“Bu dəqiqə Azərbaycanda müxalifət deyilən heç bir şey yoxdur ” Müsahibə

10:53 / 11.01.2014

“İnsan gərək bütün keyfiyyətləri ilə bərabər, hərdən utanmağı da bacarsın”

Strategiya.az sabiq spiker, Açıq Cəmiyyət Partiyasının sabiq lideri Rəsul Quliyevin APA-ya müsahibəsini təqdim edir:

 

- Milli Şurada baş verən son prosesləri necə dəyərləndirirsiniz?

 

- 2013-cü il avqustun 21-də, Cəmil Həsənlinin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar veriləndən sonra Milli Şura faktiki yoxdur.

 

- Ancaq bir zaman lideri olduğunuz Açıq Cəmiyyət Partiyası da hələ Milli Şuradadır?

 

- Açıq Cəmiyyət Partiyasının Milli Şurada olub-olmaması sözün əsl mənasında məni maraqlandırmır. Açıq Cəmiyyət Partiyası bu dəqiqə keçmişdə buraxdığı səhvlərdən nəticə çıxararaq yenidən təşkilatlanma dövründədir. Bu dəqiqə onlar barədə bir şey söyləyə bilmərəm. Gərək onlar təşkilatlanma prosesini qurtaralar. Baxaq görək, nə yaratmaq istəyirdilər, nəyə nail olublar. Hər halda Açıq Cəmiyyət Partiyası hər şeyə təzə baxışla baxmaq istəyir, nəinki 20 illik Müsavat Partiyası və AXCP. Müsavat Partiyası və AXCP məğlubiyyətlərini veclərinə almayıb, fəaliyyətlərini əvvəlki qaydada davam etdirir. Onların mövcud olmasının ancaq bir səbəbi var. “Yeni Müsavat’ və “Azadlıq” qəzetləri bu partiyalara dəstək verməsələr, bütün mətbuat orqanları kimi bu partiyaların işinə yanaşsa, bu partiyalar bir aydan sonra yoxa çıxar.   

 

- Bundan sonrakı dönəmdə müxalif düşərgədə prosesləri necə proqnozlaşdırırsınız?

 

- Bu dəqiqə Azərbaycanda müxalifət deyilən heç bir şey yoxdur, özünü müxalifət adlandıranlar var. Özünü müxalifət adlandıranların düşərgəsində yenidən hər şey pozulub, pozulacaq. 2015-ci ildə yenidən guya nəsə yaratmağa cəhd edəcəklər. 2015-ci il noyabr seçkilərindən sonra yenidən hər şey pozulacaq. Mümkün deyil ki, 20 il müddətində daim uduzan bir təşkilat özünü müxalifət adlandırsın və müxalifət kimi də fəaliyyətini davam etdirsin. Bu, tarix elminə ziddir. Ona görə də Azərbaycanda müxalifətdən danışmaq gülüncdür.

 

- Siz özünüz şəxsən siyasi proseslərdə necə iştirak etməyi düşünürsünüz? Qarşıdan parlament seçkiləri gəlir.

 

- Mən siyasi proseslərdə özümün hansı formada iştirak edəcəyimi müəyyənləşdirməmişəm. Hələ ki, mənim məqsədim qismən cavanların qarşısını kəsən, siyasət meydanına daxil olmağa imkan verməyən “əjdahalar”ın - Müsavat Partiyası və AXCP liderlərinin siyasətdən getməsi və yeni qurumların yaranmasına nail olmaqdır. Buna nail olmaq istəyirəm. Bu adamlar meydanı boşaltmalıdırlar ki, gənclərin timsalında ora yeni qüvvələr daxil olsun. Sözsüz ki, o gənclərə həmişə siyasi dəstək verəcəyəm.

 

- Azərbaycan siyasətinə Rüstəm İbrahimbəyov, Cəmil Həsənli, Eldar Namazov kimi fiqurlar da daxil olub. Bu şəxslərin siyasi gələcəyini necə görürsünüz? 

 

- Rüstəm İbrahimbəyov siyasətlə məşğul olmayan bir adamdır, təsadüfən siyasətə gəlmişdi, nə formada siyasəti davam etdirdiyini bilmirəm. Ancaq onun həddindən artıq maraqlı sənəti var, o sənətini davam etdirəcək. Ziyalılar Forumu yaratmışdı, ola bilər ki,  Ziyalılar Forumunun çərçivəsində işlərini davam etdirsin, müəyyən tövsiyə xarakterli qərarlar qəbul etsinlər. Cəmil Həsənlinin gələcəkdə nələr edəcəyini deyə bilmərəm. Bir onu deyə bilərəm ki, Cəmil Həsənlinin müxalifətdə qalması, özünü müxalifətin lideri elan etməsi Azərbaycanda müxalifətin zəifləməsini istəməkdir. Cəmil Həsənlinin liderlik keyfiyyəti, xarizması yoxdur. Cəmil Həsənli əvvəlcə necə müəllimliklə məşğul idi, yenə də müəllimliyini etməli, tarixini yazmalıdır. O, bu işlərə qarışmamalıdır, çünki bu işlərə onun gücü çatmaz. Eldar Namazova gəldikdə, Açıq Cəmiyyət Partiyası kimi yaratdığı “El” Hərəkatını yenidən formalaşdırmaq üçün hansısa işləri görür. Müsavat Partiyası və AXCP-nin timsalında qeyd edim ki, 8 dəfə seçkiləri uduzan adam əgər birinci məğlubiyyətdən sonra bu məğlubiyyətin səbəbini axtarmırsa, öz işini yenidən qurmaq üçün öz təşkilatını rekonstruksiya etmirsə, onların gələcəyi yoxdur. Eldar Namazov da bunu başa düşür və rekonstruksiya ilə məşğuldur. Ancaq bu o demək deyil ki, Eldar Namazov nəyəsə nail olacaq, bunu gələcək göstərəcək. Özlərini böyük partiya adlandıranlar rekonstruksiya barədə düşünmək istəmirlər, bəla buradadır.

 

- Ancaq görünən budur ki, bundan sonra da müxalif düşərgədə siyasi proseslər Müsavat Partiyası və AXCP ətrafında cərəyan edəcək...

 

- Müxalif düşərgədə proseslər bu iki partiyanın ətrafında cərəyan edəcəksə, bizim hökumət qəti sürətdə narahat olmamalı, müxalifət barədə fikirləşməməlidir. Yavaş-yavaş seçkiləri istədiyi kimi keçirib, yoluna davam etməlidir. Azərbaycan xalqının nəzərində Müsavat Partiyası və AXCP-nin heç bir hörməti qalmayıb, onlara inam yoxdur. Bu inamı əldə etməyə çalışmaq lazımdırmı? Əgər bu inamı bərpa etmək istəmirsənsə, nə etmək istəyirsən? Əgər ailədə valideynin hörməti itirsə, o halda həmin ailədə əmin-amanlıq olmaz ki?! İnamı qaytarmaq istəyirsənsə, cəsarətin çatsın, bəyan et ki, hakimiyyətə gəlmək istəyirəm və hakimiyyətə gələndə bu adamlar mənim komandam olacaq. Məsələn, mən prezident olacağam, filankəs baş nazir, filankəs filan nazir... O adamlar hökumətlərinin siyahısını yazıb verə bilsələr, heç kim onlara yaxın gəlməz. Tutaq ki, Müsavat Partiyası yazıb təqdim etsin ki, İsa Qəmbər prezident, filankəs baş nazir, filankəs filan vəzifədə olacaq. Azərbaycan xalqı bunu qəbul edərmi? Etməz, çünki orda elə bir adam yoxdur ki, ondan nazir ola bilsin. Heç bir hökumət yarada bilməyəcəksənsə, nə qədər müxalifətçilik edəcəksən? Hər halda insan gərək bütün keyfiyyətləri ilə bərabər hərdən utanmağı da bacarsın. O hiss aradan götürüləndə vəziyyət ağır olur.

 

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM