Xəbər verdiyimiz kimi, sentyabrın 6-da Zaqrebdə Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib.
Dövlət başçıları rəsmi ziyafətdə çıxış ediblər.
Prezident İlham Əliyevin çıxışı
- Zati-aliləri, hörmətli xanım Prezident.
Xanımlar və cənablar, əziz dostlar.
Xanım Prezident, əvvəla icazə verin, dəvətə, mənə və nümayəndə heyətimə göstərdiyiniz qonaqpərvərliyə görə bir daha Sizə minnətdarlığımı bildirim. Biz, Sizin gözəl ölkənizdə özümüzü həqiqətən evimizdəki kimi hiss edirik. Mənim rəsmi səfərim başa çatır və mən səfərin nəticələrindən çox razı qaldığımı qeyd etmək istəyirəm. Əminəm ki, səfər Azərbaycan ilə Xorvatiya arasında strateji tərəfdaşlıq münasibətlərini gücləndirəcək.
Xanım Prezident, biz müntəzəm olaraq təmasdayıq. Hamımız iki il bundan əvvəl Azərbaycana rəsmi səfərinizi xatırlayırıq. Aramızda yaranan əlaqələr ikitərəfli münasibətlərin inkişafına kömək göstərir. Keçən il Münxendə beynəlxalq konfrans zamanı Sizinlə görüşmüşük və bu gün Xorvatiyaya rəsmi səfərim zamanı görüşürük. Bu, onu nümayiş etdirir ki, ölkələrimiz arasında çox fəal siyasi dialoq prosesi gedir. Münasibətlərin inkişafı üçün çox güclü potensial mövcuddur.
Bu gün biz enerji, nəqliyyat, kənd təsərrüfatı, infrastruktur, sənayenin inkişafı sahələrində genişmiqyaslı əməkdaşlıq məsələlərini müzakirə etdik. Eləcə də regional məsələləri müzakirə etdik. Müzakirə etdiyimiz bütün məsələlərdə bizim ümumi yanaşmamız var. Bu, çox vacibdir. Bu, bizi həqiqi strateji tərəfdaş edir. Azərbaycan regionumuzun, Avropanın enerji təhlükəsizliyi məsələlərində öz rolunu oynayır. Biz daha da fəal rol oynamağa davam edəcəyik və bu mənada Xorvatiya ilə əməkdaşlıq bizim üçün mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan qitələrarası dəmir yolu əlaqəsi layihəsinin də təşəbbüskarı olub və bu da artıq Avropadan Asiyaya və əks istiqamətdə daşınan yüklərin həcminin əhəmiyyətli dərəcədə artmasına gətirib çıxarır. Bütün bu layihələr konkret nəticələri olan layihələrdir və bu layihələr bizi birləşdirir.
Avropa İttifaqı ilə münasibətlərimizdə bizə davamlı dəstək göstərdiyinə görə Xorvatiyaya minnətdarıq. Bu gün müzakirə etdiyimiz kimi, biz Avropa İttifaqı ilə yeni Sazişin tezliklə tamamlanmasına böyük ümidlər bəsləyirik və bu da bizim əməkdaşlığımızda çox mühüm mərhələ olacaq. Bu, bütün sahələri - Azərbaycanın siyasi, demokratik və iqtisadi inkişafını, enerji siyasətini, nəqliyyat, multikulturalizmlə bağlı olan sahələri əhatə edən hərtərəfli sənəddir. Bu, gələcəkdə Azərbaycan ilə Avropa arasında fəal əməkdaşlığı təmin edəcək mühüm bir sənəd olacaq.
Siz bizim NATO-nun “Qətiyyətli dəstək” missiyasına verdiyimiz töhfəni qeyd etdiniz. Biz lap əvvəldən Əfqanıstandayıq, mən əsgərlərimizi nəzərdə tuturam. 2002-ci ildən bəri biz koalisiyaya qoşulmuş azsaylı ölkələrdən biriyik. Biz bu yaxınlarda Əfqanıstandakı hərbi kontingentimizi 120 hərbçiyə qədər artırmışıq. Bu da NATO-ya üzv olmayan ölkələr arasında ən yüksək göstəricilərdən biridir. Əlbəttə ki, biz koalisiya qüvvələrinə logistika, nəqliyyat dəstəyini, ərazimiz üzərindən uçuş imkanını təmin edirik və bizim töhfəmiz NATO və üzv ölkələr tərəfindən yüksək qiymətləndirilir.
Bizim mədəni əlaqələrimizin necə inkişaf etdirilməsi nöqteyi-nəzərindən yaxşı anlayışımız var və bu gün xüsusilə mədəni mübadiləyə aid sənədin imzalanması təbiidir. Azərbaycan dərin multikulturalizm, dinlərarası, sivilizasiyalarası dialoq ənənələri olan bir ölkədir. Bütün bunlar bizim üçün mühüm əhəmiyyət kəsb edir. Prezidentin Sərəncamı ilə 2016-cı il Azərbaycanda “Multikulturalizm İli” elan olunub. 2015-ci ildə biz birinci Avropa Oyunlarına ev sahibliyi etdik. 2017-ci ildə biz dördüncü İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etdik. Beləliklə, iki il müddətində biz əməkdaşlıq formatını müəyyən etmək üçün bir şəhərə Avropadan, İslam aləmindən atletləri və dostları dəvət etdik. Bu oyunlar sadəcə idman tədbiri deyildi. Onlar insanları birləşdirən çox mühüm beynəlxalq tədbirlər idi.
Əlbəttə ki, biz hamımız Katolik Kilsəsinin rəhbəri, Roma Papası Fransiskin 2016-cı ildə Azərbaycana tarixi rəsmi səfərini xatırlayırıq. Onun Bakıdan çatdırdığı mesajlar həqiqətən də vacib idi. O, müxtəlif dinlərin nümayəndələri arasında daha çox anlaşmaya nail olmaq üçün bizim siyasətimizin vacibliyini vurğulamışdı. Beləliklə, Xorvatiya ilə müzakirə etdiyimiz və əvvəl qeyd etdiyim kimi, bütün məsələlərdə bizim ümumi anlaşmamız və yanaşmamız var. Bu, bizim tərəfdaşlığımızı daha da güclü edir.
Bu gün Sizin gözəl ölkənizi xoş ovqatla tərk edirəm. Mən həqiqətən özümü burada evdəki kimi hiss edirəm. Fürsətdən istifadə edərək əməkdaşlığımızı davam etdirmək üçün xanım Prezidenti bir daha Azərbaycana səfərə dəvət etmək istəyirəm.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM