Atlantik Şurasında Avropanın enerji təhlükəsizliyi və Cənub Qaz Dəhlizinin əhəmiyyəti məsələləri müzakirə edilib

10:56 / 12.09.2018

Sentyabrın 11-də Vaşinqtonda, Atlantik Şurasında “Avropanı birləşdirərkən: Cənub Qaz Dəhlizi və Avropanın qaz təchizatının gələcəyi” mövzusunda forum keçirilib. Forum Cənub Qaz Dəhlizinin reallaşması, Avropanın enerji təhlükəsizliyi və ABŞ-ın bu regiondakı enerji layihələri barəsində siyasəti məsələlərinə həsr edilib.

 Atlantik Şurası yanında Qlobal Enerji Mərkəzinin sədri və ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Morninqstarın moderatorluq etdiyi tədbirdə SOCAR-ın investisiyalar və marketinq üzrə vitse-prezidenti Vitali Bəylərbəyov, BP şirkətinin kommunikasiyalar, xarici əlaqələr və Cənub Qaz Dəhlizi üzrə vitse-prezidenti Emili Olsen, Vaşinqtondakı Corctaun Universitetinin professoru, Atlantik Şurası yanında Qlobal Enerji Mərkəzinin baş elmi işçisi və Xəzər regionu üzrə ekspert Brenda Şaffer, habelə KKR Global İnstitute Tədqiqat İnstitutunun direktoru Nil Braun çıxış ediblər.

R.Morninqstar giriş nitqində regionda enerji layihələrinin reallaşmasında Azərbaycanın rolu, ABŞ-ın Azərbaycan və Türkiyə ilə münasibətləri, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Cənub Qaz Dəhlizinin əhəmiyyəti barədə danışıb. O qeyd edib ki, ABŞ-ın Azərbaycan və Türkiyə ilə energetika sahəsində əməkdaşlığı regionda sabitliyə gətirib çıxarıb. Səfir vurğulayıb ki, Azərbaycan ilə 20 ildən çox davam edən əməkdaşlıq boru kəmərlərinin tikintisi və fəaliyyəti məsələlərində böyük uğurlara şərait yaradıb.

V.Bəylərbəyov auditoriyadakı ekspertlər, diplomatlar və ABŞ Administrasiyasının nümayəndələri qarşısında çıxışında regionun iqtisadi inkişafında Azərbaycanın sanballı töhfəsindən danışıb. O qeyd edib ki, Azərbaycan qazı indi Türkiyəyə və Gürcüstana ixrac edilir, üçüncü ölkə vasitəsilə Yunanıstana, vaxtaşırı olaraq Rusiyaya ixrac olunur. Yaxın vaxtlarda bir sıra digər ölkələr də Azərbaycandan qaz idxal edəcəklər. SOCAR nümayəndəsi auditoriyadakılara Azərbaycanın enerji sektoruna investisiyalar, Azərbaycanda təsdiqlənmiş qaz ehtiyatları, “Şahdəniz” yatağı, ölkənin digər mühüm qaz yataqları, o cümlədən “Abşeron” yatağı barədə statistik məlumatları təqdim edib.

V.Bəylərbəyov Əsrin Müqaviləsinin imzalandığı vaxtdan keçən müddətdə Azərbaycanın beynəlxalq enerji layihələrinin həyata keçirilməsindən danışaraq, bu layihələrin reallaşmasına siyasi dəstək verilməsində diplomatların və ABŞ Administrasiyası nümayəndələrinin rolunu qeyd edib.

Diskussiyanın davamı kimi çıxış edən Emili Olsen öz məruzəsində vurğulayıb ki, Cənub Qaz Dəhlizi son dərəcə xüsusi layihədir və onun reallaşmasında qazanılan uğurlar BP şirkəti ilə Azərbaycan arasında sıx əməkdaşlığın sübutudur. E.Olsen qeyd edib ki, bu layihənin uğurla reallaşmasında əsas amil Azərbaycandakı yüksək ixtisaslı işçi qüvvəsidir. Bu, BP şirkətinin texnoloji nailiyyətlərinin nümunəsidir. E.Olsen qeyd edib ki, Transadriatik qaz kəmərinin tikintisi ilə bağlı işlərin 77 faizi tamamlanıb.

Professor Brenda Şaffer bu layihənin tezliklə başa çatması üçün Avropanın özünün dəstəyinin vacibliyini qeyd edib. O deyib ki, Avropaya yeni boru kəmərləri çəkilir və ya bu məsələ müzakirə edilir, lakin qaz özü həmin mənbələrdən və eyni təchizatçılardan ixrac edilir. Qeyd edilib ki, Azərbaycan qazı Avropaya ixrac edilən qazın birinci yeni mənbəyidir. Bu fakt Cənub Qaz Dəhlizinin xüsusi əhəmiyyətini təsdiqləyir.

Ekspertlər Xəzərin delimitasiyası ilə bağlı nüansları və Avropanın enerji təhlükəsizliyi üçün Transxəzər boru kəmərinin potensialını da müzakirə ediblər.

Nil Braun öz nitqində regional enerji layihələrinin həyata keçirilməsi ilə bağlı bir sıra məsələlərə toxunub. O deyib ki, Ağ Evdəki və ya ABŞ Konqresindəki Administrasiyadan asılı olmayaraq, ABŞ-ın hər iki siyasi partiyası Azərbaycanın enerji layihələrinin Birləşmiş Ştatlar üçün əhəmiyyətini həmişə dəstəkləyiblər. N.Braunun sözlərinə görə, Cənub Qaz Dəhlizi layihəsinin əsas xüsusiyyəti ondan ibarətdir ki, bu layihə bazar qüvvələrini stimullaşdırır, Avropaya enerji idxalında rəqabətə və şaxələndirməyə şərait yaradır. O bildirib ki, Azərbaycan təhlükəsizlik sahəsində əməkdaşlıq üçün də gözəl nümunədir. Bundan əlavə, həmin enerji layihələri ABŞ-ın bu regiona kommersiya marağının və bütövlükdə iqtisadi marağının artmasına şərait yaradıb. Nil Braun vurğulayıb ki, Avropanın enerji təhlüksəziliyinin təmin edilməsinə dair layihələrin həyata keçirilməsində ABŞ çox mühüm rol oynayır.

Tədbirin sonunda ekspertlər auditoriyadan verilən sualları cavablandırıblar.

Yusif Babanlı


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM