“İki sahil” qəzetinin 20 Sentyabr - Neftçilər Gününə həsr olunmuş növbəti xüsusi buraxılışı çapdan çıxıb. 84 səhifəlik xüsusi buraxılış Azərbaycanın neft-qaz sənayesinin 24 ildə keçdiyi inkişaf yolunu, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurla həyata keçirilməsinə davamlı töhfələr verən SOCAR-ın və onun struktur bölmələrinin fəaliyyətini əks etdirən maraqlı yazıları, foto şəkilləri və yüksək poliqrafik tərtibatı ilə diqqət çəkir.
Xüsusi buraxılışda Ümummilli Liderin bugünkü uğurlarımıza inam və əminliyi ifadə edən bir tezisi qeyd olunur: “Əsrin müqaviləsi” ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmləndirilməsi üçün gözəl imkan yaradacaq. İnanıram ki, XXI əsr Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaq.»
Azərbaycan bu gün neft strategiyasının davamlı uğurlarını yaşayır. Xüsusi buraxılışda yer alan möhtərəm Prezident İlham Əliyevin bu fikri Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurlu icrası nəticəsində dünyanın enerji təhlükəsizliyinin təminatında artan roluna, regional əməkdaşlıqdan beynəlxalq əməkdaşlığa doğru atılan addımlara işıq salır: “Azərbaycan qazı yeni mənbədir və “Cənub Qaz Dəhlizi” yeni enerji damarıdır. Avropanın enerji xəritəsini yenidən tərtib edən layihədir.”
SOCAR-ın prezidenti, Milli Məclisin deputatı Rövnəq Abdullayevin “SOCAR öz inkişafının yeni mərhələsinə qədəm qoyur” sərlövhəli yazısında Azərbaycanın enerji sektorunda qazandığı uğurlar təhlil edilərək, xüsusi vurğulanır ki, dövlətimizin başçısı İlham Əliyevin uzaqgörən strateji kursu və qarşımızda qoyduğu vəzifələr SOCAR-ı qlobal brend səviyyəsinə qədər yüksəltdi. Bu uğurlar, eyni zamanda, Azərbaycan neftçilərinin fədakar əməyindən, zəngin təcrübəsindən və peşəkarlığından qaynaqlanır. SOCAR və Azərbaycan üçün taleyüklü olan cari ildə əsas layihələrin tamamlanması inkişafın son nöqtəsi deyil, məhz dönüş nöqtəsidir ki, qarşıda yeni üfiqlər açır və yeni çağırışlar gətirir. Odur ki, əvvəlki layihələr hələ tamamlanmamış yeni layihlələrin təməlini qoymaq SOCAR-ın qarşısında duran ən mühüm vəzifədir.
Məqalədə qeyd edilir ki, müstəqiliyimizin ilk illərində SOCAR-ın qarşısında duran əsas vəzifələri ölkə iqtisadiyyatının dirçəlməsi, bu məqsədlə neft hasilatını artırmaq və dənizin dərinsulu hissəsində yeni yataqların işlənməsi üçün xaricdən investisiya və texnologiyalar cəlb etmək idisə, artıq hədəflər dəyişib. SOCAR indi daxili imkanları hesabına müasir dərin dəniz özülləri inşa edir, quraşdırır, istismar edir, dənizin böyük dərinliklərində qazma işlərini yerinə yetirir, ən müasir standartlar səviyyəsində sənaye müəssisələri qurur, böyük transmilli layihələrdə operator qismində iştirak edir, xarici bazarlara sərmayə yatırır.
SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin “Azərbaycanın neft və qaz strategiyası: genişlənən üfüqlər” sərlövhəli yazısında isə qeyd edilir ki, ulu öndər Heydər Əliyevin qısa müddətdə işləyib hazırldığı neft və qaz strategiyası müstəqilliyimizin ilk illərində Azərbaycanın yaşadığı iqtisadi böhranın aradan qaldırılmasında lokomotiv rolunu oynadı. Xarici ölkələrin məşhur neft şirkətləri ilə 1994-cü ilin martında Bakıda başlanmış, may ayında İstanbulda və iyulun 21-dən sentyabrın 4-dək Amerika Birləşmiş Ştatlarının Hyüston şəhərində davam etdirilmiş gərgin danışıqlar həmin il sentyabrın 20-də Bakıda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında, sonralar dünyanın neft ictimaiyyəti və mediasının haqlı olaraq “Əsrin müqaviləsi” adlandırdığı məşhur sazişlə nəticələndi.
Yazıda “Əsrin müqaviləsi”nin imzalanmasından ötən dövr ərzində əldə olunan uğurlara, həyata keçirilən layihələrə bir daha diqqət yönəldilərək, ötən ilin sentyabrında “Azəri-Çıraq-Günəşli” yataqlarının birgə işlənməsinə dair 1994-cü ildə 30 il müddətinə bağlanmış sazişin, yəni “Əsrin müqaviləsi”nin vaxtının uzadlıması haqqında müqavilənin imzalanmasından geniş bəhs edilir. Vurğulanır ki, yeni müqavilədə Azərbaycan üçün olduqca sərfəli şərtlər müəyyən edilib. 2050-ci ilədək AÇG-dən daha 500 milyon tona qədər neft hasil ediləcək və o vaxtadək bu yataqlara indiyədək qoyulduğu qədər, yəni daha 43 milyard dollar sərmayə qoyulacaq.
Xüsusi buraxılışda SOCAR-ın ayrı-ayrı sahələrdə tətbiq etdiyi yeniliklər, təcrübələr, qazandığı uğurlar ətraflı şəkildə ictimaiyyətə çatdırılır. “Korporativ idarəetmə prinsiplərinə xüsusi önəm verilir”, “Qabaqcıl texnologiya və idarəetmənin tətbiqində yeniliklər”, “SOCAR istiqrazları: təkrar bazar əməliyyatlarının həcmi 160 milyon ABŞ dollarını ötüb”, “Milliləşdirmə siyasəti: Əmin addımlarla qarşıdakı hədəfə doğru”, “SOCAR xaric ölkələrdəki fəaliyyətini uğurla davam etdirir”, “Neft-qaz sənayesinə sərmayə qoyuluşu 100 milyard ABŞ dollarına yaxınlaşır”, “SOCAR-ın təsisçiliyi ilə yaradılan müəssisələrin fəaliyyəti neft və qaz sənayesinin əksər sahələrini əhatə edir”, “Neft-qaz emalı: keyfiyyət yüksəlir”, “STAR” NEZ, Karbamid Zavordu və “SOCAR Polymer”: milli sərvətimizə əlavə dəyər”, “Strateji inkişaf layihələri gələcək üçün təminatdır”, “Xəzər hövzəsindəki yeni yataqlar gələcək perspektivlərdən xəbər verir”, “Yenidənqurma və modernizasiya: keyfiyyət göstəriciləri yüksəlir”, “Yeni texnologiyalar, yeni əməkdaşlığa açılan imkanlar”, “Nəqliyyat sisteminin stimullaşdırılması günün əsas tələblərindəndir”, “Neftçilərin mənzil şəraitinin yaxşılaşdırılması sosial məsuliyyətin tərkib hissəsidir”, “Yüksək səviyyəli iş şəraiti, uğurlu istehsalat göstəriciləri”, “Sağlamlığın təminatı uğurlar üçün əsasdır”, “Müasir dövrün tələblərinə cavab verən yüksək ixtisaslı fəhlə kadrlar hazırlanır”, “İnsan kapitalının idarə edilməsində beynəlxalq təcrübə”, “Neft-qaz sektorunda İKT-nin inkişafı prioitet sahələrdəndir”, “Bakı Ali Neft Məktəbi təhsildə yeni rekordlara imza atır”, “Qarşıdakı hədəf: ölkə üzrə qazlaşdırma 95 faizə çatdırılmalı”, “Eklogiya sahəsində beynəlxalq əməkdaşlıq və qazanılan uğurlar”, “Lay suları və tullantıların idarə edilməsi, torpaqların təmizlənməsi, ekoloji monitorinqlər”, “Ekologiyanın və təbiətin mühafizəsinə böyük dəstək”, “Geoloqların əsas vəzifəsi: yeni sahələri öyrənmək, perspektivliliyi və riskləri qiymətləndirmək və qazmaya hazırlamaq”, “Yataqların səmərəli işlənməsi üçün müasir geoloji və hidrodinamik modellərdən istifadə olunur”, “İstehsal sahələrinin fasiləsiz istismarı cari və əsaslı təmir tələb edir”, “Asudə vaxtın təşkili, aztəminatlı ailələrə dəstək”, “Neftin qiymətinin artmasında müsbət dinamikanı şərtləndirən amillər”, “Neft məhsullarının ixracı artıb”, “SOCAR-ın reytinq proqnozu stabil inkişaf edir”, “Əsrin müqaviləsi”ndən başlanan yolun uğurları”, “Qazmada tətbiq edilən müasir texnologiyalar, əldə olunan yüksək göstərcilər” sərlövhəli yazılar Neftçilər Günü ilə bağlı son bir ildə görülən işlərin qısa hesabatını və növbəti ilin hədəflərini açıqlayan dəyərli mənbələrdir.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM