Elman Nəsirov: Azərbaycan Prezidentinin Rusiya, Qırğızıstan və Xorvatiyaya səfərləri çoxvektorlu siyasətin təntənəsidir

08:50 / 10.09.2018

Prezident İlham Əliyevin Xorvatiya Respublikasına səfəri bir daha bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlığa söykənən, bir-birinin daxili işlərinə qarışmamaq siyasətinə əsaslanan xarici siyasət kursu həyata keçirir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasət balanslı, çoxvektorlu və tarazlaşmış siyasət kimi xarakterizə olunur. Azərbaycan Prezidenti İlham Əliyev isə həmin siyasətə çeviklik və dinamiz gətirib. Bunun sayəsində Azərbaycanın beynəlxalq aləmdə mövqeyi möhkəmlənib, ölkəmizin tərəfdaşlarının sayı artıb və beynəlxalq nüfuzu daha da güclənib. Prezident İlham Əliyevin Rusiya, Qırğızıstan və Xorvatiyaya səfərləri bunu bir daha təsdiqlədi.

Bu fikirləri  Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirib.

Diqqəti Prezident İlham Əliyevin Xorvatiyaya səfərinin yekunlarına yönəldən politoloq deyib ki, ölkələrimiz fundamental məsələlərdə ortaq yanaşma xəttinə malikdirlər və bunun sayəsində münasibətlərimiz strateji xarakter alıb. Bu səfər göstərdi ki, siyasi dialoq sayəsində əlaqələrimiz kifayət qədər intensiv inkişaf edir. Belə ki, 2013-cü ildə də Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiyaya rəsmi səfər etmişdi. Məhz həmin səfər çərçivəsində ölkələrimiz arasında strateji tərəfdaşlıq və dostluq münasibətləri haqqında Zaqreb Bəyannaməsi, müdafiə sahəsində əməkdaşlıqla bağlı anlaşma memorandumu imzalanıb. Bu sənədlər göstərir ki, Azərbaycan və Xorvatiyanın ikitərəfli və çoxtərəfli məsələlərlə bağlı mövqeləri bir çox hallarda üst-üstə düşür.

Politoloq qeyd edib ki, Azərbaycan və Xorvatiya arasında iqtisadi əlaqələrin geniş potensialı var və bundan daha səmərəli istifadə etmək lazımdır. Bu səfər göstərdi ki, iki dövlət arasında təkcə enerji sahəsində deyil, eyni zamanda, qeyri-neft sektorunda əməkdaşlığın inkişaf etdirilməsi üçün möhkəm zəmin yaranıb. Xüsusilə də kənd təsərrüfatı, nəqliyyat, turizm, gəmiqayırma, əczaçılıq və digər sferalarda inkişaf üçün yaxşı baza mövcuddur. Danışıqlar prosesində Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç qeyd edib ki, ölkəsinin əczaçılıq sahəsində çox böyük imkanlar var və Azərbaycanla bu sahədə əməkdaşlıq nəzərdə tutulan əsas məsələlərdən biridir. Bu əməkdaşlıq sayəsində Xorvatiya Mərkəzi Asiya regionuna və bütövlükdə Xəzər dənizi regionuna çıxa bilər ki, bu da iqtisadiyyat üçün vacib məsələlərdən biridir. Xorvatiya Prezidenti, həmçinin deyib ki, Azərbaycan gəmiqayırma sahəsində çox geniş imkanlara malikdir və artıq altı gəminin burada sifariş verilməsinə dair müzakirələr aparılır. Bundan başqa, ölkələrimiz informasiya texnologiyaları sahəsində də əməkdaşlıq edə bilər.

E.Nəsirov bildirib ki, Xorvatiya neft və qaza tələbatının təxminən 50 faizini idxal hesabına ödəyir. Bu nöqteyi-nəzərdən Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç enerji təhlükəsizliyi sahəsində əməkdaşlıqda maraqlı olduqlarını ifadə edib. Belə ki, Azərbaycanın təşəbbüskarı olduğu “Cənub Qaz Dəhlizi” layihəsi 7 ölkəni birləşdirir. Yaxın iki il ərzində Azərbaycan qazı ilk dəfə olaraq Avropa məkanına çatdırılacaq. Təbii ki, Xorvatiya da bu qlobal layihədən yararlanmaq istəyir. Bu ölkə Bakıda Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının toplantılarında iştirak edir. Bununla əlaqədar iki ölkə arasında müvafiq memorandum imzalanıb. Həmçinin İon-Adriatik qaz kəmərinin tikintisi ilə bağlı çox əhəmiyyətli danışıqlar aparılır.

Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç qeyd edib ki, təkcə ikitərəfli sferada deyil, eyni zamanda Avropa İttifaqı, NATO çərçivəsində də əlaqələrimiz inkişaf edir. Nəzərə alsaq ki, Xorvatiya 2009-cu ildən NATO-nun, 2013-cü ildən isə Avropa İttifaqının üzvü olduğundan Azərbaycanın bu qurumlarla əməkdaşlığının genişlənməsində müsbət rol oynaya bilər.

Hər iki dövlət başçısının çıxışında əsas fikir o idi ki, müzakirə edilən məsələlərlə bağlı ümumi yanaşmalarımız var. Məhz bunu əsas götürərək Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, bizim münasibətlərimiz strateji yönümlüdür. Dövlətimizin başçısı qarşılıqlı investisiya qoyuluşu məsələlərinə xüsusi önəm verilməsini və əczaçılıq, kənd təsərrüfatı, kənd təsərrüfatı məhsullarının emalı, gəmiqayırma sahələrində bütün istiqamətlər üzrə yaxşı nəticələr olacağına əminliyini bildirib, eyni zamanda, humanitar əlaqələr məsələsinə də diqqət ayırıb.

Xanım Kolinda Qrabar-Kitaroviç vurğulayıb ki, Xorvatiya güclü iradəyə əsaslanaraq Cənub və Mərkəzi Avropa ölkələri ilə Xəzər hövzəsi arasında daha geniş əməkdaşlıqda maraqlıdır. Azərbaycanın da dəstəklədiyi bu təşəbbüsdə dünyanın müxtəlif şirkətləri iştirak edə bilər. Buxarestdə 2018-ci ilin sentyabrında bununla bağlı Zirvə görüşünün keçirilməsi planlaşdırılır. Bu prosesdə Xorvatiya həlledici tərəflərdən biri kimi çıxış edəcək.

Elman Nəsirov bildirib ki, artıq Şərqi və Mərkəzi Avropa ölkələrinin Xəzər regionuna olan marağı diqqətdən yayınmır. Xəzər regionunda isə əsas həlledici qüvvələrdən birinin Azərbaycan olduğu da həqiqətdir. Xorvatiya Prezidentinin çıxışında bu fikirlər tez-tez səslənirdi. Bu gün münasibətlərimiz elə səviyyədədir ki, artıq Xorvatiyanın Azərbaycanda səfirliyinin açılmasının vaxtı çatıb və Xorvatiya tərəfi bu barədə qərar qəbul edib.

Azərbaycan-Xorvatiya münasibətləri həm siyasi dialoq, həm iqtisadi əməkdaşlıq, humanitar əlaqələr, müdafiə, enerji təhlükəsizliyi, qeyri-neft sektoru sahələrində dinamik inkişafa malikdir. Bu səfər həmin əlaqələrin daha yüksək zirvəyə qalxmasında yeni səhifə açacaq.

Milli Məclisin deputatı diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin bundan öncə Rusiyaya, Qırğızıstana səfərləri ölkəmizin fəal xarici siyasət yürütdüyünü göstərir. Bu bizim çoxvektorlu siyasətimizin təntənəsidir. Dünyanın nəhəng dövlətlərindən biri olan Rusiyaya səfəri zamanı mühüm sənədlər imzalanıb və onların bir çoxu ikitərəfli münasibətlərimizin yol xəritəsi adlandırıla bilər. Qırğızıstana səfər isə türkdilli ölkələr arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədinə xidmət göstərir.

Azərbaycan Prezidenti İlham Əliyevin müəyyən etdiyi xarici siyasət kursu bizi hədəflərimizə hər ötən gün daha da yaxınlaşdırır. Bu barədə danışan politoloq Elman Nəsirov vurğulayıb ki, ən böyük hədəflərimizdən biri Azərbaycanı dünyanın inkişaf etmiş dövlətləri sırasına çıxarmaqdır. Bu səfərlər, imzalanmış sənədlər bir daha göstərdi ki, həmin hədəfə çatmaq bizim üçün heç də uzaq perspektiv deyil.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM