Talış separatçısının acınacaqlı sonu: Onu “sevdiyi” Azərbaycana göndərəcəklər

08:45 / 19.09.2018

Azərbaycan tərəfindən separatizmdə günahlandırılan "Tolişi Sədo" qəzetinin keçmiş baş redaktoru Fəxrəddin Abbaszadə polis tərəfindən saxlanılıb. O, hazırda Podmoskovye polis şöbəsində nəzarət altında saxlanılır.

Strategiya.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bunu talış separatçının dostu, Beynəlxalq Talış Mədəniyyətinin Dirçəlişi Fondunun sədri Kahin Əbilov məlumat verib.

Separatçı Fəxrəddin Abbaszadənin həbsi sentyabrın 6-da həyata keçirilib. İlk dəfə bu barədə məlumat ötən həftə yayılıb. Lakin həmin vaxt məsələ rəsmi təsdiqini tapmadı. Həmin məlumatlara görə, Azərbaycana qarşı radikal çıxışlar edən separatçı "Talış Milli Hərəkatı" adlanan qondarma qurumun sədri Fəxrəddin Abbaszadə Moskva vilayətinin Lüberets rayonunda həbs olunub. Rusiya KİV-ri yazmışdı ki, o, Azərbaycan hüquq-mühafizə orqanlarının rəsmi sorğusu əsasında federal axtarışa verilib və sentyabrın 6-da saxlanılıb. Sentyabrın 7-də isə Moskva vilayəti Lüberets rayon məhkəməsinin hakimi İ.Juravlevin hökmü ilə Azərbaycana ekstradisiya olunması üçün 1 aylıq müddətə barəsində həbs-qətimkan tədbiri seçilib. Fəxrəddin Abbaszadə haqda 2018-ci il iyulun 12-də Səbail rayon Məhkəməsinin qərarı ilə cinayət işi açılıb və onun həbsinə qərar verilib.

Saxlanılan şəxsin dostunun dediyinə görə, poçt vasitəsilə bildiriş alan Abbaszadəni polisə çağırıblar və ona xəbər veriblər ki, Azərbaycanın sorğusu əsasında izahat yazmalıdır. O, təyin olunduğu vaxtda Daxili İşlər Nazirliyinin müvafiq şöbəsinə gəlib və hesab edib ki, onun həbsi üçün yetərincə səbəb yoxdur.

"Əvvəlcə bizə dedilər ki, məhkəmə bir həftədən sonra olacaq. Sonra məlum oldu ki, iclas növbəti günə təyin edilib. Məhkəmə Fəxrəddini Azərbaycanın sorğusunu təmin etmək məqsədilə həbs edib. Bu qərar bizim hamımız üçün gözlənilməz oldu" - deyə talış separatçının dostu bildirib. O, əlavə edib ki, məhkəmənin qərarı Abbaszadənin Azərbaycan vətəndaşı olması ilə əlaqədardır.

Əbilovun sözlərinə görə, hazırda Abbaszadə Moskva ətrafındakı Kolomna şəhərində yerləşən istintaq təcridxanasındadır. Onun Azərbaycana ekstradisiya məsələsi həll olunur. Abbaszadə artıq öz vəkili ilə görüşüb. Əbilovun dediyinə görə, müttəhimin saxlanma şəraiti normaldır. Lakin "professor" üçün həbs əsl şok olub.

Əbilov onu da deyib ki, Abbaszadə Avropa ölkələrindən birindən siyasi sığınacaq da ala bilərdi. Lakin o, 10 ildən artıqdır yaşadığı Rusiyada qalmaq qərarına gəlib. Separatçıların liderinin dostunun sözlərinə görə, Abbaszadə 2015-ci ildən bu yana heç vaxt Rusiyanın sərhədlərini tərk etməyib. Çünki onun Azərbaycan pasportunun etibarlılıq müddəti başa çatıb. Xaricə çıxmaq üçünsə onun başqa sənədi yoxdur. Onun 2019-cu ilin sonuna qədər Rusiyada yaşamaq hüququ var.

 

Sputnik Azərbaycan-ın əldə etdiyi məlumata görə, məhkəmə iclasında Abbaszadənin vəkili deyib ki, onun müvəkkili 2017-ci ilin sonlarında Azərbaycan vətəndaşlığından çıxmaq üçün ərizə yazıb və onu poçt vasitəsilə Azərbaycana yollayıb. Vəkilin sözlərinə görə, Rusiya qanunvericiliyinə əsasən, bunu təsdiq etmək üçün başqa dəlilə ehtiyac yoxdur. Poçt göndərişinin notarial qaydada təsdiqlənmiş surəti kifayətdir ki, Abbaszadənin vətəndaşlqıdan çıxmaq üçün müraciət etdiyi sübuta yetirilsin. Lakin Azərbaycan qanunvericiliyinə əsasən mütləq ərizənin ölkə prezidenti tərəfindən imzalanmasını gözləmək lazımdır.

Fəxrəddin Abbaszadə (özünü Faxroddin Abboszoda adlandırır) Ələkrəm Hümbətov tərəfindən 1993-cü ildə yaradılmış qondarma "Talış-Muğan Respublikası Milli Məclisinin sədri" təyin olunmuşdu. Ölkə ərazisinin bölünməsinə yönəlmiş separatçı fəaliyyətin qarşısı alındıqdan sonra qaçıb Rusiyaya sığınan Abbaszadə uzun müddətdir xaricdən Azərbaycan dövlətçiliyi əleyhinə mütəmadi təxribat xarakterli kəskin çıxışlar edirdi. O, ermənilərə məxsus KİV-də də Azərbaycana qarşı separatçı çıxışlar edib. Fəxrəddin Abbaszadənin Ermənistan xüsusi xidmət orqanları ilə sıx əlaqədə olduğu güman edilir.

Dəfələrlə Yerevanda separatçı tədbirlərə qatılan Fəxrəddin Abbaszadə Azərbaycanı, hakimiyyəti, müxalifəti, siyasi partiyaları, medianı ən müxtəlif "cinayətlər, repressiyalar, təqib"lərdə suçlayıb.

Abbaszadə 1956-cı ildə Lerik rayonunun Blabənd kəndində talış ailəsində doğulub. Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1981-1995-ci illərdə elə həmin universitetdə dərs deyib. 1993-1995-ci illərdə "Tolişi Sədo" qəzetinin baş redaktoru olub.

Abbaszadə Azərbaycan hökumətini "talışların siyasi assimilyasiyasında və diskriminasiyasında" günahlandırır. O, Azərbaycan ərazilərində "müstəqil talış dövlətinin" yaradılmasını tələb edir.

Fəxrəddin Abbaszadənin beynəlxalq axtarışa verilməsi təşəbbüsü ilə Azərbaycanın Baş Prokurorluğu çıxış edib. 12 iyul 2018-ci ildə talış separatçılarının lideri haqqında cinayət işi açılıb. O, AR Cinayət Məcəlləsinin 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar, hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) və 283.1-ci (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə, o cümlədən kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddələri ilə ittiham edilir.

Azərbaycan vətəndaşı olan Abbaszadə dəfələrlə dövlət çevrilişinə, "müstəqil talış dövlətinin" yaradılmasına çağırışlar edib, ölkəmizdə yaşayan xalqlar arasında milli nifaq salmağa cəhd göstərib.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM