirir;
- Fond yalnız bu Qaydanın 9.1.1-ci yarımbəndində nəzərdə tutulan siyahıda olan ixtisasları, elmi dərəcə və ali təhsil müəssisələrini seçmiş gənclərin təhsil prosesini, habelə təcrübə keçmək üçün həmin siyahıda olan beynəlxalq təşkilatları seçmiş gənclərin təcrübə proqramlarında iştirakını maliyyələşdirir;
- Fond xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq üçün seçilmiş namizədlərin təhsili müddətində təhsil haqqını, onlara ödəniləcək təqaüdü, onların viza, tibbi sığorta və il ərzində bir dəfə hava nəqliyyatı xərclərini maliyyələşdirir;
- Fond xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq üçün seçilmiş namizədlərin təhsil haqqını illik əsaslarla birbaşa xarici ali təhsil müəssisəsinə ödəyir;
- Fond növbəti tədris ili üçün ödənişi xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq üçün seçilmiş namizədin cari tədris ilini müvəffəqiyyətlə başa vurması barədə təsdiqləyici sənədləri təqdim edildikdən sonra həyata keçirir;
- Fond beynəlxalq təşkilatlarda təcrübə keçmək üçün seçilmiş namizədə ödəniləcək təqaüdü (bir il müddətinədək), habelə onun viza, tibbi sığorta və il ərzində bir dəfə hava nəqliyyatı xərclərini maliyyələşdirir;
- Fond xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq və ya beynəlxalq təşkilatlarda təcrübə keçmək üçün seçilmiş namizədin təqaüdünü müvəkkil bank vasitəsilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi "Gənclərin xarici ölkələrdə təhsili üzrə aylıq xərc normalarının cədvəli”nə uyğun aylıq və ya rüblük olaraq, təhsil alan və ya təcrübə keçən şəxsin bank hesabına köçürür;
- Fond beynəlxalq təşkilatlarda təcrübə keçmək üçün hər bir namizədə təqvim ili ərzində yalnız bir dəfə maliyyə vəsaiti ayırır.
Aşağıdakı hallarda Fond gənclərin təhsil prosesinin və beynəlxalq təşkilatlarda təcrübə proqramlarında iştirakının maliyyələşdirilməsi məqsədilə ayırdığı vəsaitin qaytarılmasını tələb etmək hüququna malikdir:
1. təhsil alan şəxs üzrlü səbəb olmadan ali təhsil müəssisəsindən xaric edildikdə və ya beynəlxalq təşkilatlarda təcrübə proqramlarında iştirak edən şəxs üzrlü səbəb olmadan təcrübə proqramından kənarlaşdırıldıqda;
2. təhsil alan şəxs qəbul olunduğu ixtisası üzrlü səbəb olmadan dəyişdikdə;
3. təhsil alan və ya beynəlxalq təşkilatlarda təcrübə proqramlarında iştirak edən şəxsin cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;
4. təhsil alan və ya beynəlxalq təşkilatlarda təcrübə proqramlarında iştirak edən şəxslər onlara ödənilən təqaüddən istifadəyə dair maliyyə hesabatlarını Şuranın müəyyən etdiyi müddət ərzində Fonda təqdim etmədikdə.
Fondun xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq, eləcə də beynəlxalq təşkilatlarda təcrübə proqramlarında iştirak etmək üçün müraciət edən gənclərin seçiminə Azərbaycan Təhsil Nazirliyinin və digər aidiyyəti qurumların nümayəndələrini dəvət etmək hüququ var.
Xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq, eləcə də beynəlxalq təşkilatlarda təcrübə proqramlarında iştirak etmək üçün müraciət edilməsi və müraciətlərə baxılma, habelə təqdim olunacaq sənədlərin dairəsi Şuranın təsdiq etdiyi qayda ilə tənzimlənir.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM