Mübariz Əhmədoğlu: F.Olandın Azərbaycan və Ermənistan prezidentlərinin görüşü təşəbbüsünü ABŞ-ın iflasa uğratması Rusiyanı yeni təşəbbüsə təhrik edə bilər

14:15 / 01.08.2014

Fransa prezidenti Fransua Olandın Azərbaycan və Ermənistan prezidentlərinin görüşü barədə təşəbbüsü iflasa uğradıldı. Bu barədə Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq qeyd edib ki, Azərbaycan iflasa uğradılma prosesində iştirak etmədi: "Bir neçə arqument var: a) Azərbaycanla Fransanın münasibətləri müsbət artan dinamikaya malikdir və hər iki tərəf bu münasibətləri dəyərləndirir. b) Fransa hətta Azərbaycana hərbi texnologiya və silah satmağa başlayıb. c) Üçüncü arqument Azərbaycan prezidentinin Bastiliyanın alınması günü münasibətilə Fransa prezidentinə göndərdiyi təbrik məktubunun mətnidir. ç). Amma Azərbaycan görüş xatirinə görüşün əleyhinədir. Rəsmi Bakı Dağlıq Qarabağ tənzimlənməsinin praktiki mərhələsinin başlanmasına əsas yaradan sənədin imzalanması ilə başa çatan görüşün tərəfdarıdır".

M.Əhmədoğlu qeyd edib ki, Fransa prezidentinin təşəbbüsünü Ermənistan və ABŞ iflasa uğratdı: "A) F.Oland Ermənistanda olarkən açıq mətnlə bildirdi ki, Dağlıq Qarabağ məsələsində ermənilərin tapdığı həll düzgün həll deyil, Oland Azərbaycan və Ermənistan prezidentlərinin görüşü təşəbbüsünü irəli sürəndə əsas məqsədi Dağlıq Qarabağ münaqişəsinin düzgün həllini tapmaq idi. Ermənilərin həllini düzgün hesab etməməklə Oland ermənilərə ciddi zərbə vurdu. Düzgünlüklə, həqiqətlə ermənilərin arasındakı məsafə Yerdən Ayadəkdir. Ona görə ermənilərin Olanddan acığı gəldi. B) Olandın Gürcüstan rəhbərliyi ilə Dağlıq Qarabağ tənzimlənməsini müzakirə etməsi də erməniləri qıcıqlandırdı. Çünki Gürcüstan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində həlledici rola malikdir. Ermənistanın bəxti gətirib ki, Dağlıq Qarabağ tənzimlənməsində "Gürcüstan" adlı mexanizm işə düşmür. C) Ənənəvi ermənipərəst dövlət hesab olunan Fransada Dağlıq Qarabağ tənzimlənməsinə dair sənədin imzalanması dünya erməniləri üçün böyük zərbə ola bilərdi. Ç) Ermənistan prezidentinin Bastiliya günü ilə əlaqəli Olanda göndərdiyi təbrik məktubu da Ermənistanın təhtəlşüurunun göstəricilərindən biridir".

M.Əhmədoğlunun sözlərinə görə, ABŞ Dağlıq Qarabağ tənzimlənməsində ədalətli tənzimlənmənin tərəfdarı deyil. Tərəfdarı olsaydı ATƏT MQ həmsədrlərinin atəşkəs rejiminin 20 illiyinə həsr olunmuş bəyanatından üç gün qabaq fərqli mövqe ortalığa qoymazdı.

Politoloqun fikrincə, "Amerikan" variantının mahiyyəti həmsədrlərin ədalətli mövqe nümayiş etdirən bəyanatının effektini əvvəlcədən öldürmək idi:

""Amerikan" variantında əvvəlcə Dağlıq Qarabağ ermənilərinə statusun (oxu: müstəqilliyin) verilməsi sonra isə Laçın dəhlizi istisna olmaqla Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycana qaytarılmasını nəzərdə tutulur. Üç həmsədr ölkənin birgə yaydığı bəyanatda isə əvvəlcə Dağlıq Qarabağ ətrafındakı bütün ərazilərin Azərbaycana qaytarılması sonra isə Dağlıq Qarabağın statusunun müəyyənləşməsi nəzərdə tutulur. Eləcə də bu halda statusun müəyyənləşməsində təkcə Dağlıq Qarabağın erməniləri deyil, həm də azərbaycanlıları iştirak etməlidir".

M.Əhmədoğlunun sözlərinə görə, ABŞ fransalı həmsədri Vaşinqtona dəvət etdi və Olandın təklifinin zərərli olduğunu bildirdi:

"Rəsmi Vaşinqtonun fikrincə, ermənilər güclü antirusiya maşındır və bu maşın fəaliyyətdə olduğu üçün onun nazı ilə oynamaq lazımdır. Ona görə Uorlik yenidən aktivləşdi və özünü ATƏT MQ həmsədrlərinin rəhbəri kimi aparmağa başladı. Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycana və Ermənistana son səfəri zamanı Dağlıq Qarabağ tənzimləməsi barədə eyni mövqe nümayiş etdirdi: Status-kvonun dəyişilməli, praktiki addımların vaxtı çatıb; "Dinc tənzimləmə" terminini işlətmədi, Olandın təşəbbüsünə dəstək verdi".

M.Əhmədoğlu qeyd edib ki, F.Olandın təşəbbüsünün sonu bəllidir: "ABŞ prezidentlərin görüşünü təşkil etmək təşəbbüsünü öz əlinə keçirib. Həmsədrlər son bəyanatında BMT BA çərçivəsində Nyu-York görüşünü gündəliyə gətiriblər".

Politoloq hesab edir ki, iki məsələ ən ciddiliyi ilə nəzərə alınmalıdır: "Birincisi, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı aydın fəaliyyət planı var və bu plan reallaşır. Dünyada heç bir qüvvə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə Azərbaycanın fəaliyyət proqramını dayandıra bilməyəcək. Həmsədrlərin ehtimali diplomatik qalmaqal yaratma imkanları nəzərdən keçirilib. Onlar bilsinlər ki, diplomatik qalmaqal, beynəlxalq hay-küy yarada bilməyəcəklər və ya effekt ala bilməyəcəklər. İkincisi, Rusiyanın Ermənistandakı maraqlarının müəyyən keyfiyyət mərhələsinə çatmasıdır. "ArmRosQazProm" Gorusdan Dağlıq Qarabağa təbii qaz daşıyan "Tex-Stepanakert" qaz kəmərini öz balansından çıxartdı".

Politoloqun fikrincə, bu, Dağlıq Qarabağın Ermənistandan uzaqlaşdırılması istiqamətində Rusiyanın atdığı ən effektli praktiki addımdır.

M.Əhmədoğlunun sözlərinə görə, Rusiya bu istiqamətdəki fəaliyyətini davam etdirəcək: "Qarabağ ermənilərinin qışda qazla təmini üçün Rusiya tərəfi hüquqi baza yaratmalıdır. Bu isə yalnız Dağlıq Qarabağ münaqişəsinin praktiki tənzimləməsinə imkan verən sənəd imzalandıqdan sonra mümkündür. Belə sənəd yalnız Ermənistan və Azərbaycan prezidentlərinin görüşü zamanı imzalana bilər. ABŞ-ın təşəbbüsü ilə keçirilən prezidentlərin görüşündə danışıqlar "amerikan variantı" ətrafında gedir. Ona görə rəsmi Moskva Azərbaycan və Ermənistan prezidentlərinin barədə təşəbbüs irəli sürə bilər".

Politoloq əlavə edib ki, "Tex-Stepanakert" qaz kəməri ilə bağlı Rusiyanın qəbul etdiyi qərar rəsmi Moskvanın Dağlıq Qarabağ tənzimlənməsində açıq kartla oynamağa başladığının göstəricidir; Rusiya Ermənistandan çəkinmir:

"Ona görə prezidentlərin görüşü barədə təşəbbüs irəli sürməklə ABŞ-ın ATƏT-in həmsədrləri arasında "sədrliyinə" də son qoya bilər. Rusiyanın təşəbbüsü ilə keçirilən bu görüş DQ münaqişəsinin tənzimlənməsi, regionda sabitliyin möhkəmləndirilməsi ilə bağlı mühüm addım ola bilər. Bu həm də Rusiya və Azərbaycanın bir-birini tamamlayan maraqlarının qarşılıqlı inkişafına da ciddi şərait yaradacaq. İndi Rusiyanın Azərbaycanla bir-birini tamamlayan qarşılıqlı maraqlar üzərində qurulmuş münasibətlər sxeminə ciddi ehtiyacı var. Təkcə Rusiyanın yox".


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM