Varşava şəhərində keçirilən ATƏT-in İnsan Ölçüsü üzrə illik görüşündə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı da iştirak edib.
Ombudsman Aparatının mətbuat xidmətindən bildiriblər ki, A.Səfixanlı tədbir çərçivəsində üç işçi iclasda məruzə ilə çıxış edib. O, çıxışlarında Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının icrası istiqamətində məsul dövlət orqanları tərəfindən kompleks tədbirlər həyata keçirildiyini, insan hüquqlarının daha səmərəli müdafiəsi üzrə işlərin görüldüyünü, bu prosesə vətəndaş cəmiyyəti institutlarının cəlb edilərək birgə tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.
Həmçinin bildirilib ki, ölkəmizdə bu il keçirilmiş Prezident seçkiləri ərəfəsində Mərkəzi Seçki Komissiyası, Daxili İşlər Nazirliyi və ombudsmanın iştirakı ilə paytaxda və regionlarda dairə seçki komissiyaları sədrlərinin, şəhər və rayonların polis idarə və şöbələri əməkdaşlarının cəlb olunması ilə geniş maarifləndirmə tədbirləri həyata keçirilib. Həmin tədbirlərə beynəlxalq müşahidəçilər və QHT nümayəndələri də qatılıb. Eyni zamanda, seçki günü Ombudsman Aparatının 38 əməkdaşının müstəqil olaraq özlərinin təşəbbüsü ilə qeydiyyatdan keçərək müşahidəçi qismində paytaxt Bakı və ölkənin 53 şəhər və rayonunda 103 seçki dairəsi üzrə 371 seçki məntəqəsində, o cümlədən qaçqın və məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdə, hərbi hissələrdə, cəzaçəkmə müəssisəsində səsvermə prosesini müşahidə etdiyi, müşahidələrin nəticəsi olaraq seçkinin seçki qanunvericiliyi və beynəlxalq standartlarla müəyyən edilmiş qaydada keçirildiyi, vətəndaşların seçki hüquqlarının təmin olunduğu tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
A.Səfixanlı qeyd edib ki, Azərbaycan Respublikasını Prezidenti bu il mayın 24-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncam imzalayıb. Bu, indiyə qədər imzalanan əfv sərəncamları içərisində daha çox məhkumu əhatə edib, ümumilikdə 634 nəfərə şamil edilib, onlardan 39 nəfəri xarici vətəndaş olub. Sərəncam bir daha Azərbaycan dövlətinin mərhəmət, humanizm, humanitar yanaşma prinsiplərinə sadiqliyini nümayiş etdirir.
Çıxışda, həmçinin UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi ilə ombudsman tərəfindən 2018-ci il iyunun 20-21-də “Hüquq bərabərliyinin təmin olunmasında və təşviqində milli insan hüquqları təsisatlarının rolu” mövzusunda Ombudsmanların XV Bakı Beynəlxalq Konfransının keçirildiyi, tədbirdə əhalinin müxtəlif sosial qruplarının hüquq bərabərliyinin təmini, ayrı-seçkiliklə mübarizə üzrə sahəsində görülən işlər, müsbət təcrübələr haqqında müzakirələrin aparıldığı qeyd olunub.
Aparatın rəhbəri, həmçinin ombudsmanın insan hüquqlarının müdafiəsi sahəsində əldə etdiyi bəzi müsbət təcrübələri tədbir iştirakçıları ilə bölüşüb. O, tədbirin media azadlığı mövzusuna həsr olunmuş sessiyasında çıxış edərək “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda nəzərdə tutulmuş informasiya əldə etmək hüququnun, media azadlığının daha səmərəli təmini və informasiya əldə etmək haqqında Azərbaycan Respublikası qanunvericiliyinin izahı ilə bağlı maarifləndirmə tədbirlərinin həyata keçirilməsi üzrə müvafiq dövlət orqanları tərəfindən kompleks tədbirlər həyata keçirildiyini və bu istiqamətdə vətəndaş cəmiyyəti təşkilatları, media qurumları ilə sıx əməkdaşlıq edildiyini diqqətə çatdırıb.
A.Səfixanlı, həmçinin 2017-ci il fevralın 10-da Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Sərəncam haqqında məlumat verib. Bildirilib ki, Azərbaycanda ədalət mühakiməsinin səmərəsinin artırılmasına xüsusi diqqət yetirilir, ölkəmizin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi üzrə ardıcıl tədbirlər görülür, cəzaların icrası ilə bağlı fəaliyyətin müasir dövrün tələblərinə uyğun qurulması sahəsində dövlət siyasətinin təzahürü olaraq həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında ayrıca qanun qəbul edilib, onların imtiyazları genişləndirilib, saxlanma şəraiti, tibbi və digər təminatlarının yaxşılaşdırılmasına xüsusi əhəmiyyət verilib.
Həmin Sərəncamın məqsədinin ölkəmizin inkişafı və əldə edilən hərtərəfli uğurlar fonunda cəza siyasətinə, cinayət qanunvericiliyinə, məhkumların hüquqlarının təminatı məsələlərinə baxışın yenilənməsi, penitensiar sistemin fəaliyyətinin təkmilləşdirilməsi, bu sahədə dünyada mövcud olan mütərəqqi təcrübələrin tətbiqi olduğu nəzərə çatdırılıb.
A.Səfixanlı, habelə işgəncələrə qarşı milli preventiv mexanizm qismində ombudsmanın həyata keçirdiyi fəaliyyət haqqında tədbir iştirakçılarını məlumatlandırıb. Onun hər üç sessiyadakı çıxışı tədbirin rəsmi sənədləri sırasına daxil edilib və ATƏT-in rəsmi saytında yerləşdirilib.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM