Türkiyə prezidentlərinin sirləri: onlar necə olublar?

16:29 / 31.07.2014

Avqustun 10-da Türkiyədə ilk dəfə xalqın seçimi ilə növbəti prezidentin kim olacağı müəyyənləşəcək
Bu yarışa üç nəfər - indiki baş nazir Rəcəb Tayyib Ərdoğan, İslam Əməkdaşlıq Təşkilatının keçmiş rəhbəri, Türkiyənin iki əsas müxalifət partiyasının-Cümhuriyyət Xalq və Milliyətçi Hərəkat partiyalarının vahid namizədi Ekmələddin İhsanoğlu və Xalqların Demokratik Partiyasının lideri Selahaddin Demirtaş qoşulublar.

Kampaniyanın gedişində dövlətin resurslarından geninə-bonuna istifadə Ərdoğanın növbəti prezident olmaq şansını yüksəldir. Hər halda, seçki hər şeyi yerbəyer edəcək.

Türkiyədə indiyədək 11 prezident bu ali kürsüdə oturmaq şansı əldə edib. Onların hər birinin məlum olmayan xüsusiyyətləri haqda az şey bilirik. Məsələn, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün az yatdığı məlum deyil, İsmət İnönünün üzünü qırxmağa verdiyi əhəmiyyət də. Bəs, Fahri Korutürkün tambur çaldığını, ya da Cemal Gürselin maaşını ehtiyacı olan yurddaşlarına yardım olaraq göndərdiyini neçə adam bilir, Cevdet Sunay ilə əlaqədar lətifələr niyə çıxmışdı? Turqut Özalın proqramçıları mat edən kompüter mütəxəssisliyini, ya da Süleyman Dəmirəlin zamanında Çankaya köşkünə gedən toyuq yumurtalarının sirrini bilən varmı?

Türkiyə 12-ci prezidentini seçməyə hazırlaşır. Bəs 11 dövlət başçısını nə qədər tanıyırıq?

Heç düşündünüzmü, görəsən, əvvəlki 11 prezidenti Türkiyədə necə xatırlayırlar? Siyasi ənənəyə uyğun olaraq dövlət başçılarını dövlətin ən ali adamı olmaları səbəbi ilə təbii olaraq hamı həmişə ciddiliklə qəbul edib. Siyasi tarix də bu qəbulu özündə əks etdirir.

Buna görə onların insani tərəfləri çox bilinmir. Məsələn, Atatürkün yuxuya qarşı müqavimətini, Fahri Korutürkün musiqi ehtirasını neçə adam bilir? Ya da Cemal Gurselin yardımsevərliyini. Özalın kompüter proqramçılarını çaşdıracaq qədər proqram mövzusundakı mütəxəssisliyini... Onların bu xüsusiyyətləri həmişə kölgədə qalardı. Halbuki dövlət başçıları da insandır.

Modern.az saytı yaxınlaşan seçkiləri fürsət bilib, Türkiyə mətbuatına istinadən Atatürkdən Abdulla Gülə qədər bütün dövlət başçılarının siyasi tarixin xaricində, xatirələrdə necə iz buraxdığı ilə bağlı araşdırmanı təqdim edir.

Mete Akyol uzun illər Ankaranın nəbzini tutan əfsanəvi jurnalistlərdən olub. Peşə həyatının ilk günlərindən etibarən İnönünü izləyib. İnönülərin evinə girəcək qədər ailəyə yaxın bir jurnalist olub. Onun jurnalistika macərasında eks-prezidentlər Cemal Gürsel və Cövdət Sunayla da yolları kəsişib. Onlarla söhbətlər reallaşdırıb. Mete Akyol hərbi mənşəli bu 3 keçmiş prezidenti ən yaxşı izah edəcək adlardan biridir.

Atatürk heyvansevərdi, az yatardı, incə ələyib sıx toxuyardı

Türkiyə Cümhuriyyəti 1923-cü il oktyabrın 29-da elan edilib və yeni bir Konstitusiya qəbul olunub. 1924-cü ildə qüvvəyə minən bu Konstitusiyaya görə, parlament (Türkiyə Böyük Millət Məclisi) dövlət başçısını seçir, dövlət başçısı da baş naziri təyin edir.

Elə də olur. Seçkiyə qatılan 159 millət vəkilindən 158-i səsini Atatürkə verir, bir səs də İnönünün lehinə olur. Bu səsin sahibi isə Atatürk idi. Ancaq Atatürk buna nə “bəli” deyir, nə də “xeyr”. Bu dövlət başçısının ilk zarafatlarından biriydi. Beləcə Türkiyə Cümhuriyyətinin ilk prezidenti Mustafa Kamal olur. Atatürk bir idarəçi və insan olaraq necə biriydi? Bununla bağlı bir çoxları o dövrlə bağlı kitablar yazıb. Tarixçilər xeyli araşdırma aparıb. Bu araşdırmaçılar mütləq Cemal Qrandanın xatirələrindən faydalanıblar. Qranda 1927-ci ildə Atatürkün yanında işə başlayan bir xidmət vəzifəlisi idi. Xatirələrini “Atatürkün xidmətçisi idim” adlı bir kitaba yığıb. Kitab bizə Atatürkün insan olaraq necə biri olduğunu çox yaxşı izah edir. Atatürkün çox yaxşı geyindiyini bilirik. Amma buna görə Levon Kordonciyan və Jan Pilüris adlı iki dərziyə borclu olduğu çox bilinmir. Atatürk geyindiyi hər şeyi tək-tək özü seçərmiş. Ayaqqabılarını Sirkəçidəki “Qızıl Çəkmə”yə və Bəyoğlundakı Nuru Ustaya tikdirərmiş.

Qrandanın kitabında Atatürkün heyvanları çox sevdiyi qeyd edilir. Bu heyvanlar arasında atlar və itlər xüsusi yer tutarmış. Foks adında bir iti varmış. Hər yerə yanında apardığı Foksla onlarla fotoşəkli də var. Foks öldükdə isə baytarlar dərisini soyub içini dolduraraq Çankayaya gətirib, bir vitrinin üstünə qoyublar. Atatürk “sevdiyim bir məxluqu belə görmək istəmərəm” deyərək götürülməsinə göstəriş verir.

Kitabda yazıldığına görə, Atatürk yuxunu çox sevməzmiş. Həyatı cəbhələrdə keçən bir komandir olaraq yatmağa çox fürsət tapa da bilməmişdi. Müharibələr zamanı qısa müddət yatar, yəni paltarları ilə səyyar çarpayıya uzanar, eləcə bir neçə saat yatmağa səy edərmiş. Dövlət başçısı olunca yaxınlarından bir neçə adam “artıq indi yatmalısınız” deyə məsləhət görüncə, “xeyr, əsas böyük müharibə indi başlayır, müasir sivilizasiya səviyyəsinə çatmağımız üçün gecə-gündüz çalışmalıyıq”, - deyə etiraz edərmiş.

Atatürk ölkənin problemləri ilə əlaqədar hər mövzu ilə yaxından maraqlanar və müdaxilə edərdi. Məşğulluğun artırılması və yoxsulluğun azaldılması, əhalinin insanca yaşaması üçün səy göstərərdi, islahatlar aparardı. Xalqın çörəyinə göz dikənlər həmişə qarşısında onu görərdi. O dövrün İstanbul qubernatoru Mühittin Üstündağ çörəyin qiymətini artırmaq qərarı vermiş və 5 lirə olan çörəyin qiymətini qəflətən 7 lirəyə çıxarmışdı və bu qərarını da baş nazir İsmət İnönüyə təsdiqlətmişdi.

Bir gecə Dolmabahçedəki bir yemək əsnasında bunu eşidən Atatürk çox əsəbiləşərək deyir: “Nə etdiniz qubernator bəy? Bu kasıb millətin onsuz da yemək üçün yalnız çörəyi var süfrəsində. Onadamı göz dikdiniz? Bizim millət çörəklə bəslənər. Kasıb kəndlinin yeməyi bir baş soğanla, bir buxanka çörəkdir. Çörəkdən nə istədiniz? Qiymətini artıracağınıza, əlinizdən gəlirsə, endirin...”.

İsmət İnönü nəzakəti və diplomatiyanı bilərdi


“Tam bir dövlət adamı idi. Ölçülü-biçili, qüdrətli, qanunları olan, qadınlara qarşı hər vaxt centlmen olmasını bilən biriydi. Diplomatiyanı da, nəzakəti də çox yaxşı bilərdi. Saqqalının təraşına əhəmiyyət verərdi. İnönünü tam izah edən bir hadisə var. 1969-cu il seçkiləri gecəsi. Seçkilərdə Ədalət Partiyası müdhiş bir müvəffəqiyyət əldə edib. Mən də İnönünün evinə getdim. Nəticələr gəldikcə İnönü xəbərdar edilirdi. Amma kədər əlaməti yox idi. “Paşam, heç kədər ifadəsi yox sizdə”, - dedim. Mənə “oğluna elektrikli qatar aldınmı”, - deyə soruşdu. Çaşdım, amma hara bağlayacaqdı mövzunu Paşa, maraqlandım və qatar almadığım halda “aldım” dedim. “Onunla qatar yarışı edirsənmi?”, - soruşdu. “Bəli” dedim. “Yaxşı, oğlunun qatarı sənin qatarını keçincə, qızırsanmı?”, - söylədi. “Xeyr Paşam” dedim. “Yaxud səninki onun qatarını keçincə, sevinirsənmi”, - deyə soruşduqda, yenə “xeyr” cavabını verdim. Paşa “bu seçki yarışında Ədalət Partiyasının qabaqda qaçması məni üzməyəcəyi kimi, geridə qalması da sevindirməyəcək. Demokratiya qaydaları pozulmadan keçirilən hər seçkidə əsl qazanan məmləkətin özüdür”, - dedi. Əsl İnönü tam da belə insan idi”.

Cemal Gürsel yardımsevər biriydi

“Orduda ona Cemal Aga deyərdilər. Yardımsevər, babacan, zarafatcıl bir insan idi. Xalqla iç-içə olmağı da sevərdi. Fürsət tapdıqca avtomobili ilə Çankaya köşkündən ayrılıb xalqın içinə qarışar, onların dərdlərini dinlərdi. Ehtiyacı olana da öz cibindən kömək edərmiş. Bunu yaşadığım bir hadisə nəticəsində öyrəndim. “Milliyyət” qəzeti 1963-cü ildə Atatürk abidəsi kampaniyası başlatmışdı. Cemal Gürseldən kampaniyaya dəstək verməsi üçün köşkə getdim. Mövzunu açdım. Cemal Gürseldən 10 min lirə istədim. Çaşdı. “Olmaz övladım” dedi. İsrar etdim. “Mənim o qədər pulum yoxdur”, - dedi. İsrar edəndə məni yanına çağırdı. Masasının siyirtməsindən bir karton corab qutusu çıxardı. İçindəki siyahını göstərdi. “Bu aykı maaşımdan, nə qədər xərcləmişim, əlimdə nə qədər qalmış bir bax”, - dedi. Baxdım Mersindən bir vətəndaş həyat yoldaşı və uşağı ilə aç qaldığını yazıb kömək istəmiş, Gürsel də 4 min lirə göndəribmiş. Evlənən ehtiyatda olan bir zabitə 800 lirə göndəribmiş. Siyahı uzanır. Gürsalın 1000 lirəsi qalmışdı. Onu da bizə bağışladı”.

Cövdət Sunay gözlənilmədən prezident olub

Camal Gürsel xəstələnəndə Cövdət Sunay Baş Qərargah rəisi kimi prezident olub. Ehtimalla belə bir mövqeyə gələcəyini özü də gözləmirmiş. Komandir olduğu üçün o komandirliyini köşkdəki xidmət illərində də davam etdirib. Özü yaxşı bir insan olsa da, dövlət adamı üçün digər dövlət başçılarına görə yaşlı idi. Onsuz da İnönünün ona verdiyi bir dərs vardı. Bu hadisə Sunayın vəziyyətini müəyyən edirdi. 1967-ci ildə Qurtuluş savaşına qatılan komandirlərin iştirakı ilə Ankara Ordu evində bir mərasim təşkil edilir. İnönü də yığıncağın ən əhəmiyyətli qonağı olur. Ev sahibi dövlət başçısı Cövdət Sunay olur. İnönü həyat yoldaşı ilə gəlir. Sunay “buyurun oturun”, - deyir, İnönü “yox, əvvəl siz buyurun oturun”, - qarşılığını verir. Bu vəziyyət bir müddət daha davam edincə, İsmət Paşa əsəbiləşir və “dövlət başçısı olmanız hesabı ilə əvvəl sizin oturmanız lazımdır. Ətrafınızdakıların hara oturacağı sizin məsələniz olmayacaq. Əvvəl siz oturacaqsınız, ondan sonra ətrafınızdakılar oturacaqları yerləri sizə görə təyin edəcəklər. Haydı, baxaq indi dediyimi eynilə edin”, - deyir. Sunay yarı şokda ən yaxındakı kresloya çöküb qalır. İnönü də onun yanına oturur”.

Əli Baransel ömrünün 16 ilini Çankaya köşkündə keçirən biri olub. Bu qədər il boyunca prezidentin mətbuat və xalqla əlaqələr müşaviri olaraq eks-prezidentlər Fahri Korutürk və Kənan Evren ilə çalışıb. Türkiyənin ən çalxantılı illərinə Çankayadan şahidlik edib. Xatirələrini də kitab kimi çap etdirən Əli Baransel də birlikdə çalışdığı prezidentləri izah edir.

Fahri Korutürk klassik türk və klassik Qərb musiqisinin vurğunu idi 


"Çox həssas, romantik, primitiv, insan əlaqələrində sevgi və hörmətə əhəmiyyət verən bir insan idi. Ölçülü-biçili, zarafatcıl birisi idi. Məsələn, insanların görüşlərə olan sədaqətinə çox əhəmiyyət verərdi. Görüşünə zamanında gələn insanları möhkəm xarakterli olaraq qəbul edərdi. Sənətin, xüsusilə musiqinin bütün janrları ilə maraqlanardı. Klassik türk, klassik Qərb musiqisinə fərq qoymadan dinləyərdi. Bir söhbət əsnasında deyərdi: “Əgər dəniz zabiti olmasaydım, orkestr şefi olardım”. Onsuz da tambur çalarmış. Həyat yoldaşı Emel xanım da fotolarla maraqlanardı. O dövrün əhəmiyyətli rəssamları ilə, məsələn, Fikrət Mualla ilə dostluq qurmuşdular. Köşk, sənətin danışıldığı və müzakirə edildiyi bir mühit idi. Bu səbəbdən cümhuriyyət tarixində ilk dəfə, mətbuat və sənət adamlarına ayrı-ayrı qəbul verilərdi. Mətbuat və sənət dünyası Köşk ilə tanış olurdu. 2000-ə yaxın sənətçi, jurnalistlər ilk dəfə köşkdə qəbul olundu. Kino, ədəbiyyat, teatr, foto dünyasının ən yetkin adları o gecə köşkə çıxmışdı. O gecədən ağlımda qalan Zeki Mürendir. Uzun dikdaban ayaqqabı geyərək gəlmişdi”.

Kənan Evrenin Emel Sayına yazdığı məktub...

“Kənan Evren o sərt görünüşünün əksinə mehriban bir insan idi. Qərar verərkən məsləhətləşər, ortaq ağıla əhəmiyyət verərdi. Amma onun dövrünü də ikiyə ayırmaq gərəkdir. Demokratiya, xarici küləklərin əsdiyi, edamların və işgəncələrin olduğu, formalı Evrenin hərbi vəziyyət dövrü və formasını çıxardıb vətəndaş olaraq dövlət başçısı olduğu dövr. Vətəndaş dövlət başçısı olunca hökumətlərlə uyğun işə cəhd göstərərdi.

“Əli Baranseli tapmışkən Kənan Evrenin Emel Sayına yazdığı o məşhur məktubun aqibətini də soruşduq: “O dövrdə xarici dövlət başçıları gəlincə qonaqlara türk musiqisini dinlətmək üçün sənətçilər Köşkə çağırılardı. Bu sənətçilərdən biri də Emel Sayın idi. Evren Paşa Emel xanıma təşəkkür etmək üçün bir məktub yazmışdı. Bu cür gecələrə rəng qatdığı üçün təşəkkür edirdi. Mənə verdi məktubu. Amma mən “əfəndim, bu məktub səhv başa düşülə bilər” dedim. Məktubu götürdüm, amma göndərmədim" - Əli Baransel deyib”.

Turqut Özal Çankayaya kompüteri gətirdi

Turqut Özal dövlət başçısı olduğu zaman xalqla əlaqəsini heç kəsməyib. Cəmiyyətin hər kəsimi ilə əlaqəsini davam etdirib. Maraqlı idi, məlumatlı idi və yeni bir şey öyrəndiyi zaman da onu paylaşmağı sevərdi. Məsələn, Kapalıçarşıda keçmişdən basdırma yediyimiz bir basdırmaçı vardı. İllər sonra gedib gördüm ki, kürü satır. İçəridə də basdırmaçının Özal ilə fotoşəkili var. “Xeyrdir”, - dedim. “Özal gəldi, Azərbaycanın müstəqilliyini elan etdi, get kürü nümayəndəliyini götür”, - dedi. Mən də götürdüm, indi işlər yaxşıdır”, - dedi. Özal öldüyündə iki dosent ağlayırdı. “Nə oldu?”, - dedim. İzah etdilər: “Bizim proqram şirkətimiz vardı. Bir gün sərgidəydik, Özal gəldi. Keçdi kompüterin başına oturdu, disketə bizim proqramları yükləyib getdi”.

Yeniliklərə çox açıq idi, öyrəndiklərini də paylaşmağı sevərdi. Məni neçə dəfə gecə yarısı axtarmışdı. Köşkün protokolunu da yox etdi. Çankayaya kompüteri gətirdi. Məncə, Özal dünyanın ən yaxşı işləyən dövlət başçılarından idi”.

Cəlal Bayar yaxşı bir həyat yoldaşı idi 

Üçüncü dövlət başçısı Celal Bayar, siyasi arenada çox sərt bir adam idi. Rəqibləri ilə amansızca qarşıdurmaya gedər, asanlıqla geri addım atmazdı. İnadçı bir şəxsiyyətə sahib idi. Döyüşlər, dağıntılar, qıtlıqlar görmüş bir insan olması səbəbindən bu cür sərt olması aydın ola bilərdi. Amma evində başqa bir adam idi. Uşaqlarına qarşı çox xoş münasibətli idi. Həyat yoldaşı Rəşidə xanımın sözünü dinlər, bir addım atacağı zaman onunla məsləhətləşmədən elə-belə hərəkət etməzdi. Rəşidə xanım inanclı və çox mərhəmətli bir insan idi. Yoxsul və kimsəsiz uşaqların həyatının asanlaşdırılması üçün səy sərf edərdi. Əlindən bir şey gəlmədiyi vaxtlarda öz imkanlarını səfərbər edərək yetimlərin dərdlərinə dərman olmağa çalışardı. Rəşidə xanım bu vərdişini Çankaya köşkünə çıxdığında da davam etdirib. Köşkə bir tikiş maşını aldırıb və boş zamanlarında yoxsul uşaqlar üçün pencəklər, paltolar tikməyə başlayıb. Cəlal Bayar “yahu, Rəşidə xanım, siz böyük cümhuriyyət başçısının həyat yoldaşısınız, uyğundurmu indi bu?” deyə etiraz edincə, Rəşidə xanım “siz bu uşaqların dərdinə dərman olana qədər kim bilər neçə uşaq soyuqlardan xəstələnib öləcək. Heç olmazsa, mən bir neçəsini qurtara bilərəm. Sizi gözləyə bilmərəm əfəndim”, - deyərək iradını bildirib.

Hamıdan fərqli Sezər

Əhməd Necdət Sezər özündən əvvəl gələn bütün prezidentlərdən fərqli bir portretə sahibdir. Vəzifədə olduğu müddətdə imtiyazlarından minimum səviyyədə istifadə etməyi seçib. Xidməti avtomobili ilə səfər edəndə qırmızı işıq yanırdısa, avtomobilini dayandırardı, xəstəxanada bütün vətəndaşlar kimi növbəyə durub sırasını gözləyərdi, anasının cənazə mərasiminə şəxsi avtomobili ilə və benzin pulunu öz cibindən ödəyərək gedib. Qənaət etməyə həddindən artıq əhəmiyyət verərdi. Çankayada çox elektrik sərf etdiyinə görə normal lampaları çıxardıb floresan taxdırıb. Vəzifədə olduğu müddətdə heç məzuniyyətə çıxmayıb. Amma əhəmiyyətli konsertləri, teatr və film nümayişlərini qaçırmazdı. Sənətə və sənətçilərə əhəmiyyət verər, amma Nobel mükafatı laureatı Orxan Pamuka nə bir təbriketmə mesajı çəkib, nə də Köşkdə qəbul edib. Rəsmi dəvətlər xaricində Köşkü xüsusi dəvətlərə bağlayıb. Rəsmi dəvətlərin xərclərini azaltmaq üçün tədbirlər gördürüb. Köşkdəki rəsmi dəvətlərə gedənlər aralarında “Çankayaya gedərkən yanına termosunu da götür”, - deyə zarafatlar edərdilər. Ölkədaxili və xaric gəzintiləri də çox sevmirdi. Heç bir toya getməzdi, heç bir jurnalistə xüsusi reportaj verməzdi. Onun dövründə Köşk xaricə tamamilə bağlanmışdı.

Süleyman Dəmirəl arvadına hər şeylə bağlı hesabat verərdi

Nazmiye Dəmirəl... Süleyman bəy onu dəlicəsinə sevərdi. Dövlət başçısı Dəmirəlin tənqidlərinə reaksiya vermədiyi tək adam həyat yoldaşı Nezmiyə Dəmirəl idi. Dəmirəl bir səyahətə gedincə... Bir yığıncaqda danışınca... Dərhal həyat yoldaşını axtarar və hesabat verərdi. “Yığıncaq belə izdiham idi... Belə müvəffəqiyyətli keçdi” kimi. Nezmiyə xanım kompliment deməkdə xəsis idi. Reaksiyasını iki sözlə dilə gətirərdi: - iyi!.. iyi!..

Süleyman Dəmirəl, dövlət başçısı seçilmişdi amma... Hələ Çankaya köşkünə daşınmamışdı. Gündüz küçə -31-dəki evində idi. Bir gün “nə vaxt daşınacaqsınız”, - deyə soruşdum. Dəmirəl “önümüzdəki həftə”, - deyə sözə başlarkən... Nezmiyə Dəmirəl araya girdi:
- Dəmirəl, Dəmirəl... Çankayaya daşınmamız şərtdirmi?... Bu evin nəsi var?... Burada oturmağa davam etsək olmazmı?
Süleyman bəy “olmaz” deyincə... Nezmiyə xanım “səbəb olmazmış” deyərək etirazını davam etdirib:

- Sən hər səhər Çankayaya get... Dövlət işləriylə məşğul ol... Axşam olunca da bura dön... Evinə... Bura hər yerdən rahat... Ayrıca arxa bağçadakı toyuqlar nə olacaq? Dövlət başçısı Dəmirəl həyat yoldaşına “dövlət protokolunu... Dövlət başçısının təhlükəsizliyini... Mütləq Çankayaya daşınmaq lazım olduğunu” uzun-uzadı izah edib. Sonunda daşınıblar. Amma Nezmiyə Dəmirəl hər həftə mülki nömrəli bir avtomobillə Çankayadan çıxar və Gündüz Küçədəki evinə gələrdi. Toyuqların yumurtalarını götürərdi. Ayrıca... İspartadan zaman-zaman Dəmirəlin evinə bir şeylər göndərilərdi... Cem, yağ, pendir, əriştə kimi... Nezmiyə xanım da onları Çankaya köşkünə daşıyardı.

Sevgililər günü

Dövlət başçısı Dəmirəl bir yurd gəzintisindən dönürdü... Təyyarənin ön hissəsində üç adamdıq. Prezident, xanım-əfəndi və mən. Təyyarə Esenboğa hava limanına doğru enərkən Nezmiyə xanım dövlət başçısına xəbərdar etdi:

- Dəmirəl kəmərini bağla... Təyyarə enir.

Prezident “Nəzmiyə” dedi, gülərək:

- Mən sənə bağlandım.

Sonra da... Mənə döndü:

- Yavuz bu gün ayın neçəsidir?

“14-ü əfəndim, 14 fevral hörmətli dövlət başçımız... Sevgililər Günü”.

Cibdəki yumruq

Süleyman Dəmirəlin əsəbiləşdiyini, qışqırıb bağırdığını, söydüyünü, masanı yumruqladığını heç görmədim. Bir gün soruşdum:

- Əfəndim, sizin heç qızdığınız olmazmı?... Heç yumruğunuzu havaya qaldırmazsınızmı?... Əlinizi masaya vurmazsınızmı?

Süleyman Dəmirəl “mən də insanam... Əlbəttə, qızdığım zamanlar olar”, - deyərək sözə başladı: - Hamımız ətdən, sümükdən, əsəbdən edilmişik... Mən də qızaram... Yumruğumu havaya qaldıraram... Amma sonra... Yumruğumu endirər və pencəyimin cibinə soxaram”.

Abdulla Gül dövlətin soyuq üzünü yumşaltdı

Dövlət başçısı Abdullah Gül Türkiyə yaxın siyasi tarixinin çox maraqlı bir dövründə vəzifəyə gəlib. 2007-ci ildə dövlət başçısı seçilib. Gül o nöqtəyə uzun bir karyera ilə gəlib. 1960-cı illərdə siyasətlə tanış olub, 1970-ci illərdə hərəkətli siyasətlə məşğul olub, 1980-ci illərin hərbi çevrilişində həbs olunub. İllər sonra dövlət başçısı idi. Yaxın dövr dövlət başçıları arasında Gül barışçıllığı, quruluşçuluğu və müsbətliyiylə tanınır. Son dövrün çox dolaşıq hadisələrindən də yenə onun bu tutumu sayəsində çıxıldığını bilirik. Hətta prezidentlik dövründə, Çankayanı, seçilməməsi üçün çalışanların belə, getdiyi son dövlət qapısı halına gətirməsi bu xüsusiyyətinin bir nəticəsidir. Bunu onun özünə inamına bağlamaq mümkündür. Yenə özünə inamının bir nəticəsi olaraq özünü göstərən digər bir xarakter xüsusiyyəti Gülün təvazökarlığıdır.

Türkiyə dövlətinin daim bir az soyuq üzü və yurddaşa məsafəli tutumu onun dövründə tam zidd istiqamətdə inkişaf etdi. Gülün ictimai mediadan istifadə etmə həvəsi, hətta ehtirası bu anlayışının bir nəticəsidir.

Unutmamaq lazımdır ki, ünsiyyət eyni zamanda paylaşmaqdır. Dövrünə baxıldığında Gülün bir mədəniyyət insanı olaraq mövqeyini çox zənginləşdirdiyini vurğulaya bilirik. Gül gündəlik siyasətlə məşğul olarkən də onun üstünə çıxa bilən, dövlət adamı xüsusiyyətini konkretləşdirən, çox ciddi və məsul, amma bir o qədər də içdən, yumşaq və quruluşçu bir prezident oldu. /Milli.Az/

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM