Telefondan ayrı qalmamaq xəstəlikdirmi?

08:01 / 01.08.2014


Mütəxəssislər insanların səhhəti ilə bağlı xüsusilə axşamlar və həftə sonları bu əlaqə vasitələrindən uzaq durmağı, virtual aləmdən həqiqi həyata keçilməsini məsləhət görürlər. Xüsusilə 12-13 yaşdan kiçik uşaqların sümük quruluşu tam formalaşmadığından mobil telefonun beyin hüceyrələrinə daha çox təsir etdiyi deyilir. Hətta ağıllı telefonların beyin şişi yaratma riskləri ilə bağlı xəbərdarlıq da edilir. Türkiyəli alimlər isə ağıllı telefonların əvvəlki telefonlara nisbətən daha çox radiasiya daşıdığı, bunun, əsasən, telefon çaldığında və zəng edərkən qulağa dayama zamanı olduğunu söyləyirlər. Qulaqlıqdan istifadə, zəng edərkən xüsusilə qarşıdakı tərəf telefonu açmadan qulağa dayamamaq lazımdır. Hətta mobil telefondan çox istifadə miqren kimi şiş xarici xəstəlikləri də yarada biləcəyi bildirilir. Nevropotoloqlar unutqanlıq xəstəliyinin getdikcə artdığını, istifadəsi getdikcə artan ağıllı telefonların da bu artıma səbəb olduğu göstərirlər.

Telefon asılılığı psixoloji problemdir

Müasir dövrdə insan həyatını mobil rabitəsiz təsəvvür etməyin çətin olduğunu deyən psixoloq Tünzalə Verdiyeva Milli.Az-a bildirdi ki, müxtəlif mobil operatorların rəqabətdə bir addım önə keçmək üçün təklif etdiyi xidmətlər və güzəştlər insanları bu vasitədən həddindən artıq istifadəyə sövq edir: “Hər hansı bir əşya və ya vasitə insanların həyatını və fəaliyyətini asanlaşdırmaq və vaxt itkisinin qarşısını almaq üçün gərəklidir. Eləcə də mobil telefonlar və mobil operatorlar bu məqsədə xidmət edir. Lakin telefondan yalnız əlaqə saxlamaq üçün deyil, müxtəlif oyunlar oynamaq, musiqiyə qulaq asmaq, şəkil çəkmək, video görüntü çəkmək, montaj eləmək, internetə daxil olmaq, bu üsulla sosial şəbəkələrdən istifadə etmək və s. kimi imkanların olması insanlarda telefon asılılığı yaradır. Evdə, işdə, istirahətdə, süfrə başında hətta yataqda belə, telefon insanların əlindədir”.

Psixoloq deyir ki, telefondan ayrı qalmamaq başqa sözlə, telefon asılılığı psixoloji problemdir. Bildirildi ki, bu, insanlarda duyğu analizatorlarının sıradan çıxmasına səbəb olur. Telefonun kiçik ekranına saatlarla baxan şəxsin gözlərində yorğunluq yaranır. Qulaqcıq vasitəsilə limitsiz olaraq musiqiyə qulaq asmaq qulaqda küy və zamanla karlıq yaradır. Bu insanlarda yuxu pozulmaları, yorğunluq, əsəbilik, aqressiya yaranır. Telefondan asılı olan insanın canlı ünsiyyəti azalır, tənhalığa məhkum olur. Depressiyadan əziyyət çəkirlər və depressiyadan çıxmaq üçün idman, gəzinti, insanlarla söhbət və s. kimi imkanlardan istifadə edə bilmədiklərinə görə uzun müddətli və xroniki depressiyaya məruz qalırlar.

Psixoloq onu da bildirdi ki, son vaxtlar piyadaların vurulması ilə bağlı yol qəzalarına nəzər saldıqda telefonla danışaraq və ya yazaraq (ismarıc, sosial şəbəkələrdə və s.) yolu keçən piyadalar ehtiyatsızlıq ucbatından həyatlarını itirdikləri müşahidə olunur: “Çünki onların diqqəti telefonun monitorunda olduğu üçün avtomobillərə fikir vermirlər. Deməli, diqqətin azalması, yuxusuzluq, yaddaşın zəifləməsi, duyğu orqanlarının zəifləməsi və zədələnməsi problemi, insanın həyatı və fəaliyyəti üçün lazım olan idraki bacarıqları getdikcə sıradan çıxarır”.

Asılılığın heç də zərərli vərdişlərə olan asılılıqdan təsiri az deyil

Sosioloq Gülnar Nəzərova Milli.Az-a bildirdi ki, mobil telefondan asılılıq əslində çox ciddi bir problemdir, hətta ciddi bir xəstəlikdir: “Lakin hələ bir çoxlarımız bundan xəbərdar deyilik və telefondan mütəmadi istifadəni adi hal olaraq qəbul edirik. Əslində, az və ya çox dərəcədə çoxlarımızda bu asılılıq özünü göstərir. Android sistemli telefonların istehsalı isə bu prosesi daha da sürətləndirdi. Musiqi dinləmək, film izləmək, çoxsaylı sosial şəbəkələr və bir çox bu cür imkanlar asılılığı daha kəskin formaya gətirir. Düzdür, bu cür vasitələrin üstünlükləri və vaxt qazandırmaq imkanı danılmazdır. Amma bu vasitələr insanlarda epidemiyaya çevrilməyə başlayıb. Bir müddət əvvəl problemlə bağlı müəyyən müşahidələr aparmaq qərarına gəldim. Bu qərarım isə təsadüfi deyildi. Çünki bir müddət idi bu ağıllı telefonlar məni də öz əsirinə çevirmişdi. Müşahidəni yaxın ətrafımdan başladım. Lakin apardığım tədqiqat zamanı ətrafımda olan bir çox insanın artıq bu epidemiyaya yoluxduğunu gördüm. Tədqiqat zamanı məndə ən çox təəccüb doğuran isə yaşlı qadının heç kimdən zəng gözləmədiyi, hətta telefondan istifadə etməyi bacarmadığı halda – “səbəbini bilmirəm, amma telefon üzərimdə olmayanda özümü narahat hiss edirəm” deməsi oldu. Bu isə telefon asılılığının “sırf gənclər arasında rast gəlinməsi və android sistemli telefonlarla bağlı olması” stereotipini beynimdən sildi”.

Sosioloqun növbəti hədəfi isə şəhər telefonundan asılılığı olan şəxslərlə bağlı olub. Bu nümunədə, əsasən, evdar xanımlar daha çox diqqətini çəkib. Bu zaman da bir sıra hipotezalar özünü doğrultmayıb. Qadınların şəhər telefonlarından saatlarla “asılı qalmasını” məşğuliyyətin olmaması ilə bağlayan sosioloq deyir ki, evində heç bir səliqə olmayan qadının gününü telefonla danışmaqla keçirməsi əslində problemin heç də məşğuliyyətsizliklə bağlı olmadığından xəbər verir. Sosioloqun müşahidə obyektində olan digər qrup isə mütəmadi olaraq tanışlıq məqsədilə müxtəlif internet resurslarından istifadə edən şəxslər olub: “Təbii ki, evli və ya subay olmasından asılı olmayaraq, özündə natamamlıq hiss edən bir çox şəxslər bu vasitələrdən istifadə edir. Zamanla isə bu proses asılılıqla müşahidə olunur. Bu insanlar, hətta, o dərəcədə asılı olurlar ki, ətrafda baş verən çox ciddi hadisələr də onların diqqətindən yayınır. Hətta bu cür asılılığı olan insanlar uzun müddət sizin səsli çağırışınıza heç bir reaksiya verməyə bilər və diqqət çəkmək məqsədilə məcbur qalıb hansısa sosial şəbəkədən istifadə edə bilərsiniz. Şəxsi təcrübəmdən deyə bilərəm ki, bu müdaxilə effektli olur. Ağıllı telefonların istehsalı isə əvvəllər az qala səyahətə də personal kompüterlərini daşıyan bu insanların işini müəyyən qədər “asanlaşdırdı”. Hətta deyərdim, bu qisim insanlar səyahət zamanı istirahət əvəzinə, həmin səyahət müddəti mütəmadi şəkillər çəkdirib, sosial şəbəkələrdə paylaşmaq və bununla bağlı müzakirələr aparmaqla məşğul olurlar”.

Nəqliyyatda ağıllı telefon istifadəçilərinin sevimli məşğuliyyətlərindən olan telefon oyunları da sosioloqun tədqiqat obyekti olub: “Bəzən ətrafda baş verənləri (yaşlıları, əlilliyi olan şəxsləri) görməmək məqsədi daşısa da, bir çox hallarda bu oyunlara aludəçilik asılılıqla bağlı olur. Həyatının ən vacib mübarizəsi kimi bütün diqqətini oyuna cəmləyən bu şəxslər bəzən düşəcəkləri stansiyanı da ötürə bilərlər.

Qeyd edilən nümunələrin hər birində məzmun eynidir, sadəcə forma dəyişir. Bizdə, bəlkə də, gülüş doğuran bu hadisələr təbii ki, hansısa sosial-psixoloji amillərin təsiri altında baş verir və bir müddətdən sonra xəbərimiz də olmadan bizi asılı hala salır. Bu asılılığın heç də zərərli vərdişlərə olan asılılıqdan təsiri az deyil. Eyni zamanda zərərli vərdişlər qədər tərgidilməsi də çətin prosesdir, lakin imkansız deyil”.

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM