Beynəlxalq Cüdo Federasiyası (IJF) Bakıda keçiriləcək dünya çempionatı ilə bağlı təqdimat xarakterli reportaj hazırlayıb.
Çəkilişlər Azərbaycanın müxtəlif bölgələrində, xüsusən də Bakıda və Sumqayıtda aparılıb. Reportajda Yay Olimpiya Oyunlarının qalibləri - Nazim Hüseynovun, Elnur Məmmədlinin, ikiqat paralimpiya çempionu İlham Zəkiyevin və yeniyetmələr arasında Avropa çempionu Şəhanə Hacıyevanın fikirlərinə yer verilib.
1992-ci il Barselona Olimpiadasında birinci yeri tutaraq Azərbaycanın ilk Olimpiya çempionu kimi tarixə düşən Nazim Hüseynov təqdimat videosunda onu uğura aparan yoldan söz açıb: “Odlar Yurdu Azərbaycan gözəl ölkədir. Azərbaycan bütün dünyada idman ölkəsi kimi tanınır. Bu gün Azərbaycanda cüdo sürətlə inkişaf edir. Cüdo uşaqlar və gənclər üçün nizam-intizam deməkdir. Kiminsə xətrinə dəysələr, cüdoçu onda kömək edə bilər. Yəni, zəifləri müdafiə edə bilər. Nailiyyət göstərmək istəyi ilə 11 yaşımda cüdoya gəldim, 13 yaşımda qolum sındı. Artıq 15 yaşımda yeniyetmələr arasında Bakı, respublika çempionu oldum. Bundan sonra yığmaya daxil oldum, təlim-məşq toplanışlarına cəlb edildim. Əlamətdar gündə - 1992-ci il avqustun 2-də öz ad günümdə Olimpiya çempionu adını qazandım”.
“Barselona Olimpiadasında Nazim Hüseynovun qələbəsi hələ də gözümün qabağındadır”, - deyə ikiqat paralimpiya, ikiqat dünya və yeddiqat Avropa çempionu İlham Zəkiyev deyib. O, fikirlərinə həqiqi hərbi xidmətdə olduğu zaman Ermənistan snayperinin açdığı atəş nəticəsində yaralanmasından sonra görmə qabiliyyətini itirməsi ilə davam edib: “Cüdoya başlayandan qısa müddət sonra respublika daxilində uğurlarım oldu. Amma 1998-ci ildə həqiqi hərbi xidmətə çağırıldım və Vətən qarşısında borcumu yerinə yetirməyə yollandım. 1999-cu il fevralın 4-də döyüş tapşırığını yerinə yetirən zaman düşmən snayperinin gülləsinə tuş gəldim. Güllə sol gicgahımdan daxil olub, sağ gicgahımdan çıxdı. Beş gün koma vəziyyətində qaldım. Nəticədə görmə qabiliyyətimi tamam itirdim. İdmana qayıdışım real görünmürdü. Təzədən cüdoya qayıtmağım fantastik ola bilərdi. İlk günlər tatamidə bu vəziyyətə alışmaq çətin idi. Amma bu gün tatamidə özümü “suda balıq” kimi hiss edirəm. Rəqibi görməsəm də, hiss edirəm. Hara baxdığını, hansı fəndə cəhd etdiyini duyuram. Yaralandıqdan sonra idmana, məhz cüdoya qayıtmağımla həyatımda yeni səhifə açıldı. Bundan sonra cüdonu daha çox sevdim. Çünki cüdo həyat tərzimə çevrilib. Deyərdim ki, cüdo mənim həyatımdır. Beynəlxalq Cüdo Federasiyasının dünya çempionatının Azərbaycanda keçirilməsinə etimad göstərməsi ölkəmizdə bu idman növünün inkişafının göstəricisidir”.
2015-ci ildə Sofiyada yeniyetmələr arasında Avropa çempionatının qalibi olan Şəhanə Hacıyeva Azərbaycan cüdoçularının dünya çempionatında uğurlu çıxış edəcəklərinə inamını ifadə edib. Cəbrayıl rayonunun işğal edilməsindən sonra Sumqayıtda məskunlaşan məcburi köçkün ailəsinin üzvü idmana valideynlərinin istəyi ilə gəldiyini deyib: “Valideynlərimin idmana böyük həvəsi vardı və məni də idmana qoymaq istəyirdilər. Bir-iki növü məsləhət gördülər. Mən isə cüdonu seçdim. Ailəm Cəbrayıldan məcburi köçkün düşüb. İnsanın qarşısında məqsədi, özünə inamı varsa, hər bir şeyə nail ola bilər. Dünya çempionatına çox güclü hazırlaşırıq. İnanırıq ki, çempion olub Olimpiadaya lisenziyanı təmin edəcəyik”.
2008-ci il Pekin Olimpiadasının qalibi Elnur Məmmədli 1992-ci ildə Nazim Hüseynovun Olimpiya çempionu olmasından sonra cüdoya həvəsinin yarandığını söyləyib. O, gənclərə tövsiyələrini də çatdırıb: “2008-ci il avqustun 11-i mənim üçün unudulmaz gündür. Həmin gün həyatıma ağ zolaq yazıldı. Geriyə baxmaq istəmirsən. Deyirsən ki, bu çətinliyi keçməyim nə yaxşı oldu. Rahat nəfəs ala bilirsən. Xalqımın öz qəhrəmanı ilə qürur duyması məni çox sevindirirdi. Bu, gözəl hisslərdir. Bütün gənclərə üzümü tutub deyirəm ki, narkomaniyadan uzaq olsunlar, sağlam həyat tərzi keçirsinlər. Peşəkar və ya həvəskar olmasının fərqi yoxdur, əsas odur ki, idmanla məşğul olursan və daxili gücünü ortaya çıxarırsan”.
Qeyd edək ki, cüdo üzrə dünya çempionatı sentyabrın 20-27-də Milli Gimnastika Arenasında təşkil olunacaq.
Strategiya.az
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM