Elman Nəsirov: Azərbaycan və Rusiya prezidentləri arasında müntəzəm əlaqələr dövlətlərarası münasibətlərə dinamizm verir

15:23 / 03.09.2018

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 1-də Rusiya Federasiyasına rəsmi səfəri ikitərəfli münasibətlərin inkişafı üçün yeni imkanlar açıb. İmzalanmış sənədlərin miqyasına görə bu səfəri Azərbaycan-Rusiya münasibətləri üçün ilin hadisəsi kimi də dəyərləndirmək olar.

Bu fikirləri  Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirib.

Elman Nəsirov deyib ki, bu səfər iki nöqteyi-nəzərdən diqqəti cəlb edir. Birincisi, Azərbaycan və Rusiya prezidentlərinin birgə səyləri sayəsində avqustun 12-də Aktau şəhərində 22 ildir ki, həllini tapmayan Xəzərin hüquqi statusu ilə bağlı yekun Konvensiya imzalandı. Məhz bu Konvensiyanın imzalanmasından sonra artıq Azərbaycan-Rusiya münasibətlərinin bütün spektrlər üzrə inkişafı üçün yeni şərait yaranıb. Sentyabrın 1-də baş tutan səfər də məhz bu Konvensiyanın imzalanmasından sonra həyata keçirildiyi üçün özəl məna və əhəmiyyət kəsb edir. Bu səfər həm də o baxımdan əhəmiyyətli idi ki, 2008-ci ilin iyul ayında "Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannamə” qəbul edilib. Həmin sənədin on illiyi tamam olub. Bu Bəyannamənin əsası ulu öndər Heydər Əliyevin 1997-ci ildə Rusiyaya səfəri ilə qoyuldu. O zaman Azərbaycan ilə Rusiya arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə imzalanmışdı. Bütün bunlar göstərir ki, ikitərəfli münasibətlərimiz strateji xarakter daşıyır. Sentyabrın 1-də baş tutan səfər bir daha bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan-Rusiya münasibətləri, ilk növbədə, bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələridir, bir-birinin daxili işlərinə qarışmamaq prinsipinə söykənir, qarşılıqlı hörmətə və etimada əsaslanır.

Politoloq qeyd edib ki, hər bir səfər imzalanmış sənədlər və onların əhəmiyyəti nöqteyi-nəzərdən qiymətləndirilir. Bu səfər də, ilk növbədə, imzalanmış sənədlərin həm kəmiyyət, həm də keyfiyyət göstəriciləri baxımından diqqəti cəlb edir. Səfər çərçivəsində on beş mühüm sənəd imzalanıb. Onların içərisində üçünü xüsusi qeyd etmək lazımdır. Bunlar “Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri haqqında Birgə Bəyanat”, “Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə Fəaliyyət Planı” və “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında 2024-cü ilədək əməkdaşlıq Proqramı”dır.

Deputat “Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə Fəaliyyət Planı”na toxunaraq qeyd edib ki, bu fəaliyyət ölkələrimiz arasında siyasi dialoqu, ticari-iqtisadi inkişafı, investisiya qoyuluşu məsələlərini, yeni nəqliyyat dəhlizlərinin yaradılması, mədəni, humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi və digər sahələr üzrə yol xəritələrini özündə ehtiva edir. Hər iki dövlətin prezidentlərinin imzaladığı Bəyanat isə nəticə etibarilə Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətlərini göstərən bir sənəddir. Bizim iqtisadi sahədə əməkdaşlığımızın çox geniş imkan və potensialı var. Prezident Vladimir Putin mətbuata bəyanatında qeyd edib ki, 2017-ci ildə Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsi demək olar ki, 35 faiz artaraq 2,5 milyard dollara çatıb. Rusiyanın Azərbaycana birbaşa kapital qoyuluşu isə 1,5 milyard dollar təşkil edib.

Elman Nəsirov diqqətə çatdırıb ki, bundan başqa, Azərbaycan ilə Rusiya arasında humanitar sahədə əməkdaşlıq məsələləri də genişlənməkdədir. 2010-cu ildə Azərbaycan və Rusiya prezidentlərinin təşəbbüsü ilə yaradılan Bakı Beynəlxalq Humanitar Forumu xüsusi qeyd olunmalıdır. Oktyabr ayında Bakıda VI Forum keçiriləcək. Rusiyada 11 mindən çox azərbaycanlı təhsil alır. Azərbaycanda isə rus dilində təhsil verən 340-dan çox məktəb mövcuddur.

Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bəyanatında qeyd edib ki, Azərbaycan-Rusiya münasibətləri strateji xarakterlidir. Ölkələrimizin prezidentləri arasında müntəzəm əlaqələr dövlətlərarası münasibətlərə dinamizm verir. Prezident İlham Əliyev vurğulayıb ki, son üç ay ərzində Rusiya Prezidenti ilə üç dəfə görüş keçirilib. Birincisi, Moskvada futbol üzrə Dünya çempionatı ərəfəsində, avqustda Qazaxıstanda və bu gün isə Soçidə.

Eyni zamanda, qeyd olunmalıdır ki, Azərbaycan Prezidenti ilə Rusiya Prezidenti arasında danışıqlar prosesində həm də regional təhlükəsizlik məsələləri müzakirə olunub. Bu xüsusda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı məsələlər xüsusi diqqət mərkəzində saxlanıldı. Rusiya Prezidenti Vladimir Putin ölkəsinin ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin sülh yolu ilə tənzimlənməsi prosesinə bundan sonra da fəal dəstək verəcəyini bildirib. Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, bu münaqişə regionda sülhə və təhlükəsizliyə ən ciddi təhdiddir. Münaqişə nəticəsində Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış torpaqlarının 20 faizindən çoxu işğal altındadır. Ölkəmizdə bir milyondan çox qaçqın və məcburi köçkün var. Bu münaqişə həllini tapmadıqca o, regionda riskləri artıran əsas amil olacaq. Yalnız münaqişənin həlli region üçün də yeni şərait təmin edər. Heç şübhəsiz ki, bu münaqişənin həlli Ermənistanın düşdüyü mövcud böhranlı vəziyyətdən çıxması üçün də ən düzgün yoldur. Bunun alternativ yolu yoxdur. Yalnız işğala son qoyulması Ermənistanın gələcəyi deməkdir.

Deputat bildirib ki, Prezident İlham Əliyev Rusiya-Azərbaycan iqtisadi münasibətlərini xüsusi vurğulayıb. Rusiya idxala görə Azərbaycan üçün bir nömrəli tərəfdaşdır və qeyri-neft sahəsinin azərbaycanlı ixracatçıları üçün birinci yerdədir. Bu ilin altı ayının yekunları da bunu bir daha təsdiq edir. Altı ayın yekunlarına görə, Azərbaycan Rusiyaya 350 milyon dollar dəyərində məhsul ixrac edib. Rusiyadan Azərbaycana isə 788 milyon dollarlıq məhsul daxil olunub.

Rusiya və Azərbaycan prezidentlərinin danışıqlarında diqqət mərkəzində saxlanılan bir məsələ də hərbi-texniki sahədə gələcək əməkdaşlıqla bağlı oldu. Azərbaycan tərəfindən Rusiyadan alınan hərbi təyinatlı məhsulların dəyəri 5 milyard dolları keçir və bu sahədə əməkdaşlıq bundan sonra da davam edəcək.

Səfər çərçivəsində həm ikitərəfli, həm də çoxtərəfli münasibətlərimiz və geniş spektrli məsələlər diqqət mərkəzində saxlanılıb. Bütövlükdə artıq həm Rusiya, həm də Azərbaycan mətbuatında bu səfərə çox yüksək qiymət verilir. Bu səfər Azərbaycan ilə Rusiya arasında dostluq və mehriban qonşuluq münasibətlərinin bundan sonrakı inkişafı, regionda sülhün və təhlükəsizliyin təminatı üçün mühüm rol oynayacaq.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM